Onu deyə bilərəm ki,kitabda qeyri adiliklə qarşılaşmadım.Həyatda bir çoxlarımızın yaşadığı duyğular qələmə alınıb.Əziz Yaqubzadənin ilk kitabıymış "Ona" başlanğıc üçün pis deyil.Oxumağa dəyər....Xoş mütaliələr...
Kitabın başlanğıcında "oxuyarkən ağlınıza kim gəlirsə ona" dediyi üçün, kitabı mənim üçün dəyərli olan birinə hədiyyə etmişdim, oxuyub içinə notlar qeyd edərək.
Gələk kitab haqqında düşüncələrimə...
Oxuyarkən onu fərq etdim ki, məndə belə bir şey yaşatmışdım vaxtı ikən birinə... Bu üzümə şapalaq kimi dəydi.
Bəzən sıxıldım, bəzən acgözlüklə oxudum ama sonunda Əziz Yaqubzadə ilə bu görüşümdəm məmnun oldum, təşəkkürlər.
OnaƏziz Yaqubzadə · Xan Nəşriyyatı · 2015128 okunma
Əvvəlcə demək istəyirəmki kitabın Ön sözü çoxx xoşuma gəldi. Digər yazarların kitabında yazarın həyatlarını oxumaq sıxıcı gəlir mənə.Amma bu kitabda yazıcı bizlərə dəyər verərək sanki bizimlə üz-üzə oturub söhbətləşir. Əgər həyatınızda bir dəfə də olsun sevmisizsə bu kitab sizə görədir. Yazar sevgiyə istər qadın,istər kiş olsun hər iki cinsin tərəfindən baxib.Burda biz oxuculara tövsiyyələri də var. Sevib ayrılanların hansı hisslər keçirdiyini böyük ustaliqla göstərib.Kitabdaki altıntıları çoxxx bəyəndim,demək olarki kitabı başdan ayağa xətlədim.Yazarın dediyi kimi:"Kitab sənə bilmədiyin nələri isə öyrətməyəcək.Sadəcə olaraq,sənin hiss edib açıqlaya bilmədiklərini,içindən keçən ancaq tamamalaya bilmədiyin duyğuları qələmimlə kağıza köçürmüşəm".
Və gəlirəm kitabın son səhifəsində yazarın qeyd etdiyi cümləyə:Xahiş edirəm,kitabı bitirərkən məmnun olub olmadığını deyərək,qapağıni bağla.
Cavabım. Həqiqən məmnun oldum və çoxx bəyəndim. Oxumayanlara tövsiyyə edirəm
OnaƏziz Yaqubzadə · Xan Nəşriyyatı · 2015128 okunma
Bu kitabı oxuduqdan sonra köhnə hislər, düşüncələr gəldi gözümün önünə. Səhər tezdən evdən qaça-qaça çıxıb universitetə getməyim... Elmlər akademiyasının ətrafında çiçək açan ağaclar... Cins pencəyim və qara çantam :)... Mühazirə otağına iki dəqiqə gecikəndə müəllimin hər sözünə rəğmən “qb” almamaq üçün keçib sakitcə oturduğum o dərs...
Bu kitabla tanışlığım III kursda anasını çox kiçik yaşlarında itirmiş bir bəy tanışım sayəsində oldu. Kitabı səhər 11-də mənə verən bu tanışım günorta 3-də aldı məndən. Və nəticədə mən sadəcə bir neçə səhifə oxuya bildim. Amma ona heç vaxt küsmədim. Səbəb isə kitabı məndən alışında kiçik bir uşaq həvəsinin və gözlərində “o” parıltının olmasıdır. “Mən aşiq oldum”-dedi və davam etdi “Şeyyy... O bu kitabı istəyir”. Sadəcə gülümsədim və kitabı uzatdım. Ona heç vaxt küsmədim ;) Sonra uzun illər “Oxuyacam!” desəm də növbə çatmadı. İllər sonra isə kitabı tapmaq çox çətin başa gəldi. Bəs dəyərdimi?-Dəyərdi.
