-Eh, əmi, - deyə Əhməd dərindən köksünü ötürdü, - elə dərd də burasındadır ki, bir-birimizə kömək eləmirik. Qalxan yıxılana baxmır. Kim güclüdürsə, hər şeyi qamarlayıb alır. Biri var-dövlətini qoymağa yer tapmır, o biri acından ölür. Biri gecə-gündüz dəridən çıxıb işləyir, o biri at belində gəzir.
- Bunlar hamısı Allahın işidir, a bala.
- Allahın yox, bəndənin işidir. Allah heç vaxt göydən yerə enib bu torpaqları bölüşdürməyib.
Mən oxumuş qızları görmüşəm. Onların paltarları da qəşəngdir, özləri də. Danışanda adam qulaq asmaqdan doymur. Əgər bizim qızlar oxusalar, onlardan da gözəl olarlar.
Deyirlər insan Allahın şah əsəridir, amma mən düşünürəm ki, insan Allahın səhvidir. Dünyada baş verən bütün nanəcibliklər Adəm övladı tərəfindən törədilir. Ağaclar qırılır, atmosfer korlanır, heyvanların kökü kəsilir, təbiət insan əli ilə məhvə doğru gedir. Əgər bütün bunlar yaşamaq üçün edilirsə, bu gedişlə sonda təbiət məhv olacaqsa, təbiəti ol- mayan bir dünyada hansı yaşamaqdan söz açmaq olar.
İnsan övladı təbiəti məhv etdiyi kimi özü-özünü də məhv edir. Müharibələr, tökülən qanlar, kəsilən başlar, qun- daqdaca öldürülən körpələr. Bütün bunları düşündükcə öz fikrimlə tam razılaşıram ki, Allah bir gün insanı yarat- dığına peşman olub əsəbiləşəcək və bütün yaratdıqlarını Qiyamət qoparıb məhv edəcək.