Xədicə Nəsirova

Xədicə Nəsirova
Rəssam
Akademiya
Bakı
Ucar, 3 Nisan 2000
29 okur puanı
Aralık 2022 tarihinde katıldı
9/10
·124 syf.··
Beğendi
·
2023 1. kitabı
Bəzən adlandıra bilmədiyimiz, hətta sözə tökmək ehtiyacımızın fərqində olmadığımız ən dərin etiraflarımızdır onun qələmindən tökülənlər. İfşa olunmaqdan həzz alanlar üçündü onun əsərləri...
Yeraltından qeydlərFyodor Dostoyevski · Bakumoz Nəşriyyatı · 2017159,6bin okunma
Reklam
Puan vermedi·992 syf.··
2023 62. kitabı
Eqo'nun yeni bir rəyi açılır qarşımızda; Roarkın eqoistliyi kiməsə zərər vermir, o öz aləmində yaşayır, insanlardan istifadə etmir, kimisə aşağı çəkərək yüksəlməyə çalışmır, ümumiyyətlə, (digər) insanların onunçün (özünə zərər verəcək qədər) əhəmiyyəti yoxdur. Cəmiyyətin fikirlərinə bağlı deyil, özündən şübhə etmir. Özünə inanır və özünü düzgün qiymətləndirir. Özünü düzgün tanıyır. İnsanların tərif və təhqirinə biganə yanaşır çünki özüylə bağlı digərlərinin onu alçadıb qaldıra bilməyəcəyi qənaəti var. Onun eqoistliyi bildiyimiz kor-koranə və sui istifadəçi özünə məhəbbət deyil. Özünə dəyərdi. Və özünə dəyər verən hər bir insan bir gün mütləq özünə dəyər verməyən tənqidçi cəmiyyət tərəfindən aşağı çəkilməyə məhkumdu.
Hayatın KaynağıAyn Rand · Pegasus Yayınları · 20213,739 okunma
Puan vermedi·336 syf.··
2023 64. kitabı
Çox sevdiyim obraz olan Ovod haqqında 2-ci kitabdır. Hətta onun cümlələri olmasaydı belə təkcə onun təsviri insanı qəribə bir şəkildə özünə çəkir. Renenin düşündüyü kimi, "Rivares sadəcə bir küncdə oturub ağzını açmadan döşəməyə baxsa da, elə bil onun bütün varlığını ələ keçirir." Onu anlamaq bəzən çətindir, amma bu vacib deyil; o dostları tərəfindən sevilir.
Qırılmış DostluqEthel Lilian Voynich · Qanun Nəşriyyatı · 2013176 okunma