Əsər diqqəti özünə ilk olaraq ön sözü ilə cəlb edir. Məşhur azərbaycanlı yazıçı və psixoloq olan Rövşən Abdullaoğlunun ön sözdə yazdığı " sahilin hər iki tərəfində dayanan biri kimi Frensis Kollinsin çoxcəhətli, maraqlı təhlilləri oxuyucuları düşünməyə vadar edəcək" cümləsi kitabı oxuduqca öz təsdiqini tapır.Kitab düşündürür həm elmi, həm dini, həm də bir növ fəlsəfi mövzuları özündə cəmləşdiri.Kitabı oxuyarkən müəllifin fikrinə qatılmadığım, yalnış məlumat verdiyini düşündüyüm hissələr olsa da, bütöv bir pəncərədən baxıldıqda kitab oxumağa dəyər kitabdır.
Kitabla bağlı son tövsiyəm isə kitabı oxuyarkən yanınıza dəftər və qələminizi almağınızdı. İstifadə olunan terminlər, adı çəkilən şəxsiyyətlər, tarixi və elmi məlumatlar ayrı-ayrılıqda axtarılmağa və öyrənilməyə dəyərdir. Xoş oxumalar :))