Ölən Dünyam

İsmayıl Şıxlı
Tahmini Okuma Süresi:
6 sa. 19 dk.
Sayfa Sayısı:
223
İlk Yayın Tarihi:
2011
Yayınevi:
Bakı, Altun Kitab Nəşrlər Evi
ISBN:
9789952245424
Ülke:
Azerbaycan
Dil:
Azerbaycanca
Format:
Karton kapak
Reklam

Yorumlar ve İncelemeler

8/10
·223 syf.··
Beğendi
·
2024 86. kitabı
·
4 günde okudu
·
Okunma: 05 Mayıs 2024 20:39
"Oxucularımdan yaşımın çoxluğu və xəstəliyimdən irəli gələn qüsurlar varsa, bağışlamalarını xahiş edirəm", - yazır İsmayıl Şıxlı əsərin əvvəlində "ön söz" əvəzi verdiyi "müəllifdən" hissəsində... O, əsərin, sadəcə, birinci fəslini özü yazmış, qalan hissələrini isə həyat yoldaşı Ümidə xanıma diqtə etmiş, Ümidə xanım yazmışdır. Əsərin çap olunmasını səbirsizliklə gözləsə də, ömür vəfa etmir və İsmayıl Şıxlı əsəri tamamladıqdan dörd ay sonra həyata gözlərini yumur... "Əsəri kitab şəklində görmək istədi, alınmadı. Çatdırammadım... Yalnız ölümünün qırxıncı günündə qəbrinin üstünə gətirə bildim", - yazır oğlu Elçin Şıxlı... Gələk əsərə... Əsər tarixi səciyyə daşıyır. Burada SSRİ-nin XX əsrin 20-30-cu illərindən başlayan "tuthatut"u, bunun törətdiyi acı fəlakətlər, bu illərdə baş verən inqilablar bədii formada təsvir olunmuşdur. Bunlardan əlavə, yazıçı ailə, dostluq məsələlərinə toxunmuş, birlik, sədaqət və s. motivlərə yer vermişdir. Əsərin ən bəyəndiyim tərəfi obrazları oldu. Yazıçı o qədər fərqli, möhtəşəm obrazlar yaradıb ki... Güllü xanım, Həsən ağa, Ələddin, Qaratel, Çapıq Əmrah, Mürsəl və s. bu möhtəşəm obrazlardandır. Hələ "pörtdəmə bişirilmiş bir quzunun yarım şaqqasını sarımsaqlı qatıqla yedikdən sonra üstündən bir cəm ərinmiş yağla bal içən" Ömər Koxanı demirəm... Çapıq Əmrah, Halay bəy, Kəsəmənli, Ömər koxa kimi obrazlarda mərd, qorxmaz Azərbaycan kişisinin obrazı ümumiləşdirilmişdir. Bunlardan başqa əsərdə sədaqət timsalı olan vəfalı "Alan"ımız var. Hə, bir də "Dəli Kür"dən tanış olduğumuz həm sevimli, həm qəzəbli Kürün obrazı... Ayrılıq timsalı olan sevimli, dəli Kür... Əsər olduqca maraqlı və axıcı olsa da, sanki əskik qalmış, tamamlanmamış bir şeylər varmış hissi yaranır bəzi hissələrdə. Hadisələrin ardıcıllığında da bəzi qüsurlar fərq olunur, ki bunlar da
Edebiyat
Ölən Dünyamİsmayıl Şıxlı · Bakı, Altun Kitab Nəşrlər Evi · 0399 okunma
Puan vermedi·223 syf.··
2023 58. kitabı
·
4 günde okudu
·
Okunma: 20 Ağustos 2023 22:51
Bu dəfə çox qəşəng kitab təhlili ilə gəlmişəm.İlyas Əfəndiyevdən sonra İsmayıl Şıxlı da, milli yazıçılarımızdan ən sevdiklərimdən oldu. İsmayıl Şıxlı " Dəli Kür"dən sonra yeni bir əsər yazmaq istədəyini və bu əsərdə məhz 1920 ci illərdə inqilab tariximizdən bəhs etmək istədyini qeyd edib. Həttə əsərin adını oxuyuculara " Qanlı Təpə " olaraq çatdırıb lakin, yazmağı mümkün olmur . Yazıçının dediyinə görə arxiv sənədləri gizlədilir və hadisələri olduğu kimi yox dəyişdirib verəcək olsa idi digər əsərlərdən fərqi olmazdı. Artıq məhdudiyyətlərin götürlməsindən sonra roman yazacağına qərar verən Şıxlı bu səfər əsərin adını dəyişib " Ölən dünyam" qoyur. Bədbəxtliklər isə yaxasını buraxmır . Ağır və uzun sürən xəstəlik ,gözünün görməməsi ona mane olur. Lakin sonralar əsəri yazmağına ona həyatı yoldaşı (Ümidə xanım)kömək edir. Bir də bunu demədən keçməyim Şıxlı əsərə ön sözü yazanda gözünün görmədiyi üçün əsərdə olan qusurlardan dolayı oxucularindan üzr istəyib
1000Kitap
Ölən Dünyamİsmayıl Şıxlı · Bakı, Altun Kitab Nəşrlər Evi · 0399 okunma
Puan vermedi·223 syf.··
2025 23. kitabı
