Ayxan Alırzalı

Ayxan Alırzalı
@Everlastingmoments
- Eşq, qızıl qanadlı bir quş kimidir, Qəlbinə qonar və nəğmə söylər. Cəmiyyəti dəyişdirmək lazımdır; cümləsini qurmaqdan öncə ilk özünü dəyişdir!)
Grafik Tasarımcı
Sumgait Chemical İndustrial Park MMC Peşə təhsil Mərkəzində Qrafik Dizayn
Sumqayıt
Sumqayıt, 8 November 1997
189 reader point
Joined on August 2020
Şu anda okuduğu kitap
Sabitlenmiş gönderi
Azərbaycan Himni (Azerbaycan Ulusal Marşı)
🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿 Azərbaycan! Azərbaycan! Ey qəhrəman övladın şanlı Vətəni! Səndən ötrü can verməyə cümlə hazırız! Səndən ötrü qan tökməyə cümlə qadiriz! Üçrəngli bayrağınla məsud yaşa! Minlərlə can qurban oldu! Sinən hərbə meydan oldu! Hüququndan keçən əsgər, Hərə bir qəhrəman oldu! Sən olasan gülüstan, Sənə hər an can qurban! Sənə min bir məhəbbət, Sinəmdə tutmuş məkan! Namusunu hifz etməyə, Bayrağını yüksəltməyə, Cümlə gənclər müştaqdır! Şanlı Vətən! Şanlı Vətən! Azərbaycan! Azərbaycan! 🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿
Reklam
Heç kimə İNANMA. Heç özünə də ETİBAR eləmə, Həqiqəti axtarma. Həqiqət özü gəlib səni tapacaq.
Psixiatr
Psixiatr
272 syf.
·
Not rated
·
Liked
Bədən Dili
Bədən DiliJoe Navarro
8.2/10 · 4,719 reads

Reader Follow Recommendations

See All
Reklam
Nə istəyirsən et, ancaq üstündə hər zaman kağız gəzdir. Məsələn, rəssam Devid Hokninin pencəklərində qeyd kitabçası üçün xüsusi cib var idi. Musiqiçi Artur Rassel sinəsində iki cibi olan köhyənlər geyinməyi sevirdi ki, orada qeyd üçün kağızlar gəzdirə bilərsən Oğurladıqların üçün bir qovluq ayır. Bəli, bəli məhz elə — başqalarından əkişdirdiklərini saxlamaq üçün bir qovluq. Fərqi yoxdur kağız və ya virtual, əsas odur ki, olsun. Kimi kəsib xüsusi bir alboma yapışdırır, kim isə smartfonuna çəkir. Oğurlamağa dəyər bir şey görürsən? Göndər onu həmin qovluğa. İlhamlanmaq lazımdır? Oğurlananlar qovluğunu aç. Qəzet müxbirləri belə qovluqları “morq” adlandırırlar — bu adlandırma mənim xoşuma gəlir. Sənin morq qovluğun ölüləri saxladığın yerdir və vaxt gələcək onları dirildərək öz işində istifadə edəcəksən.
Oğurlananı gələcəyə saxla
Getdiyin yerlərə üzərində qələm və qeyd kitabçası götürməyi unutma.Ora öz fikir və müşahidələrini qeyd etmək vərdişini yarat.Xoşladığın kitablardan hissələri seçib yaz. Təsadüfi eşitdiyin söhbətləri qeyd et. Telefonla danışarkən nələrsə çək.
Hər zaman oxu. Kitabxanaya get. İnsan kitabların əhatəsində hansısa bir möcüzəyə qapılır. Rəflərin arasında it. Biblioqrafiyaları oxu. Və yadda saxla: kitabla tanışlığa başlayan sən deyilsən, səni aparan kitab özüdür. Birbaşa oxumağı planlaşdırmasan belə kitabları topla. Rejissor Cen Uoters dediyi kimi — “oxunulmamış kitabxanadan vacib heç nə yoxdur”. Tədqiqatdən narahat olma. Sadəcə axtar.
Özünü Öyrət
Məktəb bir şeydir, təhsil başqa şey. Bu iki məfh um reallıqda heç də həmişə uzlaşmır. Məktəbə gedib getmədiyiniz vacib deyil, əsas olan daim öyrənməkdir. Yaşadığın dünya barəsində hər şeyi bilmək həvəsin olmalıdır. Mənalarını lüğətlərdə axtarmalısan. İstinadlara keçməlisən. Hamıdan daha çox dərinə get — ancaq onda irəlidə ola bilərsən. Hər şeyi Quqlla. Bəli, mən elə hər şeyi nəzərdə tuturam. Öz arzularını, problemləri Quqlla. Quqllamazdan əvvəl sual vermə. Nəticədə ya cavabı tapacaqsan, ya da sualını daha yaxşı formalaşdıracaqsan
İDEYALARIN GENEALOGİYASI
Genetika yaxşı nümunədir. Sənin ana və atan var. Və sən onların xüsusiyyətlərini daşıyırsan, lakin ümumilikdə sən özün bütün bu xüsusiyyətlərin cəmindən daha çoxusan. Sən öz ana və atanın, eləcə də bütün əcdadlarının remiksisən. Sən şəxsi genealoji ağaca sahibsən. Həmin ağacdan sənin dostlarında da var. Valideynləri seçmirlər, amma müəllimləri, dostları, qulaq asdığın musiqiləri, oxuduğun kitabları, baxdığın filmləri seçə bilərsən. Əslində sən həyatına daxil etdiyin hər şeyin qarışığından ibarətsən. Sən, sənə təsir edənlərin bütövüsən. Göte deyirdi: “Sevdiyimiz hər şey bizi yaradır və forma verir”.
Reklam
HEÇ NƏ ORİGİNAL DEYİL
Yazıçı Conatan Letem əmin idi ki, əgər insanlar nəyisə “original” adlandırırlarsa, belə olan halda on şeydən doqquzunun qaynağını nəzərə almırlar. İstənilən yaxşı rəssam bilir ki, hər bir şey heç nədən yaranmır. Yaradıcılığın bütün nəticələri əvvəl edilənlərə söykənir. Tamam original adlandırılan bir şey mövcud deyil. Bibliyada doğru deyirlirdi: “...günəşin altında yeni bir şey yoxdur” (Ekkleziast 1:9).
Dünyaya necə baxmalı (rəssamın gözündən)
Bütün rəssamlardan soruşurlar: İdeyaları haradan götürürsüz? Dürüst rəssam belə cavab verir: Mən onları oğurlayıram. Rəssam ətraf aləmə necə baxır? Əvvəlcə o, qərar verir ki, bu şeyi oğurlamağa dəyər ya yox, sonra növbəti şeyə keçir.
1,235 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.