Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Elza

325 syf.
9/10 puan verdi
·
9 günde okudu
Algernona çiçəklər- Daniel Kizin elmi fantastika janrında yazdığı hekayə. 1960-cı ildə "Ən yaxsı qısa elmi fantastik hekayə" nominasiyasında "Hyuqo" mukafatına layiq görülmüşdür.Sonradan Kiz hekayədəki süjetin əsasında eyniadlı roman yaratdı. Bu əsər 1966-cı ildə "Ən yaxsı roman" nominasiyasında "Nebula" mükafatına layiq görülmüşdür. Roman əsasında 1968-ci ildə film də çəkilmişdir və bu film əsərin baş qəhrəmanının adı ilə adlanaraq "Charly" adlandırılmışdır. Filmdə Charly obrazını aktyor Cliff Robertson canlandırıb. Və bu obraza görə ona ən yaxşı kişi aktyor mükafatı da verilib. Kitab çox təsirli və maraqlıdır. Sujet xətti də axıcı irəliləyir və insanı sıxmır.Film haqqında isə eyni sözləri deyə bilməyəcəm. Film ilə kitab arasında çox böyük fərqlər var idi. Təbii ki,kitab qədər mükəmməl olacağını gözləmirdim. Amma aşağı gözlənti ilə baxdığıma rəğmən yenə də filmi heç bəyənmədim.
Algernon'a Çiçekler
Algernon'a ÇiçeklerDaniel Keyes · Koridor Yayıncılık · 201515,2bin okunma
Reklam
72 syf.
·
Puan vermedi
Hamımız Qoqolun "Palto"sundan çıxdıq.
Palto 1842-ci ildə nəşr olunan Ukrayna əsilli rus müəllif Nikolay Qoqolun qısa bir hekayəsidir. Hekayə və müəllifinin rus ədəbiyyatı üzərində böyük təsiri olmuşdur.Rus realist yazıçıları haqqında bir sitatda ifadə edildiyi kimi: "Hamımız Goqol'un" Palto"sundan çıxdıq." 1941-ci ildə yazıçı Vladimir Nabokov bunu "İndiyə qədər yazılmış ən böyük rus hekayəsi" adlandırdı. Hekayə Rusiyada Sankt-Peterburqdakı yoxsul hökumət katibi Akaki Akakiyeviçin həyat və ölümündən bəhs edir. Qoqol “Palto” adlı hekayəsində sadə insanların dərdindən, çəkdiyi haqsızlıqlardan, yaşadıqları yoxsulluqdan danışmış, nəcib insanların reaksiyasını çəkəndə onu rus xalqını alçaltmaqda, onları pis göstərməkdə və xalqına xəyanət etməkdə ittiham etmişlər. Buna baxmayaraq, "Palto" klassiklər arasında öz yerini tutmuşdur.
Palto
PaltoNikolay Gogol · Tutku Yayınevi · 201737,1bin okunma
64 syf.
7/10 puan verdi
·
6 günde okudu
19-cu əsrin sonu,20-ci əsrin əvvəllərində yaşamış məşhur yazar Stefan Svayqın "Mecburiyet"adlı əsəri 1920-ci ildə çap edilmişdir.Əsərin mövzusu birinci dünya müharibəsindən sonrakı illəri əhatə edir. Hadisələr İsveçrədə cərəyan edir.Əsərin baş qəhrəmanı Ferdinand adlı bir rəssamdır. O arvadı Paula ilə birlikdə ölkəsi Avstriyadan qaçıb İsveçrədə yaşayır. Və bir gün Ferdinanda gələn çağırış vərəqəsi ilə onların həyatınında dəyişikliklər başlayır. Bu əsərdə insan ruhu, müharibə və çarəsizlik kimi mövzulara da yer verilmişdir. Bu əsər Svayqın ən məşhur əsərləri arasındadır və kitabda yazarın öz həyatından da bəzi məqamlara toxunulmuşdur.
Mecburiyet
MecburiyetStefan Zweig · Kızıl Panda Yayınları · 202362,2bin okunma

Okur Takip Önerileri

Tümünü Gör
185 syf.
