Məsudə Cabbar

Məsudə Cabbar

Yazar
9.1/10
74 Kişi
·
216
Okunma
·
42
Beğeni
·
654
Gösterim
Adı:
Məsudə Cabbar
Unvan:
Yazar
Doğum:
Azerbaycan, 1993
Dua insana ümid bəxş edirdi. Bəlkə də gecə yarısı oyanıb diz çökərək göz yaşlarının himayəsində fısıldadığın o sözləri həqiqətən də heç kəs eşitmirdi, amma başının üzərində gəzən qara buludların arxasında gizlənmiş günəşin istiliyini ancaq o zaman hiss edə bilirdin...Dua məhz bu cür hiss idi...Rahatladırdı.
Dua insana ümid bəxş edirdi. Bəlkə də gecə yarısı oyanıb diz çökərək göz yaşlarının himayəsində fısıldadığın o sözləri həqiqətən də heç kəs eşitmirdi , amma başının üzərində gəzən qara buludların arxasında gizlənmiş günəşin istiliyini ancaq o zaman hiss edə bilirdin.. Dua məhz bu cür hiss idi.. Rahatladırdı.
Sevgi..Tərifi olmayan bir şeydir..Ona həqiqətən toxuna bilmirsiniz..Sadəcə hiss etmək lazımdır.Sevgini bədənlərdə axtardığımız müddətcə onu heç vaxt tapa bilməyəcəksiniz.
Kitab oxuyan insan dünyadan çıxan kosmonavt və ya savaşa gedən əsgər kimidir.Geri qayıtdığı zaman heçnəyi əvvəlki halı ilə görə bilməz.Və ən dəhşətlisi odur ki, qatıldığın bu qəribə savaşda sənin cibindəki mərmilər əlində tutduğun silaha uyğun gəlməyəcək...
Əziz dostlar, həyatınızın geri qalan hissəsi boyunca bu cümlələri xatırlamağınız üçün sizə yalvarıram.Əsla,əsla öz dəyərinizi başqasın ölçdürməyin və istər maddi,istərsə də mənəvi fədakarlıqdan çəkinin.Əsla qurban olmayın.Əsla qarşılıqsız sevməyin və kimdənsə bunu gözləməyin.Əsla verdiyinizdən artıq qaytarılmasını tələb etməyin.Bu mənəviyyatsızlıq,yağmaçılıqdır.Əsla sevilmək uğruna mənəviyyatınızı dəyişdirməyə çalışmayın.Tək qalmaqdan ,düşünməkdən və ya düşünməməkdən qorxmayın!İnkar etmə yanılğısına düşməyin!Özünüzü tapın ,onunla üzləşin və qəbul edin!
250 syf.
·1 günde·Beğendi·10/10 puan
Kitablarinı çox sevərək oxuduğum bir yaziçi.1k uygulamasını endirdikdən sonra həmən həmən oxuduğum bütün kitablari paylaşıdim.Məsudə Cabbar i axtardigimda tapmadim.eksik kitab hissesinde bildirdim ve yüklendi kitab.Bunun ucun teşekkür edirem ilk önce kütüphaneci arkadaşlarımıza....
Kitab Zehra və Raulun sevgisindən bəhs edir.Raulun telefonunu bacısı Helimenin telefonundan tapan Zehra ona yazmaga başlayır.... Raul Zehrani tanımir kim olduğunu bilmir....Sonra öğrenecek onun kim olduğunu ve gorusduyu vaxtda Zehra'nın sırrını.....
Təşəkkürlər
250 syf.
·3 günde·Beğendi·10/10 puan
Uzun muddetden sonra agladigim bir kitab oldu.Cox duygu yüklü bir kitabdir.
Ata hesreti ile boyuyen Fereh her gün məzarliga gelir.Orxanda anası ucun gelir.Anasi ucun her gün bir məktub gətirir.Bir gün Fereh Orxanin anası ucun mektubu gorub aparir eve.Kim deye bilerdiki bir gün bu mektubdan birini Orxan yox Fereh yazacaq ve onu Orxan ucun yazacaq.
Qaşlarını niyə çatmısan? Hə..Bilirəm,deyəcəksən ki,məni ağlayarkən görmək istəmirsən və mən bu halımla daha da çirkin görsənirəm...

