Ölən Dünyam

İsmayıl Şıxlı
Tahmini Okuma Süresi:
5 sa. 54 dk.
Sayfa Sayısı:
208
Basım Tarihi:
2011
Yayınevi:
Qanun Nəşriyyatı
ISBN:
9789952262124
Ülke:
Azerbaycan
Dil:
Azerbaycanca
Format:
Karton kapak
Reklam

Yorumlar ve İncelemeler

Oxuyun.
8/10
·208 syf.··
Beğendi
·
2024 8. kitabı
·
22 günde okudu
·
Okunma: 23 Nisan 2024 18:32
Kitabların 90 faizini türk dilində oxuyuram. Öz dilimizdə mütaliəyə ehtiyac duyduq da isə sadəcə tərcümə olmayanlara üstünlük verirəm. Ölümündən 5 ay öncə yazıb bitirdiyi kitabı elə Şıxlının qələmiylə tanışlığıma vəsilə oldu. Ümumi bir süjet xətti olmasa da(elə düşünürəm), hər fəsil günümüzdə də aktual olan qeyri-sağlam münasibətləri tənqid edirdi. Mənə xoş gələn isə, evdə valideynlərimin öz valideynləri, qohumları ilə olan münasibətlərini kitabdakı obrazların əlaqələrindən anlamağın oldu. Hər zaman rəhmətlik nənəmin bütün qohumlar arasındakı ağsaqqal obrazını düşünürdüm. Deyirdilər ki, onun sözü qanun idi. Kitabda da Güllü nənə eynən belə idi və bunun sayəsində bir xanımın bir ailədə kişidən necə daha hörmətli olmasını anlamış oldum. Tək maraqlı gələn məsələ bu olmadı, çox idi, sadəcə sadalasam bitməz. Ən çox da toxunan o dövrdə azad fikirli, inkişafa açıq insanların Sovet rejimiylə məhv edilməsi oldu. Ən ağırı isə buların Sovetin iti, küçüyü olmuş içimizdəki qeyrətsizlər tərəfindən edilməsi idi. Yolda Fətullayev kimi... Bəyənmədiyim tək hissə, qəhrəman kimi verilən Çapıq Əmrahın elm öyrətmək eşqiylə yanan müəllimi öldürməsi oldu. Günahsızca... Bunun ən azı el-obanın qəhrəmanı olan bir qaçaq tərəfindən edilməsi düzgün deyildi. Sevə-sevə oxudum. Çox da sevdim. Çünki elmi şəkildə bildiyim tariximlə bədii şəkildə tanış olmuş oldum. Düşünürəm ki, xarici ədəbiyyatların bir çoxundan, xüsusilə insanların yerə-göyə sığdıra bilmədiklərindən daha əla idi. Ölən Dünyam İsmayıl Şıxlı
1000k
Ölən Dünyamİsmayıl Şıxlı · Qanun Nəşriyyatı · 2011399 okunma
Onun dünyası çoxdan ölüb
8/10
·208 syf.·
2025 1. kitabı
İsmayıl Şıxlının “Namərd gülləsi” və “Dəli Kür” romanları ilə tanışlığım mənə onun yaradıcılığında doğulub boya-başa çatdığı Qazaxın Şıxlı kəndinin ruhunu hiss etməyə imkan verdi. Yazıçının istər romanlarında, istərsə də hekayə və şeirlərində yaşadığı mühitin, təbiətin və insanların təsirinin aydın şəkildə əks olunduğunu düşünürəm. Yazıçının “Ölən dünya(m)” əsəri onun həyatının son dövründəki ən vacib məqamları əks etdirir. Oğlu Elçin Şıxlının bu əsərin atası üçün necə dərin mənəvi əhəmiyyət kəsb etdiyini ifadə etdiyi sözlər bunu təsdiqləyir: "Ölən dünyam”ın yalnız birinci fəslini özü yazmışdı, yəni öz xəttiylə. Yerdə qalanını diqtə eləmiş, anam da yazmışdı... Kişini həyatda saxlayan “Ölən dünya(m)”sıydı. Yazdırtdığını bir dəfə də oxutdurub son düzəlişlərini etdi və “İndi rahat ölmək olar” dedi… 