Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Topal Teymur

Hüseyn Cavid

Yorumlar ve İncelemeler

Tümünü Gör
104 syf.
10/10 puan verdi
·
Beğendi
·
6 saatte okudu
•Hüseyn Cavid yaradıcılığından növbəti əsər..Şairin 1925-ci ildə yazmış olduğu "Topal Teymur" əsəri 5 pərdədən ibarətdir. Cavid müharibəyə, ədalətsizliyə olan kəskin baxışını bu əsərində diqqətə çatdırıb. Müharibəyə nifrət edən yazıçının əsərinin ideyası kimi də elə məhz müharibəyə bəslənən nifrəti göstərə bilərik... •Xüsusi olaraq qeyd etmək istərdim ki, müharibəyə olan kəskin baxışını diqqətə çatdıran yazıçı ilə əsərdəki Şair Kirman obrazı arasında yaxınlıq hiss etdim. Çünki əsərdə Kirman Teymurdan qorxmur və həqiqətləri açıq şəkildə Teymurun üzünə vurur. Yazıçımızın da əsərindən göründüyü kimi belə cəsarətli olduğuna şübhə yoxdur. Əsərdə həm də qardaş xalqların müharibəsi öz əksini tapıb.. •"Peyğəmbər"də olduğu kimi "Topal Teymur"da da Cavid tarixi şəxsiyyət və tarixdən alınmış hadisələrə toxunub. Ortaq cəhət kimi onu da qeyd edə bilərəm ki, Cavid "Peyğəmbər"də Məhəmməd Peyğəmbəri, "Topal Teymur"da isə Teymuru ideallaşdırdığı üçün günahlandırılmışdı.. •Tarixi hadisələri, Tarix fənnini çox sevdiyim üçün əsər çox axıcı gəldi mənə..♡ Hüseyn Cavid bu gözəl əsərini, belə gözəl cümlələrlə yekunlaşdırıb: "Əgər dünyanın zərrə qadar dəyəri olsaydı, Yığın-yığın insanlara ucu-bucağı yoq məmləkətlərə..sənin kibi bir kor bənim kimi bir topal müsəllət olmazdı!"
Topal Teymur
Topal TeymurHüseyn Cavid · Elm Nəşriyyatı · 201076 okunma
Reklam
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.