Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Leyla Lee

Leyla Lee
@Diana_lee
11 okur puanı
Haziran 2023 tarihinde katıldı
Üşüməkmi? İnsanın ürəyində milyonlarla günəş yananda, o heç üşüyərmi?!
Sayfa 178
Reklam
" Bu bir il içində bir neçə dəfə özümü saxlaya bilməyib ağlamışam. Bunların heç birində bu gecə göz qapaqlarımın içini yandıran yaşdakı bu acılıq yoxdu. O vaxt eləcə gözlərim ağlamışdı, bu gecə isə könlüm ağlayırdı."
Sayfa 232
320 syf.
10/10 puan verdi
Bu, Elxan Elatlının oxuduğum 4-cü kitabıdır. Və digər 3 kitab kimi, bunun da mükəmməl olduğunu əminliklə söyləyə bilərəm. Roman o qədər axıcıdır ki, nə vaxt başlayıb nə vaxt qurtardığını hiss etmədim belə. Məncə, kitab sona qədər maraqlı davam edir. Çox bəyəndim,və tövsiyə edirəm. Mövzusuna gəlsək, kitab Qasımlının telefon dostu olan Humayın ölüm xəbəri ilə oyanması ilə başlayır. Bu qızın gözündəki kədəri görmüş olan Qasımlı ona vaxtında kömək əlini uzatmadığına görə vicdan əzabı çəkir. Buna baxmayaraq, polkovnik qatili tapmaqda qərarlıdır. Qırmızı plaşlı qadın kimdir? Mədətov həmin gün niyə oraya gəlmişdi? Qasımlının gördüyü izləri görəndə niyə dinmədi? Və ən əsası, niyə Qasımlını izlədirdi? Hekayənin gedişatında bu suallar bir-bir öz cavabını tapır. Həmçinin kitabda obrazların həyat hekayələrinə də toxunulur, bu sayədə biz hər bir obrazla yaxından tanış oluruq. Bir sözlə,oxusanız peşman olmayacaqsınız.
Görünməyən İzlər
Görünməyən İzlər
Elxan Elatlı
Elxan Elatlı
Görünməyən İzlər
Görünməyən İzlərElxan Elatlı · İdeal Print · 2010442 okunma

Okur Takip Önerileri

Tümünü Gör
320 syf.
10/10 puan verdi
Görünməyən İzlər
Görünməyən İzlərElxan Elatlı
8.2/10 · 442 okunma
— Düz deyirsiniz. Amma yanımızda biri yıxılanda gərək gözləməyək ki, o bizi çağırıb yerdən qaldırılmağını xaiş etsin. — Sizin düşündüyünüz kimi adam yoxdur indi, – dedi. –Heç kəs heç kəsə təmənnasız yardım etmir. Edəndə də eləsini axmaq sayırlar.
Sayfa 178Kitabı okudu
Reklam
" Sən dünyaya gələndə ağlayırdın, dünya gülürdü. Elə yaşa ki,ölən zaman sən güləsən, dünya ağlasın. –Hind atalar sözü"
Sayfa 321Kitabı okudu
Axşam Villi baxışlarını Visamın çəkdiyi rəsmdən ayıra bilmirdi. Sistem qoşulmuş arıq bir əl, halsız barmaqların saxladığı zərif bir qızılgül. Şəkil sadə qələmlə çəkilmişdi, bircə qızılgüllər rəngli idi. ..Şəkil dil açıb danışa bilmirdi,sadəcə Villinin barmaqları arasında titrəyirdi, müəllifi isə artıq göylərə qalxmış bir mələk idi. Şəklin aşağı tərəfində iki sətir var idi. Birinci sətirdə "Visamdan dostu Villiyə", digərində isə "Bu şəhərdə kimsə yoxdur?" sözləri yazılmışdı...
Sayfa 340Kitabı okudu
— Bu şəhərdə kimsə yoxdur! İnsanlarla dolu kimi görsənir,ancaq başını çiyninə qoyub ağlayacağın biri yoxdur. Səni anlayacaq,yıxılanda əl uzadıb yerdən qaldıracaq biri yoxdur.Bu şəhərdə milyonlarla insanın içində sən təksən, kimsəsiz və gözəgörünməz! Bütün şəhərlər də elə bu cürdür. Ölkələr də elə şəhərlərdən təşkil olunmayıbmı? Deməli,bütün bu dünyada tək-tənhasan.
Sayfa 157Kitabı okudu
376 syf.
·
Puan vermedi
·
23 günde okudu
Bu Şəhərdə Kimsə Yoxdur
Bu Şəhərdə Kimsə YoxdurRövşen Abdullaoğlu
9/10 · 1.692 okunma
"Hər insanın hüququ daha güclü birinin istəkləri başlayan yerdə bitir."
Sayfa 291Kitabı okudu
Reklam
" Çəkmən olmadığına görə dilxor olursansa,ayağı olmayan insana, yəqin ki, rast gəlməmisən."
Sayfa 253Kitabı okudu
Epiqrafın gözəlliyi..
"Əgər dərman varsa, o zaman narahat olmağa dəyməz. Əgər dərman yoxdursa,o zaman da narahat olmağa dəyməz." —XIV Dalay Lama
Sayfa 129Kitabı okudu
"Villi, hisslər güllər kimidir. Diqqət olunmayanda, baxılmayanda solur. ...Hisslərini içində həbs etsən, bir müddətdən sonra onlar da boğulub öləcəklər."
Sayfa 127Kitabı okudu
"Dünya insanlarla doludur, ancaq onların hamısı üçün yalnız özləri maraqlıdır. Heç kimi digərinin sıxıntıları düşündürmür. Hamı üçün yalnız öz həyatı maraqlı və diqqətəlayiqdir. Hər kəs yalnız öz əsərini oxumaq,öz hekayəsini yazmaq istəyir."
Sayfa 116Kitabı okudu
"Təmiz idi Elnarə... Gördüyünü gördüyü kimi anlayırdı, eşitdiyini eşitdiyi kimi, danışdığını da danışdığı kimi. Belələri, Qasımlının fikrincə, çox az idi. Hətta həddindən artıq az idi. Adamların çoxu gördüklərinin görünməyən tərəfini eşələyirdi,eşitdiklərinə inanmayıb içindən pis bir şey axtarırdı, danışdıqlarını ölçüb-biçib, qarşısındakını
Sayfa 280 - QasımlıKitabı okudu
42 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.