Hafiz Qaraşlı

Bir vaxtlar o qədər xoşbəxt idim ki qalın romanlar ya filosofları heç sayırdım. Vecimə də deyildilər. Mənə maraqlı deyildilər. Məni sadəcə qadınlar maraqlandırırdı. Kimdənsə yaşama məsləhəti almağıma ehtiyacım yox idi. O qədər gənc, laqeyd, etinasız və enerjiliydim ki, məni sadəcə bir sonrakı sevgilimin göz rəngi maraqlandırırdı. Sonra bir gün, içinə düşmüş olduğum bütün o gözəlliklər və xoşbəxtlik yox olub getdi. Necə oldu özüm də bilmədim. İki il əvvəl. Özümü ta bugünə qədər sürən dərin bir bədbəxtliyin içində tapdım. Bir də ayıldım ki həyatımda qadından çox filosof və onların kitabları var. Qadınlarla arama girmiş məsafə öz istəyimlə deyil şərtlərin məcburiyyətiylə olmuşdu. Hər biri ayrı bir dünya olan qadınlardan uzaq düşmüşdüm. Kitablarda sanki nəsə bir təsəlli axtarırdım. Nəsə bir işarə. Ya da ən sadə dillə, özümə bədbəxtlik dostları axtarırdım yüz illər əvvəl ölüb getmiş. Kədərimi alqışlayacaq birilərini axtarırdım. Və başa düşürdüm ki əslində əvvəllər onlar haqqında yanılmışam, filosoflar və onların fikirləri əhəmiyyətsiz deyillərmiş.
Sayfa 328·Kitabı okudu
Etimoloji Defteri
Mücellit Nedir ?
Reallıqdan uzaqlaşmaq, narahatedici sakitliyi pozmaq və yalnızlıqlarından qaçmaq üçün edirlər hamısını. Futbol komandası fanatikliyindən tutmuş, saatlarca boş-boş siyasət və din mübahisəsi etməyə qədər edilən bütün mənasız hərəkətlər bütünü insanın acizliyi səbəbilədir. Bəzi insanlar sadəcə ölə bilmədikləri üçün yaşayırlar. Bu bilirsən nə deməkdir? Yəni son yaşamırsan belə, sadəcə sürünürsən. Həyatı yola verirlər yəni. Heç nə veclərinə deyil! Mən də onlardan biriyəm. Sadəcə bir fil olmaq istəyərdim. Bir fil görəsən, həyatın nə qədər fərqindədir? O yeddi ton ağırlığı daşıyan yorğun və qırışmış ayaqlar varlıqlarının nə qədər fərqindədirlər? Tək işim otlamaq olsun istəyərdim. Həyatımla bağlı heç bir məsuliyyəti istəmir və hamısından imtina edirəm. Tabula rasaya ehtiyacım var. Beynim təmiz boşalsın, ağ səhifə olsun və yaşamağa davam edim. Əlacım olsa bütün yaddaşımı silərdim. Öyrəndiyim hər şeyi. Təki bilməyim keçmişimi, uzaqları, seçimlərimi. Məni gözləyənləri və mənim gözlədiklərimi. Ancaq bəlkə də sahib olduğum instiktlərim məni yenə də eyni xislətli adam edərdi.
Sayfa 324·Kitabı okudu
Ümumiyyətlə yaxşı işlər və ya yaxşı həyatlar çox vaxt cahillərə ya axmaqlara nəsib olur. Çünki onlar nə qədər cahil ya axmaq olduqlarının fərqində olmadıqları üçün özlərinə inamları çox yüksək səviyyədə olur. Onlar özləri haqqında şişirdilmiş təsəvvürə sahibdirlər. Bacarıqlı insanlar isə həmişə özləri barədə şübhə içində olurlar, mükəmməlliyyətçi olurlar. Psixologiyada buna Dunning-Kruger effekti deyirlər. Bacarıqsız insanlar həmişə işlərdə yüksək vəzifələrə qalxır, nisbətən zəki insanlar isə həmişə altda qalırlar.
Sayfa 323·Kitabı okudu
Bir insanı tamamilə başa düşmək mümkünsüzdür. Bütün insanların iç üzünü və düşüncələrini görə bilsəydik əgər, bu qədər insanın birlikdə necə yaşadığına heyran qalardıq. Bu çərçivədən məsələn, bütün olmuş və olacaq müharibələr heç də dəlilik kimi görülmür, bu sadəcə bir izhar ya təzahürdür. Dəliliyin təzahürü.
Sayfa 317·Kitabı okudu
Dinlərin indiyə qədər insanları belə rahat yaşada bilmə səbəbi bu idi, insanlar öz bədbəxtliklərini taleylərinin üstünə yıxaraq rahatlayırdılar. "Mənim taleyim belədir", "nə etsəm dəyişməz" məntiqiylə. Möhtəşəmdi əslində. Kaş mən də elə olaydım. Ancaq mənim üçün artıq özümü belə bir düşüncəyə inandırmaq dişlərimi dişləmək qədər çətindir. Çünki başa düşürəm ki həyatının azadlığı tamamilə sənin əlindədir. Bəhanələrinin yarısı özünü aldatdığın illuziyalardır.
Sayfa 314·Kitabı okudu