1995-ci il martın 10-u idi. Bundan sonra daha dörd ay yaşadı. Əsəri kitab şəklində görmək istədi, alınmadı… Çatdırammadım… Yalnız ölümünün qırxıncı günündə qəbrinin üstünə gətirə bildim… Özümü heç bağışlaya bilmirəm. Ölüb “Ölən dünya(m)”sını görə bilməyəciyini heç ağlıma da gətirə bilmirdim. Bilsəydim… Amma indi bir şeyi dəqiq bilirəm – “Ölən dünya(m)”sını bitirməmiş ölməyəcəkdi… Kaş heç bitirməyəydi…” Yazıçının bu əsərə olan münasibətini əsərin sonunda təsvir edilən hissədən də duymaq mümkündür: "Külək yarpaqları astadan xışıldatdı. Həsən ağanın uzun saqqalı ehmalca tərpəndi. Göz yaşı içində atasının böyrünə qısılan Söhrab, Alan, bir də Həsən ağa elə bil sahildə heykəlləşdilər. Kür isə yenə həmişəki kimi gah meşəyə doğru burulub axır, gah çiləkənlərin üstündən aşır, gah da yarğanlara, qolpunlara çırpılırdı. Elə bil dünyada heç nə olmamışdı.” Bu təsvirlərdə təbiətin əbədiliyi və insan ömrünün müvəqqəti olması aydın görünür. Yazıçının əsərlərində təbiət hər şeyə şahidlik
Edebiyat
Ölən Dünyamİsmayıl Şıxlı · Qanun Nəşriyyatı · 2011399 okunma
https://www.ceylanmumoglu.com/article/ismayil-sixli-olen-dunyam
8/10
·208 syf.··
2020 38. kitabı
·
4 günde okudu
·
Okunma: 16 Mayıs 2020 14:08
"Ölən dünyam" romanı "tarixi sənədlərin, arxiv materiallarının, hadisələrin iştirakçısı olan adamların Azərbaycanda və xaricdə çap olunmuş xatirə və kitablarının" əsasında qələmə alınmışdır. Əsərdə 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Gəncədə rus işğalçılarına qarşı üsyan barədə ilk dəfə bədii səpkidə məlumat verilmişdir. Lakin tarixi qaynaq və sənədlərə söykənməsinə baxmayaraq, romanda cərəyan edən hadisələr əsas etibarilə yazıçının canlı müşahidələri əsasında qələmə alınmışdır. İsmayıl Şıxlının ömrünün son dəmlərində yazdığı “Ölən dünyam” romanını daha əvvəllər "Qanlı təpə" adı altında qələmə almaq istəsə də, sonra ictimaisiyası rejim ucbatından bu fikrindən daşınıb. Cünki anlayıb ki, həmin şəraitdə bu əsəri yazsa, tarix qarşısında sadiqlik duyğusunu itirəcək, digər tərəfdən roman öz məramına çatmamış olacaq. Lakin istiqlaliyyət dövründə qadağalar aradan götürüldükdən sonra müəllif bu əsəri yazmaq qərarına gəlir və "Ölən dünyam" romanını yazır. Bu anlar artıq ömrünün son çağları idi, o, yaxınlarının da köməyi ilə son missiyasını yerinə yetirib məramını tamamlayır. Tədqiqatçının da qeyd etdiyi kimi, yazıçı «Ölən dünyam» romanında cümhuriyyət dövrünün ağrı-acılarını, bu yoldakı məhrumiyyətləri, faciələri tarixi faktlar əsasında canlı boyalarla ifadə edə bilmişdir. Digər əsərlərindən fərqli olaraq, konkret süjet xətti və baş obrazı olmayan bu əsər yazıçının xəstəliyi səbəbilə bitkinlik qazanmasa da, cümhuriyyət tariximizin əsl həqiqətlərini özündə əks etdirən dəyərli mənbə mahiyyətini hər zaman qoruyub saxlayacaqdır.