Kəndin aynasında cəmiyyət İsmayıl Şıxlı "Ölən dünyam" Azərbaycan ədəbiyyatının incilərindən biri olan bu əsəri hər bir azərbaycanlı oxumalıdır... Əsərin adında belə paradoks vardır... Dünya yaşayır , ölən bizim içimizdəki saf duyğular, namusun, qeyrətin, mərdliyin doğru anlamı, itirdiyimiz yaddaşdır. Ölən geridə qoyduğumuz keçmişimizdir... Yazıçı incədən-incəyə namus-qeyrət məsələlərinə toxunmuşdur, namusun cinsiyyəti olmur...! Yazıçı kəndin aynasında cəmiyyətin milli-mənəvi portretini çəkir. Kənd dəyərlərin qorunduğu bir məkandır, eyni zamanda isə çox absurd düşüncələr, kor adətlər, qadın -kişi bərabərsizliyi də vardır... Əsər bizi düşüncələr aləmində səyahətə aparacaq. Nələri itirmişik, nələri geridə qoymaqda haqlı imişik... Gəncə və ətrafında baş verən tarixi hadisələrə toxunub İsmayıl bəy, yenilikçi, savadlı ,ziyalı xalqını sevib-düşünən insanların içimizdəki xainlər vasitəsilə Sovet hökuməti tərəfindən məhv edilməsi acı həqiqətdir və qəlbimizdə qabıq bağlamış yaraları yenidən açır... Bu itkilərin yeri doldura bildikmi...?! məncə heç vaxt doldurulmayacaq...! Keçmişin dərsləri, gələcəyə işıq tutmalıdır, amma yaşadığımız indiki zamana baxanda düşünürəm ki, işıq gələcəyi aydınlatmayıb. Axı kim qırdı bu xalqın əzmini, hardadır əsl kişilik nümunələri, hardadır o mərd qadınlar...?! İndiki cəmiyyətimiz İsmayıl bəyin dili ilə desək axtalanıb.. Əsərdə qadınların məruz qaldığı davranışlar mənasız gəldi, xüsusilə qaynata və qaynana obrazlarının sərtliyi. Böyüklərin təkidi ilə cavanların öz həyatını məhv etməsi, səs çıxara bilməməsi. Həmçinin Azərbaycan qadının sarsılmaz iradəsini, mərdliyini çox gözəl təsvir edib İsmayıl bəy. "Ölən dünyam " yanlız bir kəndin yox olması deyil, milli-mənəvi dəyərlərin qorunması, öz mənəvi köklərimiz ilə dərin bağlılığın
Ölən Dünyamİsmayıl Şıxlı · Bakı, Altun Kitab Nəşrlər Evi · 0399 okunma
10/10
·223 syf.··
Beğendi
·
2024 6. kitabı
·
6 günde okudu
·
Okunma: 28 Nisan 2024 13:00
Bitdi Yazıçı kitabın nəşrini görməsə də biz oxuyub bir dövrün hekayəsi ilə tanış olmuş oluruq. Başda bir ailənin faciəsi ilə başlayan hekayə hissə-hissə fərqli hekayələri birləşdirir və bir xalqın yaşadığı ağır, izdirablı günləri, illəri əhatə edir.Hekayələr eyni yerə- qaçaqçılık hərəkatının Azərbaycanı əhatə etdiyi dövrə bağlanır. Uzun zamandır tarixi kitab oxumurdum.(“Şükriyyə taleyim”dən bəri) Çox gözəl idi.
Ölən Dünyamİsmayıl Şıxlı · Bakı, Altun Kitab Nəşrlər Evi · 0399 okunma
Puan vermedi·223 syf.··
2025 15. kitabı
·
11 günde okudu
·
Okunma: 26 Nisan 2025 21:10
Kitab sadə və başa düşülən dildədir. Əsərdə arxaizm sözlərdən istifadə olunması, oxucunu o dövrlərə aparır. İsmayıl Şıxlının ailə üzvləri qeyd edirlər ki, O əsəri yazmağa ölümündən çox əvvəldən başlayıb. Lakin sovet dövrünün qadağalarına məruz qaldığı üçü, yarım buraxmalı olub. Ölümünə 5 ay qalmış əsərini tamamlamağa nail olur. Kitabın birinci fəslini özü yazmış, qalan hissələrini isə həyat yoldaşı Ümidə xanıma diqtə etmiş, Ümidə xanım yazmışdır. İsmayıl Şıxlı əsərini kitab şəklində görmək arzusunda idi. Təəssüf ki, alınmadı. Yalnız ölümünün qırxıncı günündə oğlu Elçin Şıxlı kitabı qəbrinin üstünə gətirə bilib. Əsərin mövzusu Azərbaycan tarixinin faciəli və keşməkeşli dövrlərindən biri olan qaçaqçılıq hərəkatına təsadüf edir. İsmayıl Şıxlı bu hərəkatın yalnız zahiri cizgilərini deyil, onun sosial, siyasi və psixoloji səbəblərini də dərindən təhlil edir. İnsanların haqsızlığa qarşı çıxması, azadlıq uğrunda mübarizəsi, Sibir sürgünləri, ailə parçalanmaları, ictimai ədalətsizliklər əsərdə geniş yer alır. Burada təkcə bir fərdin deyil, bir toplumun “ölən dünyası” təsvir olunur. O, ölən, dağılmış, zülm görmüş bir dünyanı anladaraq, oxucunu düşündürməyə vadar edir: “Nə üçün bu dünya öldü? Bu ölümün qarşısını almaq olardımı?”
