Yorumlar ve İncelemeler

Tümünü Gör
596 syf.
9/10 puan verdi
·
Beğendi
·
23 günde okudu
Şirazda solan gül...
Əsər 3 hissədən ibarətdir. Birinci hissə Şah I İsmayılın Səfəvi dövlətinin əsasını qoymasından vəfatına qədər olan dövrü, ikinci hissə Taclı Bəyimin (Taclı Bəyim Şah I İsmayılın həyat yoldaşı olmuşdur) səltənət naibəsi olduğu dövrü, üçüncü hissə isə Şah I Təhmasibin dövləti müstəqil şəkildə idarə etməyə başlamasından Taclı Bəyimin ölümünə qədər olan dövrü əhatə edir. Əsərə görə, Taclı bəyimin əsl adı Şahbikədir. Şah I İsmayılın sevimli həyat yoldaşı, sarayın şahbanusu, Şah I Təhmasibin anası olmuşdur (bununla bağlı tarixçilərin fikirləri ziddiyyətlidir). Əsərdə həm də o dövrün ən məşhur söz, xətt və nəqş ustalarından onların Səfəvi sarayı və bir-biri ilə kəsişən talelərindən bəhs olunur. Əsəri çox bəyəndim. Tarixi faktlar, gözəl ədəbi nümunələrlə zəngin bir kitab idi. Hökmdarlar arasındakı məktublaşmaların verilməsi diqqətəlayiq idi. Kim deyir ki, qılınc yarası sağalır, söz yarasısa sağalmır? Əslində, nə qılınc yarası sağalar, nə də söz yarası. Olsa-olsa, qılınc yarası qaynayır, bitişir, hovu çəkilir, ağrısı dinir, amma yerində gözlə görünən iz, bir də qəlbdə yara duyğusu qalır...
Taclı
TaclıNəriman Əbdülrəhmanlı · Qanun Nəşriyyatı · 20177 okunma
Reklam
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.