Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Ən Yorumları ve İncelemeleri

Ən yorumları ve incelemelerini, Ən kitabı hakkındaki okur görüşlerini , Ən puanlarını 1000Kitap'ta bulabilirsiniz.

Puan

8.210 üzerinden
63 Kişi · 4 İnceleme
224 syf.
·
Puan vermedi
·
Beğendi
·
30 saatte okudu
Belə... Bu kitabı oxumaq haqqında düşünürdüm və dedim baxım,görüm oxuyanlar bu haqda nə söyləyiblər. Və gördümki heç kəs inceləməyib kitabı və qərara gəldimki ilk incələyəcəyim kitab elə "Ən" olsun. Birinci onu deyim ki,kitab çox,çox,çox xoşuma gəldi. Hələ əgər sevgi haqqında kitabları çox oxuyursunuzsa,iki qat sevəcəksiniz. Kitab Qəmər adlı universitetə təzə qəbul olmuş qızın həyatında bəhs edir. İlk bölümlərdə Qəmərin ailəsindəki sarsıntılar,valideyinləri ilə arasındakı uçurumlar göstərilir. Amma bu sarsıntı sonradan zəlzələyə çevrilir və bu nöqtədə də Qəmərin universitet həyatı başlayır. Yeni aldığı zərbələr Qəməri incidir. Amma atası axır ki onunla əsl ata kimi davranmaq qərarına gəlir. Hər şey öz axarı ilə gedərkən Qəmər yeni bir sevgi hissinə qapılır. Amma bu sizin öyrəşdiyiniz,mənimsədiyiniz bir sevgi hekayəsi deyil. Bu sevgidə Qəmər və Kənanmı qalib gəlir,yoxsa "camaat" mı? Qəmər hansı yolu seçir? Nə qərara gəlir?Bunu demək istəmirəm. Və sizin marağınız üçün öz öhdənizə buraxıram. Kitabda cəmiyyətin ön yarğısının,hər yalana inanıb insanlara mənən zərər verməsi mənim fikrimcə gözəl vurğulanıb. Yazar özü də qeyd edib kitab həqiqi həyata əsaslanaraq yazılıb. Yəni bu oxuduqlarımı biri yaşayıb deyə düşünəndə çox pis oluram.
Ən
ƏnMəsudə Cabbar · Digər Nəşriyyat · 2016223 okunma
224 syf.
9/10 puan verdi
·
4 günde okudu
Yazarın oxuduğum ilk kitabı idi. Ümumi mövzu marağlıdır. Xüsusi ilə bu kitabda olan bütün obrazların ailə problemlərinin olması, insanların bilib bilmədən yarğılaması və s. məsələlərə toxunulub. Qəmərin BDU tələbəsi olması məni tələbəlik illərimə apardı( Sonda sevginin qalib gəldiyi bir əsər.
Ən
ƏnMəsudə Cabbar · Digər Nəşriyyat · 2016223 okunma
Reklam
224 syf.
7/10 puan verdi
·
Beğendi
·
13 günde okudu
Maraqlı əsərdir.Sujet xətti olduqca maraqlıdır.Qəmər adlı bir qızın həyatından bəhs olunur.Ailəsi tərəfindən ona vurulan zərbələr,çəkdiyi əziyyət özünü göstərir.İş o yerə gətirir ki,ailəsi boşanmağa qərar verir.Və qız çox pis olur.Ancaq universitetə qəbul olandan sonra Kənan adlı bir şəxslə rastlaşır.Zaman keçdikcə onu tanıyır və sevməyə başlayır.Kənan obrazı digər oğlanlardan fərqli obrazdır.Kitab oxuyur, müsiqi dinləyir və şəkil çəkir.Onun öz dünyası var və heç kimə ilişməyən,ancaq öz işi ilə məşğul olan biridir.Ancaq onun haqqında yalan,pis xəbər yayılır.İnsanlar onu sevməməyə,kobud rəftar etməyə başlayır... Müasir dövrümüzə əsaslanan bir əsərdir.İnsanları tanımadan fikir sahibi olmamağı öyrədir.
Ən
ƏnMəsudə Cabbar · Digər Nəşriyyat · 2016223 okunma
·
Puan vermedi
Hə dostlar! Məsudə Cabbar mənim sevdiyim yazarlardan biridir. Hətta deyərdim ki, ilk kitab oxumağa 2018-ci il, 9-cu sinifdən başlamışam və ilk oxuduğumda Məsudə cabbarın kitabı olmuşdu. "Ən" romanı axıcıdır, maraqlıdır. İnsanı oxuyarkən yormur. Sadədir. Ən əsası hərşeyə rəğmən qalib gələn sevgi romanıdır. Sevgi, rəğmən deməkdir və onu hər şeyə rəğmən qüsurlarıyla qəbul edib sevmək deməkdir...bu romanı oxuyarkən bu sözlərin şahidi olmuşdum. Çoox spoilər verib romanın marağını qaçırmaq istəmirəm amma bu roman ilk öncə Anası Atası boşanma qərarı almış və qızlarına yaşatdığı travmadan daha sonra isə 2 gəncin universitetdə tanış olub nə yollardan keçdiyindən, nələrlə üzləşdiyindən bəhs edir və sonunda.......... Çox spoilər verməyəcəm demişdim. Oxuyun məsləhətlidir. Xoş mütaliələr...
Ən
ƏnMəsudə Cabbar · Digər Nəşriyyat · 2016223 okunma