Nəsibə Babayeva

Nəsibə Babayeva
@Babayeva_N
Puan vermedi·304 syf.··
2026 19. kitabı
Ceyn Ostin İngiltərənin ən məşhur yazıçılarından biridir. O, sərlərində əsasən sevgi, ailə münasibətləri və dövrünün cəmiyyətini təsvir etmişdir. Sadə, incə yumorla zəngin üslubu və insan xarakterlərini ustalıqla təqdim etməsi ilə tanınır. Ceyn Ostin qısa ömründə ingilis ədəbiyyatının ən gözəl nümunələri sayılan dəyərli romanlar yazıb. Təhrik romanı Ceyn Ostinin son tamamladığı əsərlərdən biridir. Əsərin əsas mövzusu sevgi, peşmançılıq, ikinci şans və cəmiyyətin insan qərarlarına təsiridir. Romanın baş qəhrəmanı Anna Eliot 8 il əvvəl sevdiyi Frederik Uentuort ilə nişanlanmaq istəyirdi. Lakin ailəsinin və yaxınlarının təsiri ilə bu münasibətdən imtina edir. İllər sonra Uentuort zəngin və uğurlu dəniz kapitanı kimi geri qayıdır. Anne isə keçmiş qərarının nəticələri ilə üzləşir. Hadisələr inkişaf etdikcə onların hisslərinin hələ də yaşadığı üzə çıxır. Yazardan oxuduğum ikinci romandır və çox bəyəndim. "Emma" romanını da oxumaq istəyirəm.
TəhrikJane Austen · Teas Press · 03,541 okunma
Reklam
10/10
·355 syf.··
Beğendi
·
2025 37. kitabı
Qüdrət Kərəm Sabit | Kaş ki gülən ölüm olsa Hər birimizin bitməsini istəmədiyi, amma sonunu bilmək üçün əlimizdən yerə qoya bilmədiyi kitablar var. Bu kitab da mənim üçün məhz elə əsərlərdən biri oldu. “Kaş ki Gülən Ölüm Olsa” oxucunu ilk səhifədən özünə çəkir. Hadisələrin axıcılığı, dialoqların təbiiliyi, hisslərin səmimi şəkildə oxucuya ötürülməsi insanı sanki həmin dövrə aparır və hadisələrin canlı şahidinə çevirir. Bu isə müəllifin qələminin gücündən xəbər verir. Kitabın məzmununa gəlincə, roman Cümhuriyyətimizin yaranmasından sonrakı dövrü əks etdirir. Burada həm xalqımızın göz önündə olan qəhrəmanları, həm də adları tarixdə qalmayan, lakin canları bahasına dövləti ayaqda saxlamağa çalışan isimsiz qəhrəmanlarımız ön plana çıxır. Əsərdə sevgi, həsrət, dostluq, düşmənçilik və ədalət mövzuları ustalıqla işlənib. Oxuduqca boğazım düyümləndi, son səhifəni qapadıqdan sonra isə içimdə həm bir boşluq, həm də fəxr və qürur hissləri yarandı. Tarixi faktlara əsaslanan “Kaş ki Gülən Ölüm Olsa” romanını mütləq oxuyun və başqalarına da oxutdurun. Ürəyinizə və qələminizə qüvvət, Qüdrət Kərim Sabit!