Kitab Əziz Yaqubzadənin “Ona”sıdır. Düşündüyümün əksinə kitab sadəcə romantik hislərdən deyil, hər sevginin ağrı-acısı olduğu qədər, onların bir gün bitəcəyindən bəhs edir. Çox təfərrüata girməyəcəm özünüz oxuyun deyə)
🪻Sonda isə “Məmnun oldum, @azizyaqubzade ” Əziz Yaqubzadə
Kitabı heç bəyənmədim.İlk öncə onu qeyd edim ki,şedevr əsərlər oxuyan biri üçün bu kitab çox sadə,bəsit və sönük qalır.Kitabda heç bir məna görmədim açığı.Boşa vaxt itkisidir.
OnaƏziz Yaqubzadə · Xan Nəşriyyatı · 2015128 okunma
Miraç Çağrı Aktaş kitablarına çox bənzəyir. Kitabın ön sözündə də deyildiyi kimi, "bu kitab sənə bilmədiyin nələrisə öyrətməyəcək". Kitabdan olan bəzi alıntıları görüb, çox bəyəndiyim üçün oxumaq qərarına gəlsəm də, yarılamadan mənim tərzimdə olmadığının fərqinə vardım və bu səbəbdən də yarım buraxdım. Amma yenə də, kitabda çox bəyəndiyim hissələr oldu.
OnaƏziz Yaqubzadə · Xan Nəşriyyatı · 2015128 okunma
Heç kitab oxuyarkən birdən başınızı qaldırıb ətrafdakıların sizə baxdığını və oxduğunuz kitabın səhifələrinin göz yaşlarınızdan islandığının fərqinə varmısız? Kitab o qədər "tanış" idi ki, açdığım hər yerdə metronun ortasında belə göz yaşlarıma hakim ola bilmirdim.
Nə olsun ki, Tolstoyun məşhur əsəri deyil, nə olsun ki, hər kəs tanımır, uzun müddət əvvəl, müəllifindən imza ilə, alıb, çox sevinmişdim, amma bunları yaşayacağımdan qorxduğum üçün, oxumağa cəsarət tapmırdım. Düzdür kitabı oxuduğum müddətdə basdırdığım duyğularım oyandı, yenə etməməli olduğum şeylər etdim, amma edib peşman olmaq etməyib olmaqdan daha yaxşıdır.
Müəllifin ilk səhifəyə yazdığı cümlədən (hansı ki, aylar əvvəl etdiyim daha bir etməməli olduğum şeyi xatırladırdı) tutmuş, seçdiyi sözlər daxil hər şey məni sözün əsl mənasında "aldı yerə çırpdı". 2 ay əvvəl oxusaydım kitabın hər cümləsini alıntı olaraq paylaşardım, amma duyğularımın söndüyü dövrdə oxumağıma rəğmən məni bu qədər təsirləndirən kitaba heyran qaldım.
Ona yazılma ehtimalı 0 ın altında olduğu halda, o'na yazıldığını düşündüm bəzən kitabın.
OnaƏziz Yaqubzadə
Salam. Əvvəlcə onu deyim ki yazardan oxuduğum ilk kitabdır. Kitabı ilk açarkən ilk cümlə və ön sözünü çox bəyəndim. Bu da kitabdan gözləntimi artırdı. Amma oxuyarkən çox sıxıldım. Mənə xitab edən bir kitab olmadı.
OnaƏziz Yaqubzadə · Xan Nəşriyyatı · 2015128 okunma
Bu kitabı 3 dəfə oxumuşam. Hər oxuyanda kitabı başqasının gözü ilə sevdim. Bir dəfə özümü yazanın yerində gördüm, bir dəfə kitaba mövzu olan qadının, son dəfə də özüm üçün oxudum. Egedeki EjderƏziz Yaqubzadə 9
Əziz Yaqubzadə, 27 Aralık 1993'te Azerbaycan'ın Masallı bölgesinde doğdu. Çocukluğundan beri küçük şiirler ve hikayeler yazdı.
2011-2015 yılında Azerbaycan Teknik Üniversitesi'nden bilgisayar mühendisliği alanında lisans, 2016-2018 yılında ise Azerbaycan Devlet Petrol ve Endüstri Üniversitesi'nden bilgisayar bilimleri alanında yüksek lisans derecesi aldı.
Şu ana kadar 5 kitabı yayımlandı. Bunlardan 3'ü yetişkinlere, 2'si çocuklara yönelikti. "Məktubunuz var!" çocuk romanı 2023 yılında Azerbaycan'da en çok satan çocuk romanı oldu.
Yazar, Azerbaycan Yazarlar Birliği üyesidir.