7/10 puan verdi
·
3 günde okudu
Qürur, dürüstlük,namusluluq,insaniyyət. Bu və bunlar kimi onlarla müsbət xüsusiyyətləri özündə cəmləyən bir qız və bu cür yaxşı insan olduğundan başına gələn onlarla fəlakət. Varlı bir tacirin iki qızı yetim qalır və qohumları da bu qızlara sahib çıxmırlar. Bu qızların hərəsi ayrı yolları seçirlər. Biri əxlaqsızlığı və rahat həyatı,digəri isə dürüst və namuslu həyatı. Bu kitabda hər iki yolu seçən qızların hər birinin həyatını oxuyuruq. Namuslu bir həyatı seçən Custinin başına gələnlər isə insanı tərəddüd içində qoyur. Doğurdan mı insanlıq duyğusu yox olub? Doğurdan mı artıq mərdlik,namusluluq sadəcə hərflərdən ibarət sözlərdir? Kitabda Custinin başından keçən hadisələr insanı bu qənaətə gəlməyə sanki məcbur edir. Custinin dürüstlüyü onu bir çox insanla qarşı-qarşıya qoyur. Bu insanlar cəmiyyətin aşağı təbəqəsi deyil ,əksinə yüksək təbəqədən olan insanlar: həkim,rahib,tacir, hakim... kimi zəngin insanlardırlar. Kitabda hadisələr çox axıcı irəliləyir və insan sıxılmır.Kitabda ara-ara erotik səhnələrə də yer verilmişdir. Amma bu səhnələr erotik bir kitabın əksinə olaraq iyrənclik hissi yaradır insanda. Çox soyuqqanlı biri olmağıma baxmayaraq hətta mənim belə Custinin çəkdiyi əzablar, işgəncələr ürəyimi sızlatdısa,"ürəyi zəif insanların oxumağı tövsiyə olunmur " ).
Erdemle Kırbaçlanan Kadın
Erdemle Kırbaçlanan KadınMarquis de Sade · Altın Post Yayıncılık · 2012573 okunma
112 syf.
8/10 puan verdi
Bütün xoşbəxt ailələr bir birinə mi bənzəyir ???
Kitabın yazarından yola çıxaraq bu kitabın dinə aid bir kitab olduğunu düşünmək olar. Amma belə deyil. Ön yargı ilə başladığım bu kitab mənə çox şey qatdı. Ailə həyatı quracaqlar və ailəli şəxslərə şiddətlə oxumağı tövsiyə edirəm. Kitabda ailə quruluşu necə olmalıdır,kişi və qadın arasındakı münasibətlər,fərqlər,ailədə uşağın rolu, tərbiyəsi və s. kimi mövzulara toxunulur. Hər şeyin öz cizgisindən çıxdığı bu "müasir"dövrdə ailəni necə qorumalı və ailə quracağımız insanı necə dəyərləndirməli olduğumuz haqqında faydalı məsləhətlər var. Evin rəisi kimdi ? Kişi ya qadın ? Hər iki cins ailədə rəisdir. Sadəcə fərqli sferalarda.Kişi maddi, qadın mənəvi rəisdir. Qadın ailənin məzmununu idarə edir. Kişi isə ailənin formasını. Kitabda kişi öz qadını ilə necə rəftar eləməlidir,qadın öz əri ilə necə davranmalıdır çox gözəl şəkildə izah edilib. Açığını desəm dindar biri deyiləm və həmişə də içimizdəki sözdə "dindar"insanlar ucbatından dindən yan qaçmışam. Və hər zaman da bu cümlə mənə əsəb keçirdirdi " Qadın kişisinə itaət etməlidir". Kitabda bu cümlə o qədəər gözəl izah edilib ki,heyran qaldım. Ailədə kişinin və qadının öhdəlikləri, səlahiyyətləri açıq və səlis bir dildə oxucuya çatdırılıb. Kitab haqqında çox yazmaq istəyirəm amma çox da danışıb marağı öldürmək lazım deyil məncə ) . Hər kəsə xoş mütaliələr...
Xoşbəxt Ailə Modeli
Xoşbəxt Ailə ModeliHacı Şahin · Parlaq İmzalar · 012 okunma
Reklam
285 syf.
