Tahmini Okuma Süresi:
8 sa. 47 dk.
Sayfa Sayısı:
310
Basım Tarihi:
Ekim 2024
Yayınevi:
Mayak Nəşriyyatı
ISBN:
9789952852370
Ülke:
Azerbaycan
Dil:
Azerbaycanca
Format:
Karton kapak
Reklam

Yorumlar ve İncelemeler

10/10
·310 syf.··
2025 121. kitabı
·
9 günde okudu
·
Okunma: 03 Ağustos 2025 23:52
Məsudə Cabbarın "Cahan" əsəri mənim üçün təkcə bir roman deyil, hisslərin, ağrıların və qadın gücünün səssiz fəryadı oldu. Kitabı oxuyarkən özümü bir kənardan izləyici kimi hiss etdim. Elə bil bir otağın pəncərəsindən baxır, Cahanın həyatını səssizcə izləyirdim. Toxuna bilmədən, müdaxilə etmədən, sadəcə şahid olaraq... Əsərdə məni ən çox sarsıdan hissə Rəvanın Cahanın sevdiği insanın onu axtararkən dünyasını dəyişməsi oldu. Həyatda bəzən sevgi çatmağa bir addım qalmış bitər. Rəvanın ölümü bu romanın ən ağır, amma ən dərin yerlərindən biri idi. Onun bu səssiz vedası, həm gecikmiş sevginin, həm də taleyin acı gülümsəməsi kimi gəldi mənə. Cahan isə mənə görə güclü qaldı. Çünki o, sonda sevdiyinə qovuşdu. Bəzən güc, həyatda qalmaq deyil – inanmağa davam etməkdir. Onun inancı, sevgisi və səssiz dözümü ilə yaşaması – bu onun həqiqi gücü idi. Kitabın dinlə bağlı hissələrini oxuduqca bir cümlə canlandı beynimdə: “İnanclar... insan inandığı qədər var ola bilir ancaq.” Bu cümlə mənim içimdə bir şeyləri silkələdi. Bəlkə də bu dünyada yaşamağın yeganə yolu bir şeyə inanmaqdır. Və o inanc insanı var edir. Bu kitabı oxumaq mənim üçün həm ağır, həm də düşündürücü oldu. Özümü Cahanın yerində görmək istəməzdim, çünki o həyat mənim üçün çox qaranlıq, çox yorucu və çox sarsıdıcı idi. Amma onun hekayəsini izləmək həyatın nə qədər sərt və eyni zamanda nə qədər dərin olduğunu bir daha xatırlatdı. Sonda deyə bilərəm ki: “Cahan” sadəcə bir qadının hekayəsi deyil. Bu, hər şeyə rəğmən sevə bilən, yaşaya bilən və inana bilən insanların səssiz fəryadıdır. Cahan Məsudə Cabbar
1000Kitap
CahanMəsudə Cabbar · Mayak Nəşriyyatı · 202447 okunma
6/10
·310 syf.··
Beğendi
·
2025 8. kitabı
·
81 günde okudu
·
Okunma: 31 Temmuz 2025 16:29
Bu ilin 8-ci kitabını da oxuyub bitirdim Bəyəndim, bəyənmədim kimi bir şərh yazmayacam, çünki qərarsızam... Düşünürəm, Məsudə Cabbar qələminə "Oğlan", "Aciz qalan ulduzlar", "Ən" romanları daha uyğun idi. Bu romana gəldikdə isə, məncə 'Fantastik roman' deyil, 'Dini-Fantastik roman' demək daha uyğundur. Ümumilikdə Rəvan və Cahan mənə görə çox eqoistdir və camaata yuxarıdan aşağı baxırlar Babək yazığım gələn bir personaj oldu, oxşar travmanı 2ci dəfə yaşadı demək olar Ən sevdiyim obraz isə Cahanın babası idi
CahanMəsudə Cabbar · Mayak Nəşriyyatı · 202447 okunma
10/10
·310 syf.··
Beğendi
·
2026 8. kitabı
·
26 saatte okudu
·
Okunma: 30 Ocak 2026 21:19
Cahan.. Oxuyarkən elə hiss etdim ki, müəllif hadisə danışmır, içində qalanları pıçıldayır. Bəzən ağır gəldi, bəzən də elə bir cümləyə rast gəldim ki, uzun müddət fikrim ordan qopa bilmədi. Hər kəs üçün yazılmış kitab deyil, amma hiss edən oxucu üçün çox təsirlidir. Oxuyub bitirəndən sonra yox, oxuyarkən dəyişdirən kitablardandır. Bitirərkən bir divara baxıb saatlarla düşündürən bir kitab…
CahanMəsudə Cabbar · Mayak Nəşriyyatı · 202447 okunma
Cahan kitab yorumummm
6/10
·310 syf.··
2025 24. kitabı
·
4 günde okudu
·
Okunma: 19 Temmuz 2025 22:45
Sonda belə bir düşüncə yaranır.... görəsən Cahan dəli mi olmuşdu, hər şey gözünə görünürdü və Rəvan real həyatda yox idi? Yoxsa həqiqətəndə belə bir şeyin yaşanması mümkün idi. Sonluq biraz qarışıq qaldı məndə. Bilmirəm niyə. Ama bir gün yazarın bir başqa kitabını oxuma şansım olsa, və ya imzasına qatılsam, bunu özündən soruşacam. Necəsən burda belə bir düşüncə oyandı məndə. Onsuz kitab fantastikti. Ama yenədə maraqlı gəlir. Cahan dəli olmuşdu ya yox. Bu arada bu kitab mənim oxuduğum ilk Azərbaycan qadın yazarının kitabıdır. Yəni özüdə fantastik. Yazarlarımızın, xüsusilə də gənc yazarlarımızın sayının artması məni sevindirir və fərqli janrlarda onları görməkdə.
CahanMəsudə Cabbar · Mayak Nəşriyyatı · 202447 okunma
Cahan/Rəvan
10/10
·310 syf.··
Beğendi
·
2026 10. kitabı
·
25 saatte okudu
·
Okunma: 09 Mayıs 2026 00:00
Fantastik kitabları həqiqətən çox sevirəm.Amma demək olar bu kitqb ən sevdiyim oldu.Kitabı bitirdikdən bir müddət təsirindən çıxa bilmədim.Hər məlumat çox düşündürücü idi
Kitap Alıntısı
CahanMəsudə Cabbar · Mayak Nəşriyyatı · 202447 okunma