Tahmini Okuma Süresi:
6 sa. 21 dk.
Sayfa Sayısı:
224
Basım Tarihi:
2016
Yayınevi:
Digər Nəşriyyat
Ülke:
Azerbaycan
Dil:
Azerbaycanca
Format:
Karton kapak
Reklam

Yorumlar ve İncelemeler

10/10
·224 syf.··
Beğendi
·
2025 13. kitabı
·
25 saatte okudu
·
Okunma: 07 Haziran 2025 16:08
Sevgi–səbrdir, qarşılıqlı dəstəkdir və ən əsası; bir-birini olduğu kimi qəbul etməkdir. Sevgi sadəcə sevmək deyil, insanın içindəki qaranlığı işığa çevirməyə yardımçı olmaqdır.
Ən
Ən
Məsudə Cabbar
Məsudə Cabbar
’ın duyğuları oxucunun qəlbinə toxunacaq şəkildə qələmə aldığı çox təsirli bir əsərdir. Kitabın dili olduqca axıcıdır, insanı ilk səhifədən tutub sonuna qədər aparır. Əsər iç dünyamızda gizlənmiş "ən"lərimizlə üzləşməyimizə kömək edir: ən güclü, ən zəif, ən həssas və ən sakit tərəfimizlə...Əgər duyğulu, səmimi və düşündürücü bir əsər axtarırsansa,
Ən
Ən
sənin üçün mükəmməl seçim ola bilər.
1000Kitap
ƏnMəsudə Cabbar · Digər Nəşriyyat · 2016312 okunma
Puan vermedi·224 syf.··
Beğendi
·
2021 36. kitabı
·
30 saatte okudu
·
Okunma: 07 Mayıs 2021 17:46
Belə... Bu kitabı oxumaq haqqında düşünürdüm və dedim baxım,görüm oxuyanlar bu haqda nə söyləyiblər. Və gördümki heç kəs inceləməyib kitabı və qərara gəldimki ilk incələyəcəyim kitab elə "Ən" olsun. Birinci onu deyim ki,kitab çox,çox,çox xoşuma gəldi. Hələ əgər sevgi haqqında kitabları çox oxuyursunuzsa,iki qat sevəcəksiniz. Kitab Qəmər adlı universitetə təzə qəbul olmuş qızın həyatında bəhs edir. İlk bölümlərdə Qəmərin ailəsindəki sarsıntılar,valideyinləri ilə arasındakı uçurumlar göstərilir. Amma bu sarsıntı sonradan zəlzələyə çevrilir və bu nöqtədə də Qəmərin universitet həyatı başlayır. Yeni aldığı zərbələr Qəməri incidir. Amma atası axır ki onunla əsl ata kimi davranmaq qərarına gəlir. Hər şey öz axarı ilə gedərkən Qəmər yeni bir sevgi hissinə qapılır. Amma bu sizin öyrəşdiyiniz,mənimsədiyiniz bir sevgi hekayəsi deyil. Bu sevgidə Qəmər və Kənanmı qalib gəlir,yoxsa "camaat" mı? Qəmər hansı yolu seçir? Nə qərara gəlir?Bunu demək istəmirəm. Və sizin marağınız üçün öz öhdənizə buraxıram. Kitabda cəmiyyətin ön yarğısının,hər yalana inanıb insanlara mənən zərər verməsi mənim fikrimcə gözəl vurğulanıb. Yazar özü də qeyd edib kitab həqiqi həyata əsaslanaraq yazılıb. Yəni bu oxuduqlarımı biri yaşayıb deyə düşünəndə çox pis oluram.
Aşk
ƏnMəsudə Cabbar · Digər Nəşriyyat · 2016312 okunma
Puan vermedi·224 syf.··
2024 3. kitabı
Məsudə Cabbarın digər 2 kitabını çox bəyənsəm də, bu kitabı digərləri kimi sevmədim. Hadisələr gec irəlləyirdi, bəzən artıq bu vəziyyətdən sıxılırdım. Kitabın mövzusu gəldiksə isə olduqca qəşəng idi
Duygu ve Düşünce
ƏnMəsudə Cabbar · Digər Nəşriyyat · 2016312 okunma
9/10
·224 syf.··
2024 12. kitabı
·
4 günde okudu
·
Okunma: 03 Nisan 2024 19:40
Yazarın oxuduğum ilk kitabı idi. Ümumi mövzu marağlıdır. Xüsusi ilə bu kitabda olan bütün obrazların ailə problemlərinin olması, insanların bilib bilmədən yarğılaması və s. məsələlərə toxunulub. Qəmərin BDU tələbəsi olması məni tələbəlik illərimə apardı( Sonda sevginin qalib gəldiyi bir əsər.
