Leman Abas

Fəzlə, həp fəzlə bütün qəhrü niyaz, Üzülüb durma, o hiç aldırmaz. Bir çocuqdur ki, o pək bipərva, Bir oyuncaqdır onunçin dünya; Həm yapar, həm də qırar əylənərək, (qəhqəhə) Bu da bir başqa məraq olsa gərək...
Reklam
Nerdə?.. Fəqət Tanrıyı bir göstərin! Ah, ona var söylənəcək sözlərim...
Qoşdum sana sevdiyimdən, amma Baqdım ki, sevilməyənlər əsla, Layiq deyil olmağa həmağuş, Ürkdüm də, çəkildim iştə mədhuş.
Get, lakin o hörmət və məhəbbət Bir gün doğurur qanlı ədavət. Get, bəllidir insandakı xislət; Sizlərdəki ülfət; sonu vəhşət, Sizlərdəki şəfqət; sonu nifrət, Sizlərdəki rəhmət; sonu lə’nət!..
Dəryalərə hökm etmədə tufan, Səhraları sarsıtmada vulkan, Sellər kibi aqmaqda qızıl qan, Canlar yaqar, evlər yıqar insan...
Reklam