Astagəl Tomas

Bayquş dalınca düşən xarabalığa gedib çıxar.
Sayfa 515 - Ərəb məsəliKitabı okudu
Reklam
İnsana ağır gələn duyduğu peşmanlıqlar yox, mümkün olduğu halda xoşbəxt yaşaya bilməməsidi.
Sayfa 493 - Kəmaləddin BehzadKitabı okudu
Başına nə gəlirsə, imtahandı. Xeyir ya şər olduğunu Allah bilir. Sən səbir eləməyi, qəlbinə şəkk gətirməməyi öyrən. Səbir məqamına çatmaq asan deyil, amma ora çatanda da dadından doya bilmirsən.
Sayfa 467 - Taclı BəyimKitabı okudu

Okur Takip Önerileri

Tümünü Gör
Şahi-Mərdan dövlətində geydügüm narəncidür, Nara qarşu durmazam, zira məni nar incidür. Şah Təhmasam, cahanda şahbaşah nəsli Əli, Yar ilə yar olmuşam, sanma məni yar incidür.
Sayfa 456 - Şah TəhmasibKitabı okudu
Xalq öz şahının yenilgisini də dastan eləyirsə, deməli, ona sevgisi tükənməzdi.
Sayfa 453 - TaclıKitabı okudu
Reklam
Deyirlər, inciyən qəlbi bircə söz ovudur, amma sınan könlü sağaltmağa nə üzr, nə də ömür bəs edər.
Sayfa 432 - GülbaharKitabı okudu
"Dəyəri olan bircə hekayət var, o da bədəlini özümüzün ödədiyi hekayətdi".
Sayfa 391 - Kəmaləddin BehzadKitabı okudu
Ustad məqamına çatmağın üç şərti var: Allahın bəxş elədiyi qabiliyyət, qismətinə çıxan yaxşı ustad, bir də nakam sevgi.
Sayfa 384 - Kəmaləddin BehzadKitabı okudu
Kimisə gözəlliyinə görə sevirsənsə, bu, heyranlıqdı. Kimisə var-dövlətinə görə sevirsənsə, bu, rahatlıq istəyidi. Yalnız səbəbsiz-filansız sevdiyin birinə qarşı hisslərin həqiqidi. Bu əsl sevgidi. Əsl sevgi isə böyük qurbanlar tələb eləyir.
Sayfa 383 - Mahmud NişapuriKitabı okudu
"Xoşbəxt adamı qürbət, bədbəxt adamı vətən çəkir".
Sayfa 341 - Kristofano AltissimoKitabı okudu
Reklam
"Zəfərlərə alışan adamların məğlubiyyəti həzm eləmələri heç də asan məsələ deyil".
Sayfa 338 - Kristofano AltissimoKitabı okudu
Bir dünyagörmüş deyib, unudub səbr eləmək ən gözəlidi, taleyinlə barışıb səbr eləmək ən düzüdü, əl çəkib səbr eləmək ən çətinidi, bir də işini Allaha tapşırıb səbr eləmək ən ağıllısıdı.
Sayfa 298 - Şah İsmayılKitabı okudu
Ey bu gecənin sahibi, nəfəsimi sənin ixtiyarına verdim, üzümü sənə çevirdim, bütün işlərimi sənə həvalə elədim! Səndən başqa sığınacaq bir kimsəm yoxdu. Sevdiklərimi qoru, bizə sabah sağ-salamat oyanmağı nəsib elə! Düşmənlərimizin gözlərinə qaranlıq, dostlarımızın ömrünə işıq sal!
Sayfa 295 - TaclıKitabı okudu
Xamu dərdlülərə dərman bulundu, Dəvasız dərdə dərmanım, nə dersən? Xətayi çün səni can ilə sevdi, Sevən ölsünmü, sultanım, nə dersən?!
Sayfa 294 - Şah İsmayılKitabı okudu
Sizə üç müqəddəs şeyi - torpağımızı, dilimizi, ərkanımızı miras qoyub gedirəm. Bunların qədrini bilin.
Sayfa 289 - Şah İsmayılKitabı okudu
636 öğeden 16 ile 30 arasındakiler gösteriliyor.