Gül

Gül
@FYlove
Uşaqlarınız sizin uşaqlarınız deyil, Onlar öz yolunu izləyən, "Həyat"ın oğulları və qızlarıdır. Sizin vasitənizlə gəldilər, amma sizdən gəlmədilər. Və sizinlə birlikdə olsalar da, sizin deyillər. Onlara sevginizi verə bilərsiniz, amma düşüncələrinizi deyil, Çünki onların da öz düşüncələri vardır. Bədənlərini qucaqlaya bilərsiniz, ruhlarını deyil. Çünki ruhlar sabahdadır. Siz isə sabahı yalnız xəyallarınızda təsəvvür edə bilərsiniz. Siz onlar kimi olmaq üçün səy göstərə bilərsiniz, amma heç vaxt onları özünüz kimi olmağa zorlamayın! Çünki həyat geriyə qayıtmaz, dünənlə də heç bir alıb-verəcəyi yoxdur. Siz yaysınız, uşaqlarınız isə sizdən çox uzağa atılmış oxlar. Ovçu sonsuzluq yolundakı hədəfi görər. Və o böyük güclə yayı çəkərək oxun uzaqlara uçmasına səbəb olar. Ovçunun qarşısında hörmətlə əyilin. Çünki ovçu uzaqlara gedən oxu sevdiyi qədər, Başını dimdik tutaraq dayanan yayı da sevər.🌸 Xəlil Cübran