"Eh, insan niyə ölümsüz deyil axı? - fikirləşir. Beyinin mərkəzləri, qırışları nəyə lazımdır? Görmək, danışmaq bacarığı, hiss-əhval, zəka... əgər bütün bunlar faniliyə çevrilib torpağın altına gedərək soyuyacaqsa, sonda, Yer kürəsilə birgə mənasız və məqsədsiz yerə milyon illərlə günəşin başına fırlanacaqsa, nəyə lazımdır axı? Ucalardan uca, demək olar ki, ilahi düşüncəli insanın canını alıb, soyuq nəşini yerin başına fırlatmaqdan ötrü, sonda da gülünc halda gilə çevirmək üçün qeybdən gətirməyə heç bir ehtiyac yoxdur.
Doğrudur, kitablarımız var, amma bu heç də canlı söhbət və ünsiyyət deyil. Müsaidənizlə belə bir uğursuz müqayisə aparardım: kitablar notdur, söhbət – nəğmə.