Edebiyat
Ölən Dünyamİsmayıl Şıxlı · Qanun Nəşriyyatı · 2011399 okunma
10/10
·152 syf.·
2021 20. kitabı
İsmayıl Şıxlı- Ölən dünyam Yazardan oxuduğum ikinci kitab idi."Dəli Kür"romanını o qədər bəyənmişdimki, illər keçsədə əsla o ilk təsuratim dəyişməyəcək.Ölən dünya əsəri demə tarixi kitab imiş Tarix deyəndə axan sular durur mənim üçün. Kitab o qədər gözəl,o qədər mənali,152 səhifəlik kitaba Azərbaycan xalqının qara günlərini, başının üstünü almış qara buludladi bircə-bircə əks etdirib.Kitabin mövzusu Azərbaycan Xalq Cümhuriyyəti qurulur.Və xalqın həyatında hər şey yolunda gedərkən hər şey tamamilə dəyişilir.Xəlil Paşanın Azərbaycan xalqının alladaraq Rus qoşunlarının Azərbaycana daxil olmasına şərait yaradır.Və Rus qoşunları öncə AXC -ni süquta uğradir. Sonra isə əsas məqsədi Gəncə olur.Gəncədə üsyanlar,Gəncəlilərin mübarizəsindən bəhs olunur.Və beləliklə Azərbaycan xalqı yenidən Rusların tabeliyinə keçir.Rus hökumətinin başçısı qan içən, qəddar,zalim Stalinin qərarlarına əsasən mülkədarlar bir sinif kimi ləğv edilməli idilər.Rayonlarda kəndlərdə nə qədər bəy ,bəy ailələri var sürgünə yollanilir kim qarşı çıxırsa öldürülür. Və çox heyifki buna göz yuman Stalininə yaltaqlanan öz həmvətənlərimizdə olur( biri elə Mir Cəfər Bağırov). Qaçaqçılıq hərəkəti Azərbaycanı bürüyür.Və əsas məqsədlərdən biridə qaçaqlari məhv etməkdi və yavaş yavaş öz işlərini görürlər.Daha sonra kitabda 1937 çi il repressiyasindan da danisilir.Və sonda Azərbaycanın min şükür ki yenidən 71 il sonra azad olmağından bəhs edilir. İsmayıl Şıxli hələ bu kitabı illər əvvəl yazmaq istəyirdi. Amma həmin dövrdə məhdudiyyətlər qoyulduğu üçün ərsəyə gətirə bilmədi.Kitabida "Qanlı təpə adlandırmaq istəyirdi.Lakin olmadi və məhdudiyyətlərin yumşalmagindan istifadə edərək bu kitabı yazmağa başladı,amma yazarın səhhəti kitabı axıra kimi özünün yazmağın icazə vermədi.Yazarin gözləri tutulduğu üçün həyat yoldaşı
Ölən Dünyamİsmayıl Şıxlı · Qanun Nəşriyyatı · 2011399 okunma
7/10
·208 syf.··
Beğendi
·
2021 28. kitabı
·
4 günde okudu
·
Okunma: 04 Nisan 2021 00:49
Kitab İsmayıl Şıxlıdan oxuduğum ilk əsər idi. Dili axıcı idi. Yazım tərzi olduqca sadə və başa düşülən,obrazlar və təsvir etmə detaylı idi. Ortalarda kitabın siyasətə çevrilməyi məni yordu. Başda qohumluq əlaqələri məni çaş-baş saldı. Kim kimin nəyidi çox qarışıq gəldi mənə. Oxuduqca anladım. Qaynana obrazı dövrün sərt gerçəyini insanın üzünə vururdu sanki. Gəlinə qarşı zəhmi, sərtliyi qorxutdu məni. O da insan deyilmi? Sən də gəlin olmamısanmı? Bu nə insafsızlıqdı? Sadəcə bədbəxtlik olandamı səmimi olmalısan yazığa qarşı?sualları yarandı fikrimdə. Burdan sonrası SPOİLER ola bilər. Və Ömər koxanın ilk gəlininin paltarının ucbatından ölümü. Öküzün günahını boynuna yüklədilər, o yükün altından çıxa bilmədi yazıq. Kitabda ən sevdiyim obraz Mürsəl idi. Amma sanki hekayəsi kitabla uyuşmadı. Günahsız insanlara timsal idi. Ona tam olaraq nə oldu ,niyə oldu anlamadım. Onun hekayəsi çox yarım qaldı. Və Qaratel... Ahh. Ömər kişinin ölümündən sonra özünü qaradaban