Bütün insanlar filosofdur. Sadəcə bəzilərinin müşahidələri daha güclüdür va hisslərini linqvistik yolla, sözlə daha yaxşı ifadə edə bilirlər, onlara əsl filosof deyirik. Ya da filosof həm də odur ki məsələyə həm də həll yolu tapır. Ya da Şopenhaurun dediyi kimi "İstedad hamının gördüyü nişanı düz ortadan vuran insandırsa, dahi hamının görə bilmədiyi qədər uzaqdakı nişanı düz ortadan vuran insandır", ya da əsrinin irəlisini görə bilən insan.
İntihara meyilli olmayan biri, intihara meyilli birini necə başa düşə bilər müşahidə etmədən. İki insan, bir-birini tamamilə necə başa düşə bilər? Damarından içəri heroin girməmiş insan, heroin aludəçisiliyin necə dərk edə bilər? Qırmızı rəngi heç vaxt görməmiş biri, qırmızının rəngini necə təsəvvür edə bilər?
İnsan, ǝtrafında danışacaq yaxşı bir dostu olmayanda ölmüş yazarların ruhları ilə söhbət etməyə başlayır və oxuyur. Amma sən oxuduqca sadəcə onlar danışırlar, sənsə susursan.
Hər insanın beyni onu inandırır ki seçdiyi seçim an doğrusudur və elə də yaşayır. Aramızda bəzilərini isə beyni aldada bilmir və o seçimlərin çoxluğunun fərqinə vararaq məhv olur.