Bu gecə yatmaq nədir? Ləzzət çəkək ta sübhədək,
Yatmağa var başqa gün, başqa döşək ta sübhədək.
Gah gözüm üstündə əyləş,gah sığın,sin canıma.
Bağrımın başında ol,ülfətləşək ta sübhədək.
Sən badamgöz bir gözəl,şəkkər dodaqlı bir mələk,
Məzəmiz şəkkər,badam... mey nuş edək ta sübhədək.
Başıma çox döymüşəm hicrində,ey gül,mən dünən,
Bu gecə vəslin başımda bir çələng ta sübhədək.
Əllərim,canım sənin,mərci apar,ey nazənin!
Ud məni nərddə,oxu,şənlən görək ta sübhədək.
Zülfünü tövbən kimi tulla,öpüşlər saç mənə,
Tövbəni zülfün kimi əy,şəhd içək ta sübhədək.
Sən Nizami şeirini dinlə,qulaq halqası et,
Gəl qapı halqasını tərpətməyək ta sübhədək.