Nərmin

Nərmin
Hakın olmadığı dünyada hakın yolun bulmaya çalışan
insanlar adaletsizliği sadece kendi başlarına gelince düşünüyorlar.
Reklam
Zorluklardan yıldızlara.
Allah herkesin orucunu kabul etsin🤲.
Çoxdan bəridir ki, bu zavallı könlüm, Mən səndən aldığım nur ilə yaşayır. Sənin yadigarın ruhumdakı bu ölüm, O coşmaq istəyir də, yazıq ki, coşmayır. Qaranlıq bir yolda söndürdün çırağımı, Öylə zənn etdin ki, bir daha yanmayacaq. İndi bir nazənin almaqda sorağımı, O keçən yollarm qurbanıyam ancaq!.. Mən and içmişdim ki, o gün səndən sonra Yalvarmayacağam artıq heç bir gözələ. Ancaq günlər keçdi, sağaldı köhnə yara, Bax onun qəlbimdə yox bir nişanı belə! Mən artıq əvvəlki sərsəri deyiləm ki, Sənin dizlərində tökəm göz yaşımı?! Bu kəskin üsyanı, sən anlamazsan bəlkə? Bir başqa mehraba əyməkdəyəm başımı! İstədiyim kimi, sən qalx, onları dara, Artıq nə mənası vardır, ağarmış tellər?! Qaldır şu güzgünü, vur dilsiz divara! Və sonra üzünü qaranhqlara göstər. Əhməd Cavad
Günah içində ömrün,  əsən soyuq küləkmiş, Məqam gələr, deyərsən,  ölüm nə yaxşı şeymiş...   Çəkən qəmi, əzabı, bu  sonsuz iztirabı, Sınıq-sökük ürəkmiş, ürək nə yaxşı şeymiş...   İnanmaz idim, ey can,  şirindi gözdəki qan, Biləndə tamı nəymiş,  dedim nə yaxşı şeymiş...   Rəzalət içrə böylə,  batıb gedəndə, söylə, Qəza-qədər beləymiş, qədər nə yaxşı şeymiş...   Həyat yorubsa, heyhat,  bürün ağa, uzan yat. Kəfən deyil, bələkmiş, bələk nə yaxşı şeymiş...   *İlqar FƏHMİ*
Reklam