Chemenpirgulu

Puan vermedi·80 syf.··
2025 24. kitabı
·
28 saatte okudu
·
Okunma: 30 Ağustos 2025 12:27
Andrey Platonov'un özü müharibədə ön cəbhədə iştirak etdiyi üçün Qayıdış kitabında insanların psixalogiyasını,müharibənin insan həyatına təsirini çox gözəl şəkildə izah edib. Düzünü desəm mən kitabı nə çox bəyəndim nə də bəyənmədim.Həmçinin müəlliflədə ilk tanışlığım idi.Onun üçün bəlkədə arada qaldım.Amma kitabın axıcılığına söz ola bilməz. İvanov 4 il müharibədə ön cəbhədə iştirak edib.4 ilin sonunda müharibə bitər-bitməz öz yurduna,ailəsinin yanına qayıtmaq istəyən İvanov cəbhədən bəri tanıdığı bir xanımın yanında 2 gün qalır.Daha sonra ailəsinin yanına qayıdan baş obrazımız ailədə soyuq qarşılanır.Həmçinin özü də öz evində yad bir insan olduğunu anlayır. Mən ən çox uşaqlara üzüldüm.Atasını tanımayan qızına,yaşından böyük davranan oğluna...
QayıdışAndrey Platonov · Qanun nəşriyyat · 2021500 okunma
Edebiyatın En Tatlı Eşleşmeleri!
Peki ya sizin favori kitabınız hangi tatlı olurdu?
Kitabı heç bəyənmədim.İlk öncə onu qeyd edim ki,şedevr əsərlər oxuyan biri üçün bu kitab çox sadə,bəsit və sönük qalır.Kitabda heç bir məna görmədim açığı.Boşa vaxt itkisidir.
OnaƏziz Yaqubzadə · Xan Nəşriyyatı · 2015128 okunma
8/10
·200 syf.··
2025 18. kitabı
·
6 günde okudu
·
Okunma: 25 Temmuz 2025 13:01
"Pul həyatını dəyişə bilər, amma səni xoşbəxt edə bilməz. Əgər içində boşluq varsa, milyonlar da onu doldura bilməz." Bir onu bilirəm ki, pul hər zaman insana xoşbəxtlik gətirmir. Nə də ki, bütün dərdlərin dərmanı deyil. Düzdür, pul, var-dövlət lazımdır — amma qədərində. Hər şey qədərindən artıq olduqda həm mənasını itirir, həm də insanı incidir. Əsərin baş qəhrəmanı Kərəm Alıyev kasıb bir ailənin başçısı idi. Bacardığı qədər ailəsini xoşbəxt etməyə çalışır, övladları və xanımı üçün əlindən gələni əsirgəmirdi. Bir gün, yorucu iş gününün ardından evə qayıdarkən yolda camadanın içində bir milyon dollar tapan Kərəm Alıyev pulu özü ilə evə gətirir və ailəsindən gizlədir. O, həyatının dəyişəcəyinə, kasıblığın bitəcəyinə və nəhayət xoşbəxt olacağına inanır. Amma hər şey düşündüyü kimi olmur. Həyatı tamamilə dəyişir — xəyanətə uğrayır, qarabasmalarla qarşılaşır və heç vaxt olmadığı bir insana çevrilir... Sonda isə Kərəm anlayır ki, insanın həqiqi xoşbəxtliyi cibindəki pulla deyil, qəlbindəki rahatlıqla ölçülür. Əldə etdiyi pulla itirdiyi dəyərlər, ailəsi və daxili sükunəti ona bir həqiqəti öyrədir: bir milyon dolların ola bilər, amma əgər içindəki insanı itirmisənsə, o pul sadəcə bir yükdür. Qaraqan bu əsərlə oxucunu bir sualla baş-başa qoyur: "Əgər sənin bir milyon dolların olsaydı, sən kimə çevrilərdin?"
Bir Milyon Dollarım OlsaydıQaraqan · Qanun Nəşriyyatı · 01,489 okunma
9/10
·80 syf.··
2025 17. kitabı
·
5 günde okudu
·
Okunma: 18 Temmuz 2025 16:46
Rahatlıqla bir günün içində oxuyub bitirə biləcəyiniz kitablardan biridir. Həcmcə kiçik olmasına baxmayaraq, insana dərin mesajlar ötürən, düşündürən əsərlərdəndir. Əsəri oxuduqdan sonra yaşadığım həyatın fərqinə vardım. Ətrafımda saxta insanlar, adi bir məsələ üçün belə yalan danışan varlıqlar... Maksim Qorki insanın yüksəlmək üçün rahatlıqla yalan danışmasını, cəmiyyətin iç üzünü qorxmadan qələmə alır. Kitabda bir hissə var ki, məni yaman düşündürdü.Onu sizinlədə bölüşmək istəyirəm. “Göy üzünə yüksəlmək üçün insan iki ayaq üstə qalxdı.” Bəlkə də elə bu “qalxma” ilə başladı yalanlar. Çünki insan ayağa qalxaraq ucalmadı, əksinə, başqalarını əzməyi öyrəndi.
FırıldaqçıMaksim Gorki · Qanun Nəşriyyat · 2020125 okunma
10/10
·424 syf.··
2025 12. kitabı
·
7 günde okudu
·
Okunma: 23 Mayıs 2025 19:03
Müharibə bütün insanlığı məhv edən ünsürlərdən biridir.Müharibə bütün həyatımızı darmadağın edən,ruhumuzda sağalmaz yaralar açan və günahsız bəndələri qətlə yetirən vəhşiliklərin təcəssümüdür. Amma müharibədə ən çox əziyyəti çəkən varlıqlardan biri də qadındır.Hansı ki,o qadınlar həyatımızın ən ülvi varlıqlarıdır. Bu amansız hərəkatda günahsız insanlar amansızcasına qətlə yetirilir.Axı insan başqasının həyatına necə son verə bilər? Necə olur ki,bir canlının yaşamaq hüququnu əlindən alırlar?O günahsız körpələrı hansı vəhşi əllər amansızcasına qətlə yetirə bilər? Kaş ki, müharibələr heç vaxt olmazdı. Kaş ki, heç bir uşaq müharibə səsinə oyanmaz, heç bir ailə öz sadətini müharibəyə görə qurban verməzdi… Rövşən Abdullaoğlunun “Reelslər üzərinə uzanmış adam” kitabı da bu acı həqiqətləri xatırladır. Hər sətrində insan ruhunun parçalandığını hiss edirəm. Kitabı üçüncü dəfə oxumağıma baxmayaraq, yenə də eyni sarsıntını yaşadım. Bəzən elə gəlir ki, müharibəni anlatmaq üçün sözlər yetmir – yalnız susmaq və hiss etmək qalır. Müharibə Əmin ilə Adriana­nın həyatını da alt-üst etdi. Onları xoşbəxtlikdən məhrum etdi. Amma bütün o çətin günlərin içində Əminin sevgisi Adriananı xilas etdi. Sevgi o qədər güclüdür ki, insanın yaralarını sarır, onu yenidən həyata qaytarır. Əminin saf və sarsılmaz sevgisi Adriana­nın qaranlıq dünyasına işıq saçdı…
Relslər Üzərinə Uzanmış AdamRövşen Abdullaoğlu · Qədim Qala · 20201,797 okunma