Kaş ki Gülən Ölüm OlsaQüdrət Kərim Sabit · Apostrof-a Nəşriyyatı · 202421 okunma
Puan vermedi·68 syf.··
2025 33. kitabı
Anton Çexovun "Altıncı Palata" adlı əsəri 1892-ci ildə yazılıb və onun ən güclü və fəlsəfi novellərindən biri sayılır. Bu əsərdə Çexov cəmiyyətin laqeydliyi, insan ağlı ilə dəlilik arasındakı sərhəd və müasir həyatın mənəvi iflası mövzularına toxunur. Əsər bir ruhi xəstəxanada – konkret olaraq 6-cı palatada baş verir. Burada ruhi xəstə kimi saxlanılan İvan Dmitri Qromov adlı intellektual bir adamla, xəstəxananın baş həkimi Andrey Yefimıç Ragin arasında gedən dialoqlar əsas hadisə xəttini təşkil edir. İlk baxışdan Ragin bir elm adamı, savadlı və sakit bir şəxs kimi görünür. Lakin zamanla onun da həyatdakı boşluqlardan əziyyət çəkdiyi, laqeyd bir insan olduğu, ətrafında baş verən haqsızlıqlara qarşı duyarsız qaldığı ortaya çıxır. Ragin və Qromovun söhbətləri dərin fəlsəfi mövzular ətrafında cərəyan edir: azadlıq, ədalət, ağıl və cəmiyyətin dəlilərə münasibəti. Nəticədə Ragin özü də psixi baxımdan çökür və bir gün o da 6-cı palatanın sakini olur – yəni cəmiyyətin onu da “dəli” hesab etdiyi mərhələyə çatır.
Altıncı KoğuşAnton Çehov · Türkiye İş Bankası Kültür Yayınları · 202687,2bin okunma
Puan vermedi·110 syf.··
2025 30. kitabı
Çingiz Aytmatov | Deniz kıyısında koşan ala köpek. Aytmatov bu əsərində, Nivx (Sibir xalqlarından biri) əsilli yazar dostu Vladimirin başına gələn bir xatirəni hekayələşdirib. Hekayədə, atası və yaxınları ilə balıq tutmağa çıxan bir uşağın tufana düşdükdən sonra yaşadıqları təsvir olunur. Uşaq, bu səyahətin sonunda bütün yaxınlarını itirir, fırtına yatır və o evinə qayıdır. Bu hadisədən sağ çıxır, amma geri döndüyündə artıq əvvəlki uşaq deyil – o, ruhən yaşlanmış, mənəvi sarsıntı keçirmiş, dünyanı fərqli gözlərlə görən bir insana çevrilmişdir. Hekayə o qədər uğurludur ki, sizi o qədər təsirli və canlı bir şəkildə içəri çəkir ki, qəhrəman susuzluq çəkərkən sizin də sanki diliniz damağınız quruyur. Çingiz Aytmatovun qələmini sevənlər mütləq oxumalıdır.
Deniz Kıyısında Koşan Ala KöpekCengiz Aytmatov · Ötüken Neşriyat · 20185,8bin okunma
Puan vermedi·135 syf.··
2025 22. kitabı
·
1 saatte okudu
·
Okunma: 21 Haziran 2025 16:58
Əsərdə iki əsas personaj var: Koyi və qayınatası Pyer. Kloyi həyat yoldaşı onu tərk etdikdən sonra iki qızı və Pyer ilə birlikdə kənd evinə gedir. Bu səssiz kənd evində, gecənin sakitliyində Pyer Kloyi ilə söhbətə başlayır. Pyeri acıqlı, özünə qapanıq, uşaqları ilə yola getməyən, onlara sevgi göstərməyən biri kimi tanıyan Kloyi burada onu yaxından tanıyır. Gözlənilmədən, o, illər əvvəl başqasını sevdiyini, amma bu sevgini seçə bilmədiyini və ailəsini tərk etmədiyini etiraf edir. Bu söhbət onların hər ikisinin daxili dünyasına, peşmanlıqlarına, qorxularına və itirdiklərinə bir səfər olur. Əsərin mərkəzində duran mövzu — sevgi qarşısında verilən qərarlar və bu qərarların ömür boyu daşıdığı yükdür. Pyerin etirafı — sevdiyi qadından ayrılması, onu daim xatırlaması və bu peşmanlıqla yaşaması sevginin həmişə ideal və ya qalib olmadığını göstərir.
Mən onu sevirdimAnna Gavalda · Fabula nəşriyyatı · 202246 okunma
Reklam