8/10 puan verdi
·
8 günde okudu
Həqiqətən də Qarmaqarışıq))
Kitaba böyük gözləntilərlə başlamamışdım. Məqsədim gənc yazarımıza dəstək olmaq idi. Kitabın belə yaxşı olacağını da ummazdım. Gözlədiyimdən daha yaxşı idi. Dedektiv sevmirəm indiyə qədər də üç ya dörd dedektiv əsər oxumuş olaram ya olmaram. Ona görə də hadisələrin gedişatı,əsərin keyfiyyəti haqqında bir fikir deyə bilməyəcəm. Çünki mənə görə
Qarmaqarışıq
QarmaqarışıqNəimi · Bakı, Əlfəcin Nəşriyyatı · 2024112 okunma
104 syf.
9/10 puan verdi
·
9 günde okudu
Bu platformada kitab haqqında tək bir inceleme var o da mənfi yöndədir. Bu kitab haqqında inceleme etmək fikrim yox idi. Amma düşündüm ki,kitabın profilinə girib baxan kəslər mənfi incelemeni görüb oxumaqdan vaz keçərlər. Ona görə də həm mənfi ,həm müsbət bir rəy olsun istədim.Mən sevdim kitabı. Düşünsək ki,bu şeirləri adi bir gənc yazıb olduqca qənaətbəxş hesab edilə bilər. Əksərən alıntılardan yola çıxdığım kitablar məni qane eləmir. Lakin bu dəfə əksi oldu. Düzdür sətirlər sadədir. Hər oxuyanın anlayacağı şeir tipidir. Bəzi yerlərində dərin mənalı sətirlər var sadəcə. Amma yenədə bu şeirlərin pis olması mənasına gəlməz. Son zamanlar hər yerdə bu kitabın alıntıları qarşıma çıxırdı və yaxşı ki,mən də oxudum. Çox vaxt aparacaq bir kitab da deyil 1-2 saata bitər və oxusanız heç nə itirməzsiniz. Kitabdakı şeirlərin məğzi sevgidir. Burda ayrılıq da var,həsrət də var... Məni kitabı oxumağa sövq edən şeylərdən biri də yazarın intihar edərək özünü öldürməsi idi. Və düşündüm ki,bir daxili böhran keçirib intihar etmək dərəcəsinə qədər gəlib çatan birinin şeirləri çox güman ki,çox təsirli olacaq. Düşündüyüm kimi də oldu. Kitabı bəyəndim mən. Hər kəsə xoş mütaliələr.
Eynəkli Qız
Eynəkli QızMəlik Cahan · Mücrü Nəşriyyatı · 202116 okunma
288 syf.
8/10 puan verdi
·
14 günde okudu
Hər şeyi "içimizdəki şeytan"ın üstünə ata bilərik mi ?
Sabahattin Alinin " kürk mantolu Madonna" əsərinə o qədər həvəslə başlamışdım ki... Amma bitirdikdə heç də böyüdüldüyü qədər möhtəşəm bir əsər olmadığını görmüşdüm. Və məndə belə bir düşüncə yaranmışdı ki, Sabahattin Ali'nin tərzini sevmirəm və onun kitablarının şişirdildiyini düşünürdüm. İçimizdəki şeytan kitabına da o qədər də
İçimizdeki Şeytan
İçimizdeki ŞeytanSabahattin Ali · The Roman Yayınları · 2019172,5bin okunma
112 syf.
