Yorumlar ve İncelemeler

Tümünü Gör
112 syf.
9/10 puan verdi
·
4 saatte okudu
Ne kitap ama!
YouTube kitap kanalımdaki Azerbaycan edebiyatı videosunda bu muhteşem kitabı önerdim: ytbe.one/FM7RoOXGSok Azerbaycan edebiyatında savaşın vahşetini anlatan bir kitap buldum! İşte o kitap
Hüseyn Cavid
Hüseyn Cavid
'in
İblis
İblis
adlı oyunu... Bugüne kadar gerek gündelik hayatta gerekse de askerlikte savaş hakkında hep düşündüm. Yeri geldi Stefan Zweig
İblis
İblisHüseyn Cavid · Qanun Nəşriyyatı · 2019646 okunma
Reklam
112 syf.
·
Puan vermedi
Ən sevdiyim yazarın şedevr əsərlərindən biri. Yaşadığı dövrün ideologiyasına xidmət etməyən Hüseyn Cavid yaradıcılığının zirvə əsəri. Əsər real müharibə səhnələri verilmədın müharibənin acı gerçəklərini , gətirdiyi yoxluqları göz önünə sərir. Hadisələr əsasən Arif obrazının ətrafında cərəyan edir. Hansı ki bu obraz əsərin əvvəlində müharibəyə qarşı gələn , iblisə nifrət edən , dünyadakı çirkinliklərdən bezib İlahidən özünü göylərə qaldırmasını istəyir və bəşəriyyətin iblisə uyduğunu dilə gətirir,saflığını qorumağa çalışır . Arifin həqiqət axtarışı onu kamil insana çevirmir .Öz nəfsinin quluna çevrilən bu obraz qızıl , silah sınaqlarından çıxmağı bacarmır və Rənaya olan "sevgisi" onu qatilə çevirir , hətta öz doğma qardaşını belə bu yolda qurban verir .iblis və mələk obrazları əsərin mifik surətləridir.Vasif obrazı mədəniyyətn nə demək olduğunu dərk edir.Onun dilindən verilən : -Bəşərə qılıncıdan daha kəskin ulu qüvvə, Yalnız mədəniyyədir ,mədəniyyətdir ,mədəniyyət,- bunu bir daha sübut edir .Ümumilikdə əsərdə çok dərin mətləblərə toxunulub
Hüseyn Cavid
Hüseyn Cavid
İblis
İblisHüseyn Cavid · Qanun Nəşriyyatı · 2019646 okunma
112 syf.
·
Puan vermedi
·
Beğendi
·
11 günde okudu
Cümlə fəlakətlərə bais...
Azərbaycan üçün çox önəmli insanlardan biri olan Hüseyn Cavidin yazdığı əsərin bəyənilməmə ehtimalı çox azdır mənim fikrimcə. Əsərdəki düşündürücü və tam həqiqəti əks etdirən o qədər dəyərli cümlələr var ki. Məncə oxumayan çox şey itirər.
İblis
İblisHüseyn Cavid · Qanun Nəşriyyatı · 2019646 okunma
112 syf.
10/10 puan verdi
Abdulla Şaiq xatirələrində Hüseyn Cavidin “İblis” pyesini 1918-ci ilin mart qırğınının acı təsirləri altında yazdığını açıqlayır. Həmin yazıdan məlum olur ki, Cavidi erməni quldurlarının atəşlərindən təsadüf xilas edibmiş. Hüseyn Cavid Bakıda oteldə qalırmış. Ermənilər otelə basqın edir, Cavid də daxil olmaqla 60 nəfəri əsir tuturlar. Əsirlərə atəş açırlar. 60 nəfərin içindən yalnız iki nəfər sağ qurtula bilir, onlardan biri Cavid olur. Bu hadisədən sonra Hüseyn Cavid "İblis" pyesini yazır.
İblis
İblisHüseyn Cavid · Qanun Nəşriyyatı · 2019646 okunma
Reklam
112 syf.
10/10 puan verdi
·
Beğendi
·
1 saatte okudu
Kim haqlıdır: Mələkmi,İblismi?!