adlandırması. Nişanlı ikən nişanlısının ölümü , sonra nişanlısının qardaşı ilə ona toy elədikləri gecə Ömər kişinin ölümü. Bəlkə də o belə düşünməsəydi də insanlar ona bunu düşündürtdürəcəkdilər. İnsanların bu cür düşünməyi və belə şeylərə inanmağına hələ də təəccüblənirəm. Güllü xanımın(qaynana) sonra gəlini ilə getdikləri vaqonda başlarına gələn isə məni çox hüznləndirdi. Daha doğrusu gəlinin başına gələn. İllər sonra bir körpəsi olur və o körpə tələf olur. Məni burda əsəbləşdirən isə dost var, düşman var cümləsi idi. Gəlinə uşağının yasını da saxlamağa belə imkan vermədi. Bəlkə də buna görə o da tab gətirə bilmədi,canını tapşırdı. Qısacası kitabın içində öyrənəcəyimiz çox şey var idi. Ümumi olaraq bəyəndim. Xoş mütaliələr ^_^
Ölən Dünyamİsmayıl Şıxlı · Qanun Nəşriyyatı · 2011399 okunma
Puan vermedi·208 syf.··
2023 34. kitabı
İsmayıl Şıxlı bu ta­rixi romanını ölümündən beş ay qabaq tamamlaya bil­ib. Halbuki o bu romanı yazmaq qərarına hələ çox əv­vəllər gəl­ib, təəssüf ki, ideyasını sovet ger­çəkliyində ob­yek­tiv səbəblər ucbatından reallaşdıra bil­­məyib. Müəllifin ilk variantda “Qanlı təpə” adıyla qələmə almaq istədiyi bu əsər 20-ci illərin mürək­kəb və ziddiyyətli həyatını əhatə etməli idi. Lakin mövcud olan qadağalar, arxiv sənədlərinin gizlin saxlanılması, o illərdə baş verən əsl həqiqət və zid­diyyətlərin meydana çıxarılıb açıq söylənilmə­si­nə qoyul­muş yasaqlar nəticəsində tarixi dövrü olduğu kimi ver­mə­yin qeyri-mümkün­lüyü səbəbindən nəzərdə tutduğu roma­nı yazma­mağı qərara alıb. O, bir də müs­tə­qillik dövründə bu ide­yasına qayıdır, özgürlüyün verdiyi imkanlardan is­tifadə eləyərək xəstəliyi və gözünün zəifləməsinə bax­mayaraq, doğ­malarının fədakar yardımı sayə­sində ro­manı yazmağa baş­la­yır və uğurla başa çatdırır.
Ölən Dünyamİsmayıl Şıxlı · Qanun Nəşriyyatı · 2011399 okunma
10/10
·208 syf.··
2025 123. kitabı
·
4 günde okudu
·
Okunma: 04 Mart 2025 18:33
Başı bəlalı xalqım mənim…Nələr görüb daim ümidlə baxan gözlərin, nələr çəkib həmişə dik tutduğun başın, neçə dəfə yanıb, neçə dəfə odlanıb yarası qaysaq bağlamayan qəlbin?.. Sətirləri oxuyarkən göz yaşları axıtdıqca bu hadisələri canlı- qanlı yaşamış insanların olduğunu bilmək necə ağrılıdı. Üstəlik indi də bir yerlərdə , başqa bir diyarda bu cür oxşar talelərin olduğunu anlamaq isə dəhşətdi. Bədii nəsrimizin ən qüdrətli qələm sahiblərindən İsmayıl Şıxlının ölümündən az əvvəl yazdığı bu əsər keçən əsrin ilk rübünün və ondan sonrakı tarixi hadisələrin , müəllif təxəyyülündən çıxma zəngin obrazların sarsıdıcı hekayələri ilə birləşdiyi mükəmməl bir romandır. Xüsusilə, Güllü xanım və Ömər koxa obrazları məndə dərin bir iz buraxdı deyə bilərəm. Xalq Cümhuriyyətinin yaranması və süqutu, Gəncə üsyanı , qolçomaqların bir sinif olaraq ləğv edilməsi prosesi , qaçaqların fəaliyyəti kimi tarixi prosesləri ustalıqla əks etdirən yazıçı, təəssüf ki, çox istəsə də “ Ölən dünyam”ı kitab şəklində görə bilmir, bu dünyadan köçüb gedir. Ancaq onun son sənət örnəyi “ ölən dünyaları” daim oxucuların qəlbində yaşatmağa qadirdir.