ƏnMəsudə Cabbar · Digər Nəşriyyat · 2016312 okunma
7/10
·224 syf.··
Beğendi
·
2024 1. kitabı
·
13 günde okudu
·
Okunma: 14 Ocak 2024 00:00
·
Maraqlı əsərdir.Sujet xətti olduqca maraqlıdır.Qəmər adlı bir qızın həyatından bəhs olunur.Ailəsi tərəfindən ona vurulan zərbələr,çəkdiyi əziyyət özünü göstərir.İş o yerə gətirir ki,ailəsi boşanmağa qərar verir.Və qız çox pis olur.Ancaq universitetə qəbul olandan sonra Kənan adlı bir şəxslə rastlaşır.Zaman keçdikcə onu tanıyır və sevməyə başlayır.Kənan obrazı digər oğlanlardan fərqli obrazdır.Kitab oxuyur, müsiqi dinləyir və şəkil çəkir.Onun öz dünyası var və heç kimə ilişməyən,ancaq öz işi ilə məşğul olan biridir.Ancaq onun haqqında yalan,pis xəbər yayılır.İnsanlar onu sevməməyə,kobud rəftar etməyə başlayır... Müasir dövrümüzə əsaslanan bir əsərdir.İnsanları tanımadan fikir sahibi olmamağı öyrədir.
ƏnMəsudə Cabbar · Digər Nəşriyyat · 2016312 okunma
Puan vermedi
Hə dostlar! Məsudə Cabbar mənim sevdiyim yazarlardan biridir. Hətta deyərdim ki, ilk kitab oxumağa 2018-ci il, 9-cu sinifdən başlamışam və ilk oxuduğumda Məsudə cabbarın kitabı olmuşdu. "Ən" romanı axıcıdır, maraqlıdır. İnsanı oxuyarkən yormur. Sadədir. Ən əsası hərşeyə rəğmən qalib gələn sevgi romanıdır. Sevgi, rəğmən deməkdir və onu hər şeyə rəğmən qüsurlarıyla qəbul edib sevmək deməkdir...bu romanı oxuyarkən bu sözlərin şahidi olmuşdum. Çoox spoilər verib romanın marağını qaçırmaq istəmirəm amma bu roman ilk öncə Anası Atası boşanma qərarı almış və qızlarına yaşatdığı travmadan daha sonra isə 2 gəncin universitetdə tanış olub nə yollardan keçdiyindən, nələrlə üzləşdiyindən bəhs edir və sonunda.......... Çox spoilər verməyəcəm demişdim. Oxuyun məsləhətlidir. Xoş mütaliələr...
Aşk
ƏnMəsudə Cabbar · Digər Nəşriyyat · 2016312 okunma
Puan vermedi·224 syf.··
2025 1. kitabı
·
1 saatte okudu
·
Okunma: 09 Nisan 2025 11:34
Bu kitab məndə çox uzun illərdi var.Və bir dəfə oxumuşdum. Kitablarım arasında yenidən gözümə dəydi və bir daha oxumaq istədim. Sanki ilk dəfə oxuyurmuş kimi hiss edir və heçnə xatirlamırdım. Taki Kənanla rastlaşana qədər. Kitabi çox sevərək oxusamda bəzi hissələr çox uzun gedirdi və sıxılırdım. Hekayə Qəmər adlı bir qızdan bəhs edir. Ailə ilə yaşadığı problemlərdən ,anasının onu tərk etməsindən,atasiyla sonra xoşbəxt olmasından. Ama onun üçün ən böyük xoşbəxtlik universitetə qəbul olduqdan sonra tapdığı sevgidir Yeni oxuyanlar üçün marağı qaçmasın deyə çox spoilər vermek istəmirəm. Sadəcə mənə bir məqam həmişə sual olaraq qalacaq, Əgər Qəmər Kənanın necə olduğu onunla vaxt keçirmədən ona bağlanmadan əvvəl bilsəydi,bu hekayə yenə belə davam edərdimi!? Yoxsa sevgi hərşeyə rəğmən deməkdimi. Hərkəsə xoş mütaliə’lər
ƏnMəsudə Cabbar · Digər Nəşriyyat · 2016312 okunma