Möhtəşəm əsər... Keçək əsərin başlanmasına.Əsər belə başlayır : Mələk müharibələrin törədilmə səbəbini bəşəriyyətin İblisə uymasında görürsə, İblis isə bunun günahını insanlarda görür. -Canlar yaqar, evlər yıqar insan... deyən İblisə Mələk belə cavab verir: - Yoq kimsədə insafü mürüvvət,    İblisəmi uymuş bəşəriyyət!? Əsərdə müharibəyə iblislərin, şər qüvvələrin dəhşətli oyunu, hakimiyyət hərislərinin varlanmaq və səltənət ehtiraslarının həyata keçirilməsi kimi baxan Arif müəllifin humanist düşüncələrinin daşıyıcısı kimi çıxış edir. Hüseyn Cavid Arifin vasitəsilə müharibələri qətiyyətlə pisləyir, insanlığı iblisləri tanımağa və  İblisə uymamağa çağırır.Əsərin sonunda İblis öz monoloqu ilə artıq insanlar arasında ona yer olmadığını, qanlar tökənlərin,evlər yıxanların insanların öz aralarında olduğunu bildirir. Bu yerdə dahi şairimiz Nəbi Xəzrinin "Şeytanın etirafı" şeiri ilə İblisin monoloqunu müqayisə etsək yerinə düşər) Kim mənə qulaq asır? Haraylarım səssizdir. Dünya şeytan dünyası Əsl şeytan işsizdir. Nəbi Xəzrinin Şeytanı kimi Hüseyn Cavidin İblisi də insanları tərk edir.Çünki onsuz da İblis də olmadan insanlar iblisləşib.
İblis
İblisHüseyn Cavid · Qanun Nəşriyyatı · 2019646 okunma
112 syf.
10/10 puan verdi
·
Beğendi
·
6 günde okudu
"Lənət insana"
Salam. Ümid edirəm ki, yaxşısınız. Bu gün Hüseyn Cavid yaradıcılığının zirvəsi hesab olunan "Íblis" əsəri haqqında fikirlərimi bölüşəcəm sizlərlə. Adını çox eşitsəmdə oxumaq heç qismət olmamışdı. Açıqcası milli ədəbiyyatımız o qədər də maraqlı gəlmədiyinə görə heç oxumaq istəməmişdim. Ədəbiyyatdan hazırlaşıram deyə artıq
İblis
İblisHüseyn Cavid · Qanun Nəşriyyatı · 2019646 okunma
112 syf.
10/10 puan verdi
·
Beğendi
·
6 günde okudu
Kitab haqqında bir inceleme yapilamayacaq qədər möhtəşəm bir əsərdir. İllər öncə yazılmasına baxmayaraq günümüzü anlatır və o qədər haqlı, təsirli, düşündürücü cümlələri varki... Sadəcə oxumayan çox şey itirər deyə bilərəm..
İblis
İblisHüseyn Cavid · Qanun Nəşriyyatı · 2019646 okunma
112 syf.
10/10 puan verdi
·
Beğendi
·
25 saatte okudu
Иблис нəдир? —Ҹүмлә хәянәтләре баис... Я һәр кәсә хаин олан инсан нəдир? —Иблис... . İblis nədir? —Cümlə xəyanətlərə bais... Ya hər kəsə xain olan insan nədir? —İblis...
Hüseyn Cavid
Hüseyn Cavid
İblis
İblis
İblis
İblisHüseyn Cavid · Qanun Nəşriyyatı · 2019646 okunma
Reklam
112 syf.
9/10 puan verdi
·
Beğendi
Hüseyn Cavid 1918-ci ildə onun şah əsərlərindən sayılan “İblis” mənzum faciəsini tamamlayıb. Hərb və insanlığın fəlakəti, savaş və humanizının müsibəti problemlərinə Şərq fəlsəfi düşüncə tərzi əsasında yanaşan dramaturqun növbəti səhnə əsəri ilk növbədə romantik faciədir. Cavid hərb aparan hansısa dövlətin siyasətini deyil, bütövlükdə müharibənin
İblis
İblisHüseyn Cavid · Qanun Nəşriyyatı · 2019646 okunma
112 syf.
