Fərqi yoxdur,sonu necə
bitəcək,fərqi yoxdur arada olan bu münasibətin adı nə idi və fərqi yoxdur
ki,hisslər bir gün dəyişəcəkmi ya yox? Əsas olan bu an idi.
Münasibətin ən gözəl çağını yaşayırdılar. Hansı ki,hələ heç bir söz
deyilməmiş,dostluq və sevgili xəttinin tam ortasında dayanmışdılar.
Münasibətlərin talehi çizginin hansı tərəfində qalmaq istədiyinizə qərar
verdiyiniz gün müəyyən olunur.. Ya hisslərinizin sadəcə bir xoşlantı olduğunun
fərqinə varıb dost qalırsınız (ki,bunu da hər insan bacarmır.çünki sevilmədiyi
üçün yetərsiz hiss edən egolar buna icazə vermir) ya da,ortada həqiqətən gerçək
nəyinsə olduğuna inanıb həyatınızın riskinə gedirsiniz.