Hafiz Qaraşlı

İnsanlar həmişə həqiqəti bilmək istəmir ya da həqiqəti istəyərkən belə səndən onları aldatmağını istəyirlər.
Sayfa 304·Kitabı okudu
Etimoloji Defteri
Mücellit Nedir ?
Seçimlərini özləri etmirlər, fani ömürlərini bir başqalarının fikirləri ilə yaşayırlar. Həyatlarını reklamlara ya mediyanın istiqamətləndirməsinə əsasən yaşayırlar. Nəhəng bir marketing cəmiyyəti formalaşır, media cəmiyyəti. Hər gün böyüyən canavar kimi. İnsanlara nəyi etmələri gərəkdiyini öyrədir, onlar da aldanır. Bu marka paltarı geyinib, bu brend maşını alsan, bu kollecdə oxuyub bu marka qol saatını taxsan, bu marka telefonu alsan daha da xoşbəxt olacaqsan deyə aldadırlar onları. Bu xoşbəxtlik deyil, illuziyadır, iqtisadi materializmdir. İnsanlar sahib olduqları aşyalara, maşınlara, evlərə görə status sahibi olur. Bir kasıb, bütün əmək gücünü sataraq əvəzində aldığı pulu verib ona reklamlarla sırıdılmış malları alır ehtiyacı olmasa belə, televiziyada, internetdə, mediyada gördüyü məşhurları təqlid edir. Ona bu öyrədilir, vəhşi istehlak cəmiyyətinin bir parçasına çevrilir. Etdikləri seçimlər onların yox, medianın onların əvəzinə verdiyi qərarlar olur!
Sayfa 303·Kitabı okudu
İşin ironiyası, vətəndaşların təhlükəsizliyi üçün fəaliyyət göstərən dövlət, bəzən vətəndaşın təhlükəsizliyini təhdid edən ana qaynağa çevrilir. İnkişaf etməmiş dövlət/cəmiyyət olan üçüncü dünya ölkələrində məsələn, fərdlərin varlığına yönələn ən çox qorxduqları iki böyük təhdid var, hökümət və cəmiyyət. Fərdlər bəzən hər ikisindən təhdidlər alırlar heç kimə bir zərəri olmayan fikirləri, seçimləri səbəbilə.
Sayfa 299·Kitabı okudu
Ölmək üçün özünü hazırlayarkən həyat həsrətilə dolur sinən. Çünki sənin dərdin həyatı sevməmək deyil, onu həddindən artıq sevməkdir.
Sayfa 240·Kitabı okudu
İndi hər gördüyün insanla danışacaq qədər həvəsli deyilsən. Yeniliklər azalıb. Hər gördüyün şey yeni deyil artıq. Yaşamısan çoxunu. Bəlkə də lazımından artıq sürətli yaşamısan.
Sayfa 199·Kitabı okudu