10/10 puan verdi
·
13 günde okudu
Hər cümləsini hiss edərək xəyalımda canlandıraraq oxudum kitabı. Mükəmməl bir əsər idi. Hiss edərək oxumayan biri üçün adi bir kitab ,hiss edərək oxuyan üçün isə dahiyanə bir əsərdir. Həm qəliz, bir o qədər də axıcı və sadə bir hekayə... Kitab Kafkanın atası ilə olan münasibətini bizə açır. Kafka bu əsəri məktub kimi atasına yazıb. Atasının onun evliliyinə qarşı çıxması nəticəsində 36 yaşına qədər atasına hiss etdikləri,içində ona qarşı bəslədiyi duyğuları bu məktubda yazır. Kitabın məzmunu atasının Kafkaya etdiyi hərəkətlər,bəslədiyi duyğulardır. Bir valideynin uşağın həyatında nə qədər böyük rol oynadığının sübutu olan bir kitabdır. Valideynin sadəcə övladına nəsihətlər verərək ona həyat dərsi öyrədərək bir şey əldə etməyəcəyini,əksinə örnək bir həyat sürərək uşağına bütün dərslərdən,nəsihətlərdən daha yaxşı dərs olacağını bizə öyrədir bu kitab. Uşağa yaxşı insan olmağı öyrətmək yox,özümüz yaxşı insan olmaq,uşağa kitab oxu demək yox onun yanında özümüz kitab oxumaq,uşağa mərhəmətli olmağı öyrətmək yox,özümüz mərhəmətli olmaq uşaqlar üçün ən yaxşı dərsdir. Uşaqlar qulağı ilə yox,gözləri ilə öyrənirlər... Mükkkəmməl bir əsər idi "mənim üçün". Xüsusilə valideyn travması olanlara oxumağı ,hiss edərək oxumağı tövsiyə edirəm. Xoş mütaliələr...
Babaya Mektup
Babaya Mektup
Franz Kafka
Franz Kafka
Babaya Mektup
Babaya MektupFranz Kafka · Can Yayınları · 201940,7bin okunma
70 syf.
·
Puan vermedi
Yenə insan psixologiyasının qaranlıq qapılarını açan Zweig. Kitabın adı"Korku". Və mən kitabı oxuyarkən həqiqətən o qorxunu dərin bir hisslə yaşadım. Qəhrəmanın bütün həyəcanlarını, peşmançılığını,qorxusunu çox dərindən hiss edərək yaşadım. Mükəmməl bir əsər idi...
Korku
KorkuStefan Zweig · Türkiye İş Bankası Yayınları · 2022103,5bin okunma
Reklam
100 syf.
7/10 puan verdi
Tolstoyun ən gözəl əsərlərindən biridir məncə bu əsər.İnsana həyatı sorğuladan,ölümü sorğuladan,yaşadığı həyatın mənasını anlamağa kömək edən(əgər mənası varsa...)bir kitabdır.Müəyyən yaş dövrlərində təkrar oxunacaq kitablar siyahısına əlavə olundu deyə bilərəm. Hər yaşda bu kitabdan başqa bir məna çıxarmaq olar. Əsərdə baş qəhrəman adından da göründüyü kimi İvan İliçdir.İvan İliç ölür :)Spoiler vermiş kimi olmayım . Kitabın adı spoilerdir onsuzda:) Biz kitabda İvan İliçin həyat yoluna nəzər salırıq. Onun yaşadığı sevincli,üzüntülü həyat səhifələrini ötəri şəkildə vərəqləyirik. Əsərdə İvanın xəstəlik yolu,ölüm yolunu yazar bizə çox dərin cümlələrlə ifadə edir.İvan İliçin günü-gündən xəstəliyinin dərinləşməsi və ölümə bir az da yaxınlaşması onun keçirdiyi həyat yolunu sorğulamasına gətirir. Axı nə üçün yaşamışdı ? Nə üçün bada vermişdi bu həyatı ? Xoşbəxt ola bilmişdi mi? İvan İlyiçin xəstəliyi dövründə ailə üzvlərinin ona biganə yanaşması ona hədsiz pis təsir edir. Xüsusilə həyat yoldaşının və qızının onun bu pis günlərində gəzintilərə,dəvətlərə getməsi,onun xəstəliyini veclərinə almamaları İvana ağır gəlir. Bu müddət ərzində İvanın tək güvəndiyi insan onun baxıcısı olur. İvanın halına yalnız o acıyır.İvan da bu günlərdə yalnız onu görmək istəyir. İstəklərini o yerinə yetirir,kaprizlərini o çəkir. Bir neçə vaxt sonra da İvan gözlərini həyata yumur. Ölüm anında biri ona yaxınlaşır və "bitti"deyir. Və bir neçə saniyə sonra İvan ölür.
İvan İlyiç'in Ölümü
İvan İlyiç'in Ölümü
Lev Tolstoy
Lev Tolstoy
İvan İlyiç'in Ölümü
İvan İlyiç'in ÖlümüLev Tolstoy · Türkiye İş Bankası Kültür Yayınları · 202245,6bin okunma
175 syf.