Ölən Dünyamİsmayıl Şıxlı · Qanun Nəşriyyatı · 2011399 okunma
Puan vermedi·208 syf.··
2024 11. kitabı
İsmayıl Şıxlı yaradıcılığından oxuduğum ikinci əsər. Müəllifin qələmi çox güclüdür, əsərlərində Azərbaycan mentalitetini, mədəniyyətini, mübarizə və azadlıq ruhunu yüksək səviyyədə, tam aydın təsvir edir. Bu da oxuyucuda əsərə qarşı doğmalıq hissi yaradır. Müəllifin "Dəli kür" romanını çox bəyənmişdim, ancaq "Ölən dünyam" əsəri də fikrimcə, Azərbaycan ədəbiyyatının şedevr əsərlərindən biridir. Roman Azərbaycan xalqının çətin günlərindən- xalq cümhuriyyətimizin süqutundan sonrakı hadisələrdən, bəylərin, igidlərin qaçaqçılıq, xalqın sürgün edildiyi, əhalinin qəhrəmancasına üsyan etdiyi günlərdən bəhs edir. Əsər Güllü xanımın oğlu Həsən ağanın Ömər koxanın nəvəsi Ələddini səhvən öldürməsi ilə başlayır. Milli dəyərlərə, adət-ənənəyə sadiq Ömər koxa və Güllü xanım əsla düşmənçilik etmir. Hər iki ailə mərdliyi və namərdliyi ayıra bilir. Baş verənlərdən sonra Həsən ağa qaçaq düşməli olur, Güllü xanım da gəlinləri və nəvələri ilə evindən didərgin salınaraq qəfəsdən fərqi olmayan vaqonda sürgün edilir. Müəllif Güllü xanımın simasında qeyrətli, fərasətli bir Azərbaycan qadını, Ömər koxa ilə isə mərd, zəhmli bir sözlə əsl Azərbaycan kişisinin obrazını yaradıb. Bu iki ailə arasında yaşanan hadisələrdə mənə təsir edən Ələddinin nişanlısı Qaratel oldu. Camaatdan utandığı üçün gecələr nişanlısının qəbrinə getməyi Ömər koxa ilə birgə məncə elə oxuyucunu da kövrəldir. Əsərdə ən çox diqqətimi çəkən hissələrdən biri də Gəncə üsyanı olur. Əhalinin qorxmadan birləşərək rus ordusuna üsyan etməsi həqiqətən göz yaşardır. Lakin, içəridən edilən xəyanət hər şeyi düşmənin lehinə dəyişir. Bu hissəni oxuyarkən insanın ağlına bu misal gəlir "sapı özündən olan balta".. Bu hissədə diqqətimi xüsusi çəkən obrazlardan biri üsyanın qəhrəmanlarından Çapıq Əmrah olur. Çapıq Əmrahın ölərkən belə
Edebiyat
Ölən Dünyamİsmayıl Şıxlı · Qanun Nəşriyyatı · 2011399 okunma
7/10
·208 syf.··
2024 8. kitabı
·
7 günde okudu
·
Okunma: 25 Temmuz 2024 00:44
Daha bir İsmayil Şıxlı əsərinin sonuna gəldim.Dəli Kürdən sonra bu əsəri oxumaq düzgün seçim idi . Yazıçı bu əsəri ölümündən bir az əvvəl bitirmiş,təəsüfki kitab şəklində görmək qismət olmamışdır. Əsəri bitirərkən də demişdir “İndi rahat ölmək olar.” Əsərdə hadisələr Azərbaycanın qaçaqçılıq hərərkatı dövründə baş verir,isanlarımızın uğradığı haqsızlıqlar ,Sibirə sürgün və s. Roman iki ailənin başına gələn faciə ilə başlasa da digər hissələrdə mövzu başqa cür gedir,hər hissədə bir hadisə göstərilir ,bəzi