·
Puan vermedi
https://1000kitap.com/yazar/i129144 Gelişin pek güzel, feqet gedişin Umulur şey deyildi...- demiş Hüseyn Cavid. Salam hər vaxtınız xeyr olsun dostlar. Gününüzün xoş keçməsi diləyi ilə sizlərə yenə Azərbaycan ədəbiyyatında iz buraxmış bir kitabla gəlmişəm. Hüseyn Cavid-İblis Bu həftə mələklər, şeytanlar,iblislərlə takılacam deyesen. Zarafat bir yana kitab haqqında onu deyim ki, bele bir formada ilk defedir kitab oxuyurdum və çox da maraqlı gəldi. Öz edebiyyatımızın tanıdılmasında və oxucu kütləsinin genişlədilməsində bütün yerli kitab sehifelerinin birlik göstərməyini tövsiyyə edirəm. Yerli edebiyyatımızda olduqca maraqlı kitablar var və mən də yavaş yavaş tanış olduqca daha çox həvəslənirəm bu kitabları oxumağa. Burada hadisələr Birinci Dünya müharibəsi zamanı Yaxın Şərqdə baş verir. Əsərin baş qəhrəmanı Arif insani və romantik bir gəncdir. İblisin obrazına müraciət edən Hüseyn Cavid, maddi zənginlik üçün ruhlarını şeytana satan insanları təsvir edirdi. Müəllifə görə, ruhlar azad deyil, şeytan tərəfindən əsir tutulmuşdur. Məhz pis ruh insanların ruhuna hakimdir; hansılar üçün həyatda maddi məhsullar əsas stimuldur. Pyesdə Cavid tərəfindən qarşılanmayan ədalətsiz, qəddar, qanlı bir döyüş əks olunur. “İblis” səhnələşdirilən ilk Azərbaycan poetik dramıdır. “İblis”in ilk səhnələşməsi Azərbaycanın teatr həyatı üçün böyük hadisə idi.
İblis
İblis
İblis
İblisHüseyn Cavid · Qanun Nəşriyyatı · 2019646 okunma
112 syf.
·
Puan vermedi
·
34 saatte okudu
İblis
Azerbaycanlı dostlarımın önerisi üzerine başladığım bir kitap. İyi ki önermişler ve iyi ki okumuşum. Arif isimli karakterimizin iyilik ve kötülük arasında ki çelişkili ruh hali, savaşı kendi benliğinde reddetmesi, iç dünyasının dışa vurumu o kadar güzel anlatılmış ki. Kendinizi bir tiyatro sahnesinde hissedeceğiniz harika bir eser ortaya çıkmış. Ben çok keyif alarak okudum, tavsiye ederim.
İblis
İblisHüseyn Cavid · Qanun Nəşriyyatı · 2019646 okunma
112 syf.
·
Puan vermedi
·
1 saatte okudu
Oxunulması lazım çox möhtəşəm bir kitabdı.Oxuyarkən vaxt keçdikcə hələ də insanlarda köklü bir dəyişiklik olmadığını fərq etməyə başlayırsan. Tövsiyə edirəm.
İblis
İblisHüseyn Cavid · Qanun Nəşriyyatı · 2019646 okunma
112 syf.
10/10 puan verdi
·
Beğendi
·
21 saatte okudu
" İblis nədir? ­ -Cümlə xəyanətlərə bais... Ya hər kəsə xain olan insan nədir? ­ -İblis!.." Məktəb illərindən yadımda qalan sözlər idi bunlar. Həmişə oxumaq istədiyim amma oxumağın qismət olmadığı bir əsəri də sonunda oxuyub bitirdim. Və səhifədəki Azərbaycan ədəbiyyatından yazacağım ilk kitabdır "İblis". Bu əsərdə bir çox yerdə türk sözlərinə rast gəlirik. Bir müharibə meydanında "İblis"in insanları yoldan çıxararaq günahlara sövq etməsi əks etdirilmişdir əsərdə. Hər bir insanın sadece "İblis" yoldan çıxartdığı üçün pis insan olduqları, bütün günahın "İblis"də olduğunu görürük. 1918-ci ildən yazılan bu əsərdən 102 il keçsə də hələdə belə düşünən insanların olduğunu görürük. Hər birinin əslində "yaxşı" biri olduğuna bütün günahın "Şeytan" da olduğuna özünü inandiran insanlar var. "Şeytan əməlidir" , " Şeytan yoldan çıxartdı" bütün elədiyimiz pis işlərdə arxasına gizlənə biləcəyimiz bir bəhanəmiz var əlimizdə. Bu bəhanə ən çox lənət oxuduğumuz amma çox vaxt arxasına gizləndiyimiz bir bəhanədir həmdə.
