Leman Abas

Leman Abas
@Fateh_
31 okur puanı
Ekim 2020 tarihinde katıldı
Şeyda: Əcəba qüsur kimdə?.. Məcid əfəndidəmi? Yoqsa ondan insaf, mərhəmət uman sadədillərdəmi? Bu dünya çəkişib-çarpışma dünyasıdır. Təbii, o sizin qanınızı sorub sümürmək istər: fəqət sizdə də himmət olmalı, əldən gəldiyi qadar kəndinizi müdafiə etməlisiniz, yoqsa insaf, mərhəmət xülyaları ilə sürünəcək olsanız; nəticədə zillət və səfalətdən başqa bir şey bulamazsınız. Bu gün Yusiflə Musanın boğazlandığını görüb də qoyun sürüsü kibi kənardan seyr ediyorsunuz; halbuki yarın həpiniz, əvət, həpiniz şu qanlı, şu uçurumlu keçiddən keçməyə məcbur olacaqsınız. Əfsus ki, son nədamət, son fəryad hiç bir fayda verməyəcək.
Reklam
Şeyda: Allah eşqinə, bir düşün!.. Böylə heyvancasına yeyib-içmək, çalışıb-çabalamaq niçin!? Usanmadan soyunub-geyinmək, yatıb-qalqmaq niçin!? Duyğusuz bir makina kibi düşünüb-daşınmaq, yazıb-pozmaq niçin!? Ah, şu mə’nasız “niçin”ləri, bu təməlsiz həyatın hiçliyini düşündükcə, adəta kəskin dırnaqlı bir qartal cigərlərimi qoparıyor, kinli bir əjdəha beynimi gəmiriyor. Gülmək istiyorum da güləmiyorum. Ağlamaq istiyorum da, ağlıyamıyorum. Daima ıssız bir qaranlıq, sisli bir durğunluq bütün bənliyimi sarsıyor. Daima əməlsiz bir boşluq, acı bir yorğunluq bəni boğuyor, bəni məhv ediyor. Könlümü sevindirəcək hiç bir hiss, hiç bir qüvvət yoq. Ruhumu güldürəcək hiç bir ümid, hiç bir təsliyət yoq... Xəyalımı oqşayacaq bir şö’lə, bir yıldız arıyorum da bulamıyorum. Intihar edib də qurtulmaq istiyorum, heyhat! Ona da müvəffəq olamıyorum.
Dəlilik başqa bir fəzilətdir, Dinsiz olmaq da bir təriqətdir. Dəlidir, sözlərində mə’na var, Sərsəridir, başında sevda var.

Okur Takip Önerileri

Tümünü Gör
Şeyx Sənan: Gərçi görmək də başqa ne’mətdir, Görməmək ən böyük səadətdir.
Nə eşq olaydı, nə aşiq, nə nazlı afət olaydı, Nə xəlq olaydı, nə xaliq, nə əşki-həsrət olaydı. Nə dərd olaydı, nə dərman, nə sur olaydı, nə matəm, Nə aşiyaneyi-vüslət, nə bari-firqət olaydı. Gönüldə nuri-məhəbbət, gözümdə pərdeyi-zülmət... Nə nur olaydı, nə zülmət, nə böylə xilqət olaydı. Nədir bu xilqəti-bimərhəmət, şu pərdəli hikmət? Bu zülmə qarşı nolur bir də bir ədalət olaydı. Tükəndi taqətü səbrim, ədalət! Ah, ədalət! Nə öncə öylə səadət, nə böylə zillət olaydı.
Reklam
187 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.