yerləri sanki yarım qalmış,məsələn Mürsəl müəllimin sonda başına nə gəlir bilmədim Romanın ən təsirli hissəsi Güllü nənə və qız gəlinin vaqonda cox uzun səfərə çıxması və başlarına gələnlər çox acı şeylərin baş verməsi oldu. Tarixi roman sevənlər mütləq oxusun ,digər oxuduğum tarixi romanlar kimi bu da məni düşündürdü eyni zamanda kədərləndirə bildi. Xoş mütaliələr #azərbaycanədəbiyyati #oxudumbitti
Edebiyat
Ölən Dünyamİsmayıl Şıxlı · Qanun Nəşriyyatı · 2011399 okunma
10/10
·208 syf.··
2024 7. kitabı
·
7 saatte okudu
·
Okunma: 09 Şubat 2024 18:47
Spoiler Alert!!! Bu kitab başlanğıcda ailə məişət üslubunda bir roman təsiri bağışlasa da, içərisində tarixi hadisələr də cərəyan edir. Cümhuriyyət dövründə baş verən mübarizə, xalqımızın dirənişi təsvir olunub. Keçmişdə olan böyük kiçik arasında hörmət, məsafə saxlamaq, Novruz adətləri də xüsusilə qeyd olunub. Sonda Alan adlı itin sədaqəti və insanın vətən həsrəti ilə öz yurdunda haqq dünyasına qovuşmağı çox təsirləndirdi...
Duygu/Düşünce
Ölən Dünyamİsmayıl Şıxlı · Qanun Nəşriyyatı · 2011399 okunma

Yazar Hakkında

İsmayıl ŞıxlıYazar · 16 kitap
İsmayıl Şıxlı (İsmail Kahramanoğlu Şıhlinski), 22 Mart 1919'da Kazak bölgesinin Şıhlı köyünde dünyaya geldi. 1933'te Kazak Pedagoji Okulunda eğitim aldı. Bir yıl Kosalar köy ortaokulunda baş grup rehberi ve öğretmen olarak çalıştı. 1941'de Azerbaycan Pedagoji Enstitüsü Dil ve Edebiyat Fakültesinden mezun oldu. 1941'de Kazak'ın Kosalar köyünde okul müdürü olarak çalıştı. İkinci Dünya Savaşı döneminde Sovyet Ordusu terkibinde ön cephelerde mücadele etti. 1946'da Terhis edildikten sonra altı ay Kosalar köy okulunda tedris hisse müdürü olarak çalıştı. Yine aynı yıl Azerbaycan Pedagoji Enstitüsü Filoloji Fakültesinde asistan, 1949'da öğretmen, başöğretmen oldu. 1965'te bir müddet Azerbaycan Yazarlar Birliğinin kâtibi olarak çalıştı. 1976'da Azerbaycan gazetesinde baş redaktör, 1981'de Azerbaycan Yazarlar Birliğinin ilk kâtibi, 1987'de Sovyet Sosyalist Cumhuriyeti Yazarlar Birliğinin kâtibi oldu. İlk şiiri Kuşlar, 1938'de Edebiyyat gazetesinde neşredildi. Edebi yaşamına 1947de İnkılap ve Medeniyyet dergisinde yayınlanan Hekimin Masalı hikâyesi ile başladı. Eserleri birçok dile tercüme edildi. Hizmetlerinden dolayı 1979'da Kırmızı Emek Bayrağı, 1985'te İkinci Dünya Muharebesi gibi nişan ve madalyalar ile ödüllendirildi. Azerbaycan Sovyet Sosyalist Cumhuriyeti Yüksek Sovyet fahri fermanını aldı. 1949'da Azerbaycan Yazarlar Birliğine üye oldu. 26 Haziran 1995'te Bakü’de vefat etti.  Detay için: academia.edu/46636022/Romanc...