İblis
İblisHüseyn Cavid · Qanun Nəşriyyatı · 2019646 okunma
·
Puan vermedi
İblis mənzum faciəsi şərə qarşı qüvvətli etirazın ifadəsi olan Cavid dramaturgiyasının ən dəyərli əsərlərindən biridir. Bu əsərdə müharibənin yarattığı fəlakətləri ön plana çəkilir. Əsərin əsas surətlərindən biri Arifdir. Bu obrazla müəllif romantik bir şəkildə, bir tərəfdən, insanların iblisləşməsini, digər tərəfdən, türk xalqlarının, Şərq dünyasının fəlsəfi düşüncə tərzini ümumiləşdirilir. Əsərin əvvəlində kiçik ikən İstanbulda evi yanan, nəsli məhv olan, kiçik qardaşı Vasifdən ayrı düşən Arif gələcəyə şübhə ilə yanaşır. Mühiti ilə arzuları arasında uçurum görən bu obraz daha çok hissə qapılır. Mühitini dəyişdirmək gücünü özündə görmədiyindən cəmiyyətdən uzaqlaşır. Bəşəriyyətin, insanlığın zülm, şər qüvvə əlində çeynəndiyini gördükcə göylərə, Allaha xitab edir: - İnsanları xəlq etmədə var, bəlkə də hikmət, İblisə nə hacət? Müəllif Arifin timsalında insanın iblisələşə bildiyini göstərir. Nəfsinə sahip ola bilməyən insanın maddilik ucbatından iblisliyə sürükləndiyini açıqlayır. "Qüvvətə, altuna tabe dünya",- deyən İblis nəfsini təmin etmək üçün hər cür cinayətlər törədən əsl iblisliyin insanın xislətində olduğunu qabardır. Hüseyn Cavid'in sonda gəldiyi nəticə budur ki, İblislər öz nəfsinə məğlub olan insanlardır. Nə qədər ki onlar var, bəşəriyyət rifah və səadətə çata bilməz. İblis isə öz dili ilə deyir: İblis nədir? Cümlə xəyanətlərə bais. Ya hər kəsə xain olan insan nədir? - İblis!
İblis
İblisHüseyn Cavid · Qanun Nəşriyyatı · 2019646 okunma
112 syf.
10/10 puan verdi
·
Beğendi
·
3 günde okudu
Kitabın arxasında İsmayıl Həqq yazır ki; 'Cavidi tənqid üçün ikinci bir Cavid lazımdır ki, o da bizdə yox kimidir.' Elə İsmayıl bəyə haqq qazandıraraq mənim də tənqid etmək kimi bir fikrim olmadığını bəyan etmək istəyirəm. Hər əsəri təhlil edə bilərəm, amma düşünürəm ki, söhbət Azərbaycan ədəbiyyatından gedirsə, onda bu bacarığım uğurlu alınmayacaq. Çünki o qədər hopub ki, köhnə ədəbiyyatımız, nə yazsam cümlələrimin oxuduğum ədəbiyyat kitablarındakı cümlələrə bənzəyəcəyindən qorxuram. Məktəb illərində istər dərsliklərdən, istərsə də kitabxanadan çox oxumuşam ədəbiyyatımızı. Hüseyn Cavidin 'İblis' əsərini ilk dəfə 11-ci sinifdə oxuyub, Cavidin qələminə, təxəyyülünə, ruhuna heyran qalmışdım. İndi də, ikinci dəfə oxuduğum zaman da eyni hisləri keçirdim. Bildiyiniz kimi buranı özüm üçün işlədirəm, ona görə də təhlili də yazmaq kimi borcum yoxdur deyə özümə narahatçılıq vermədim. Ümumiyyətlə, 'İblis' əsərini təhlilə ehtiyac görmürəm. Belə hesab edirəm ki, bu əsərin məğzini başa düşməyən olmaz. "İblis nədir? - Cümlə xəyanətlərə bais... Ya hər kəsə xain olan insan nədir? - İblis!.."
İblis
İblisHüseyn Cavid · Qanun Nəşriyyatı · 2019646 okunma