Bazı hikâyeler tam tahmin ettiğin gibi ilerler. Bazılarıysa son sayfada tüm bildiklerini sorgulatır. 🤯
Ters köşeleri seviyorsan, seni sonuna kadar merakta bırakacak 3 kitap önerisini keşfetmeye hazır ol!
Bəzən valideynlər onların yarım qalmış arzu və istəklərini övladları vasitəsilə gerçəkləşdirib yaşamağa can atır.Məsələn:həkim olmağı çox istəyib bacarmayan biri öz övladını çox zaman gələcəkdə məhz həkim kimi görməyi arzu edir.
Bəzən də tam tərsi.Həkim olan biri mütləq övladım da mənim yolumu davam etdirməlidir,deyib durur.
Çox təəssüflər olsun ki,bizim ölkədə bir çox valideynlər övladlarını öz arzu və həvəslərinə uyğun yönləndirir.Bu cəmiyyətdə mühüm problem olaraq qalır.Beləcə,biz cəmiyyət olaraq neçə uğurlu yazıçı,memar,idmançı və s.itirmiş oluruq ki,bu da əsas faciəmizdir
Uğursuz insan yoxdur.Özünü kəşf etməmiş və ya kəşf etsə belə,öz üzərində çalışmayan insan var.Hər bir insan müəyyən bir peşə üçün yaradılıb və bu insanın daxilində həvəs adlandırdığımız hiss ilə bioloji kodlaşdırılıraq gizli tutulur.İnsan zamanla onu tapmalıdır.Çünki bu onu karyerasında uğurlu edəcək yeganə amildir.Müəyyən yaşa dolana qədər biz mütləq və mütləq bir dəfə belə olsa,məşğul olarkən həvəsimizin dövriyyəyə girərək andan həzz almağa,ruhumuzu məcbur edən həmin peşə ilə tanış oluruq.Bir şeyi istəmək ona nail olmağın yarısıdır.Həvəsimiz zamanla istəyə,o isə öz növbəsində tələbata dönüşür.
Məncə,həyatda təsadüf,şans kimi anlayışlar həqiqətdə mövcud deyil.Bu sadəcə insanların yaratdıqları və yetərincə əmək sərf etmədikləri ya da onsuz da olmayacaq,yəni Tanrının olmasına icazə vermədiyi şeylərə verdikləri addır.
-Necə bu qədər əmin danışa bilirsiniz?
Əks halda təsadüf varsa,səbəb yoxdur deməli.
Mən bu dünyada heç nəyin səbəbsiz olmadığına inanıram.Çünki Tanrının dünyanı yaratması belə haqqında müəyyən fərziyyələr irəli sürdüyümüz,realda isə dəqiq bilmədiyimiz müəyyən səbəblərdəndir.