·
Puan vermedi
Tolstoyun əksər əsərlərinə xas olan kənd həyatı bu əsərdə də əsas ana xəttdir. Bu qısa hekayədə iki qonşu ailə arasında olan mübahisələrdən danışılır. Ailə böyüklərinin iradlarına baxmayaraq ailələr arasındakı bu gərginlik daha da hərarətli hal alır. Vəziyyət bir qonşunun digərinin evini yandırmasına qədər gətirib çıxarır. Əsərdə təbliğ olunan fikir "pisliyi ancaq yaxşılıqla məhv etmək olar"dır.Pisliyə pisliklə cavab verildikdə o daha da böyüyür və qarşısıalınmaz bir hal alır. (Mənim fikrimi soruşsaz kim sizə nə edir ona beş qatını qaytarın :))
Ateşi Kıvılcımken Söndürmeli
Ateşi Kıvılcımken SöndürmeliLev Tolstoy · Araf Yayınları · 20121,443 okunma
120 syf.
8/10 puan verdi
Qəhrəmanımız Yevgeni Sank Peterburqda uzun illər yaşamış daha sonra isə atasının vəfatı ilə kəndə köçmüş burada atasından qalan mülkə yiyə durmuş və onun borclarını qaytarmaqla məşğul olan bir gəncdir. Atasının vəfatından sonra qardaşına düşən payı bir məbləğ qarşılığında ondan satın alır və bütün mülkə sahib çıxır. Anasını da yanına alan bu gənc
Şeytan
ŞeytanLev Tolstoy · Bordo Siyah Yayınları · 20184,451 okunma
95 syf.
10/10 puan verdi
Balaca şahzadə... Bu kitabı bəlkə də ən azı 5 dəfə oxuyub yarımçıq saxlamışdım. Nəhayət bu dəfə bitirə bildim. Nədənsə mənə hər zaman sıxıcı gəlib bu kitab. Və həmişə də düşünmüşəm ki,bu kitabı oxumağımın bir zamanı var və o zaman indi deyil. İnsana çox təsir edən bir kitabdır. Yaxşı ki,də oxuyub bitirə bildim. Düşüncələrimdə, davranışlarımda çox şey dəyişdi "Balaca şahzadə". Heç də düşündüyüm kimi sıxıcı deyilmiş,manasız deyilmiş. Bu kitabın çox boş yerə böyüdüldüyünü fikirləşirdim. Amma kitabı oxuyandan sonra bütün ön yargılarım dağıldı. Nadir hallarda bir kitabı bu qədər bəyənirəm. Və o nadir hallardan,nadir kitablardan biri də "Balaca şahzadə"oldu. Kitabı oxuyub qurtarandan sonra məndə qəribə bir hiss buraxdı.Kitab səhvlərimi oturub fikirləşməyimə və onları düzəltmək üçün çabalamağıma çox yardımçı oldu. Bir kitabı ikinci dəfə oxumağı sevmirəm. Amma düşünürəm ki,bu kitabı hələ daha çox təkrar təkrar oxuyacam.
Küçük Prens
Küçük PrensAntoine de Saint-Exupéry · Şule Yayınları · 2019236bin okunma
72 syf.
8/10 puan verdi
Kitab bir virus sonrası dünyanı bürüyən vəbadan bəhs edir. Bu virus insan bədəninə girdiyi andan 15 dəqiqə ərzində belə insanı öldürmək gücünə sahibdir. Bu qədər tez öldürə bilən bir virus elə bu sürətlə də bütün dünyaya yayılır və insanlığın sonunu gətirir. Bu vəbadan bir neçə insan sağ çıxa bilir. Lakin onların qurtulması heç nəyi dəyişdirmir. Həyat artıq əvvəlki kimi deyil. İnsanlar sözün həqiqi mənasında daş dövrünə geri dönürlər. Bütün o beton binalar,kəşflər,ixtiralar və s. heç biri artıq yoxdur. Qızıl vəba hər şeyi yerlə yeksan etmişdir. Kitab maraqlı və axıcı idi. Yaxşı ki, karantin vaxtı oxumamışam)). Xoş mütaliələr .
Kızıl Veba
Kızıl VebaJack London · Türkiye İş Bankası kültür Yayınları · 202032,7bin okunma
31 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.