İnsanın həyatında iki əsas seçim vardır ki,bu seçimlərimiz bizim taleyimizdir.Bunlardan biri iş,digəri isə həyat yoldaşı seçimidir.Xoşbəxt həyat yaşamaq üçün dolayısı ilə bu həyati seçimlər zamanı,maksimum diqqətli olmaq lazımdır.
Mən bəyəndiyim bədənə xəyalımdakı ruhu,o isə əksinə bəyəndiyi ruha xəyalındakı bədəni qoyub aşiq olduğunu zənn edir…
Reallıqda isə mən aşiqəm,o isə məftun.
Çünki insan camala aşiq,kamala məftundur.Kim nə deyirsə desin,xarici görkəm münasibətdə vacib rol oynayır və mən "əsas daxili gözəllikdir" deyən birinin səmimiyyətinə çox da inanmıram.Bunun adı üstündədir.Xaricdə olduğu üçün qarşındakına biri haqqında məlumatları,hiss və düşüncələri ilkin olaraq o ötürür.Bu səbəbdən birini görmədən sevmək,bəlkə mümkün ola bilər.Görmədən ona aşiq olmaq isə yox.
- Sevgi Şekspir və digər yazıçıların bizə anlatmaq istədiyindən daha artıq və tərifi olmayan bir duyğudur.Çox təəssüflər olsun ki,günümüzdə sevgi,eşq kimi anlayışları bir-birindən fərqləndirə,onlar arasında incə xətti ayırd edə bilən adam sayı çox azdır.
Amma daha üzücü olan gözəl sevməyi,düzgün aşiq olmağı bilən insanların bir-birini tapmaq ehtimalının daha az olmasıdır.
Birdəki birini sevmək,birinə aşiq olmaq nə günah,nə də utanılası bir şeydir.Uzun sözün qısası,hər gün bir neçə dəfə ölməkdənsə,bir dəfə hər gün ölmək daha yaxşıdır!
Əsl sevginin də bir növ ölümdən bir fərqinin olmadığı,onun da eynən ölüm kimi hansı zamanda,hansı şəraitdə yaxamızdan yapışacağını,sonra baş verəcəkləri və dərmanın nə olduğunu bilməməyimizdir.Tək fərq ölümün canlı,qarşılıqsız əsl sevginin isə mənəvi orqanizmin fəaliyyətini dayandırmasıdır.Bu qədər.Hər canlı sevdiyi kimi bütün canlılar zamanı gələndə ölümü dadacaq.Bəziləri torpağa,nisbətən az qismi isə ürəklərə dəfn olunacaq