Fərəh dərindən nəfəs alıb gülümsədi.Məzar daşına tərəf yaxınlaşıb buz kimi mərmərin üzərindəki ən isti ada toxundu..Məktubunu üzünə yaxınlaşdırıb kağızı həsrətlə öpdü və hər gün yazıb gətirdiyi digər məktubların yanına qoyaraq gözdən itdi..
250 syf.
·1 günde·Beğendi·10/10 puan
Məncə oxumağa dəyər bir hekayədir onların hekayəsi. Təsadüflər nəticəsində qarşılaşan iki insan və saf sevgidən bəhs edir əsər. Bir oturuşda oxuna biləcək, asan dillə yazılmış bir əsərdir. Mənim fikrimcə gənc və ya yaşlı fərq etmədən, oxuna biləcək bir həyat hekayəsi idi. Bəzi hissələr o qədər tanış gəlirdi ki, bilmirəm daha çox bəyənməyimə səbəb olurdu. Eyni zamanda, belə sonluqlu kitabları daha çox sevirəm. Bunun səbəbini bilmirəm lakin, bu sonluqlar və hadisələr həyata daha yaxın görünür. İnsan özündən daha çox parçalar tapır.
250 syf.
·1 günde·Beğendi·10/10 puan
Gün gələcək sevdiklərimizin bir kəliməsinə bir gülüşünə həsrət qalacıq. Qədir bilmək çox qiymətlidir. Bu kitab bir daha öyrətdi mənə bunu. Sadə dillə həyatın doğrularını anlatanan bir kitab...
224 syf.
·2 günde·Beğendi·Puan vermedi
Belə... Bu kitabı oxumaq haqqında düşünürdüm və dedim baxım,görüm oxuyanlar bu haqda nə söyləyiblər. Və gördümki heç kəs inceləməyib kitabı və qərara gəldimki ilk incələyəcəyim kitab elə "Ən" olsun.

Birinci onu deyim ki,kitab çox,çox,çox xoşuma gəldi. Hələ əgər sevgi haqqında kitabları çox oxuyursunuzsa,iki qat sevəcəksiniz.

Kitab Qəmər adlı universitetə təzə qəbul olmuş qızın həyatında bəhs edir. İlk bölümlərdə Qəmərin ailəsindəki sarsıntılar,valideyinləri ilə arasındakı uçurumlar göstərilir. Amma bu sarsıntı sonradan zəlzələyə çevrilir və bu nöqtədə də Qəmərin universitet həyatı başlayır. Yeni aldığı zərbələr Qəməri incidir. Amma atası axır ki onunla əsl ata kimi davranmaq qərarına gəlir. Hər şey öz axarı ilə gedərkən Qəmər yeni bir sevgi hissinə qapılır. Amma bu sizin öyrəşdiyiniz,mənimsədiyiniz bir sevgi hekayəsi deyil. Bu sevgidə Qəmər və Kənanmı qalib gəlir,yoxsa "camaat" mı? Qəmər hansı yolu seçir? Nə qərara gəlir?Bunu demək istəmirəm. Və sizin marağınız üçün öz öhdənizə buraxıram.

Kitabda cəmiyyətin ön yarğısının,hər yalana inanıb insanlara mənən zərər verməsi mənim fikrimcə gözəl vurğulanıb.

Yazar özü də qeyd edib kitab həqiqi həyata əsaslanaraq yazılıb. Yəni bu oxuduqlarımı biri yaşayıb deyə düşünəndə çox pis oluram.
Rasi
Rasi Xoşbəxtliyə Çatanda Əldə Qalanlar'ı inceledi.
313 syf.
Anar 10 ildir ki, Huri ilə evlidir.Lakin evliliklərində problemlər var-övlad sahibi ola bilmirlər.Anar kitabları,milli mahnılarımızı,incəsənəti sevən biridi,lakin həyat yoldaşı onun tam əksidi. Bütün günü ev işləri görməklə məşğuldu.
Digər qızımız isə Kahiradı.Kahira ərəb qızıdı və ailəsi ilə birgə Irandan Azərbaycana köçüblər.Qeyd eləməsəm haqqsızlıq olar-Kahiranın atasını həqiqətən çoxx bəyəndim.Yaxşi ata,uşaqlarını sıxmayan,onlarla maraqlanan ata kimi atadi. Amma Kahira üçün müsbət rəy yaza bilməyəcəm. Qız elə bil daşdı,hissləri yoxdu.Müasirliyini anlamağa çalıram amma gecə evdən gizlin getmələrini bəyənmədim.Və Anarı 1 həftə belə tanımamış yaxinlaşmağını heç amma heç xoşuma gəlmədi.Keçirəm Anarı yıxıb sürüməyə. Anarı başda çoxx bəyəndim amma sonralar üçün bunu heyifki deyə bilməyəcəm.
Anlayiram sevmirsən amma acizlik niyə göstərirsən. Huri üçün isə çoxx pis oldum.Başına gələnlər yaşadıqları çox təsir elədi mənə.Kitabin sonlarına yaxım gözləmədiyim halla qarşilaşdim və şok oldum.Gözlərimə inana bilmədim belə gözləmirdim mən.Kitab haqqında bir şeyi də qeyd edim ki,romanda mahni adlarinin verilməsi(xarici musiqilər tərzimə uyğun gəlməsə də milli mahnilara qulaq asdim),şəkilli olmasi və kitablardan bəhs edilməsini çoxx amma çoxx sevdim.
Kitapı önceden okumuştum mükemmel bir kitapYeniden okumak için buraya gəldim yeniden okumaya sabırsızlanıyorum...Her kitabın bir hikayesi var bu ayrı bir güzel

Yazarın biyografisi

Adı:
Məsudə Cabbar
Unvan:
Yazar
Doğum:
Azerbaycan, 1993

Yazar istatistikleri

  • 42 okur beğendi.
  • 216 okur okudu.
  • 21 okur okuyor.
  • 176 okur okuyacak.
  • 2 okur yarım bıraktı.