Boraltan bi köprü, aşar geçer Arazı,
Yusan Araz suyuyla çıkmaz yüzün karası.
Düşman bekler karşıda önüne kattı beni,
Can alınan çarşıda kardeşim sattı beni.
Dönüp seslendim geri, merhametsiz birine,
Beni siz vursaydınız, şu gavurun yerine!..
"etiraf etməli olduğumuz ən ağır şeylərdən biri budur ki, biz sevgiyə daha çox ehtiyac duyanda sevilməmişik. Bu – sevilməmək ağırısı çox dəhşətli hissdir."
Ceyn Ostin İngiltərənin ən məşhur yazıçılarından biridir. O, sərlərində əsasən sevgi, ailə münasibətləri və dövrünün cəmiyyətini təsvir etmişdir. Sadə, incə yumorla zəngin üslubu və insan xarakterlərini ustalıqla təqdim etməsi ilə tanınır. Ceyn Ostin qısa ömründə ingilis ədəbiyyatının ən gözəl nümunələri sayılan dəyərli romanlar yazıb.
Təhrik romanı Ceyn Ostinin son tamamladığı əsərlərdən biridir. Əsərin əsas mövzusu sevgi, peşmançılıq, ikinci şans və cəmiyyətin insan qərarlarına təsiridir.
Romanın baş qəhrəmanı Anna Eliot 8 il əvvəl sevdiyi Frederik Uentuort ilə nişanlanmaq istəyirdi. Lakin ailəsinin və yaxınlarının təsiri ilə bu münasibətdən imtina edir. İllər sonra Uentuort zəngin və uğurlu dəniz kapitanı kimi geri qayıdır. Anne isə keçmiş qərarının nəticələri ilə üzləşir. Hadisələr inkişaf etdikcə onların hisslərinin hələ də yaşadığı üzə çıxır.
Yazardan oxuduğum ikinci romandır və çox bəyəndim. "Emma" romanını da oxumaq istəyirəm.