1000Kitap
Ölən Dünyamİsmayıl Şıxlı · Bakı, Altun Kitab Nəşrlər Evi · 0399 okunma
9/10
·223 syf.··
2024 6. kitabı
·
25 saatte okudu
·
Okunma: 20 Kasım 2024 11:05
Kitabı çox bəyəndim.Həqiqətən Azərbaycan ədəbiyyatının incilərindən biridir.Və Azərbaycan qadının ın əzmini gördük.Dram olmağından yanı sıra çox sarırdı kitab insanı.Amma Mürsəl personajı artıq idi kitabda və hekayələrin seyrində bir rol oynamırdı
Ölən Dünyamİsmayıl Şıxlı · Bakı, Altun Kitab Nəşrlər Evi · 0399 okunma
Oxuyun.
8/10
·208 syf.··
Beğendi
·
2024 8. kitabı
·
22 günde okudu
·
Okunma: 23 Nisan 2024 18:32
Kitabların 90 faizini türk dilində oxuyuram. Öz dilimizdə mütaliəyə ehtiyac duyduq da isə sadəcə tərcümə olmayanlara üstünlük verirəm. Ölümündən 5 ay öncə yazıb bitirdiyi kitabı elə Şıxlının qələmiylə tanışlığıma vəsilə oldu. Ümumi bir süjet xətti olmasa da(elə düşünürəm), hər fəsil günümüzdə də aktual olan qeyri-sağlam münasibətləri tənqid edirdi. Mənə xoş gələn isə, evdə valideynlərimin öz valideynləri, qohumları ilə olan münasibətlərini kitabdakı obrazların əlaqələrindən anlamağın oldu. Hər zaman rəhmətlik nənəmin bütün qohumlar arasındakı ağsaqqal obrazını düşünürdüm. Deyirdilər ki, onun sözü qanun idi. Kitabda da Güllü nənə eynən belə idi və bunun sayəsində bir xanımın bir ailədə kişidən necə daha hörmətli olmasını anlamış oldum. Tək maraqlı gələn məsələ bu olmadı, çox idi, sadəcə sadalasam bitməz. Ən çox da toxunan o dövrdə azad fikirli, inkişafa açıq insanların Sovet rejimiylə məhv edilməsi oldu. Ən ağırı isə buların Sovetin iti, küçüyü olmuş içimizdəki qeyrətsizlər tərəfindən edilməsi idi. Yolda Fətullayev kimi... Bəyənmədiyim tək hissə, qəhrəman kimi verilən Çapıq Əmrahın elm öyrətmək eşqiylə yanan müəllimi öldürməsi oldu. Günahsızca... Bunun ən azı el-obanın qəhrəmanı olan bir qaçaq tərəfindən edilməsi düzgün deyildi. Sevə-sevə oxudum. Çox da sevdim. Çünki elmi şəkildə bildiyim tariximlə bədii şəkildə tanış olmuş oldum. Düşünürəm ki, xarici ədəbiyyatların bir çoxundan, xüsusilə insanların yerə-göyə sığdıra bilmədiklərindən daha əla idi. Ölən Dünyam İsmayıl Şıxlı
1000k
Ölən Dünyamİsmayıl Şıxlı · Qanun Nəşriyyatı · 2011399 okunma
"Ölən Dünyam"
8/10
·192 syf.·
2024 29. kitabı
İsmayıl Şıxlının qələmini oxuyarkən onun gerçək bir Azərbaycan yazıçısı olduğunu məncə hər kəs hiss edir. Böyük Ədibin üz tutduğu mövzular, yaratdığı dialoqlar oxucunu özünə heyran edir. Mill adət-ənənələrimizdən, namusdan, əxlaqdan, özləmlə yad edilən köhnə ailə mühitindən insanı valeh edəcək bir şəkildə danışan İsmayıl Şıxlı "Ölən Dünyam" romanında da yenə böyük bir xariqə yaratmışdır. Ötən əsrin 20-ci illərinin qanlı-qadalı həyat tərzini əks etdirən bu tarixi romanda müəllif bizə, Şanlı Cümhuriyyətimizdən, bolşevik hökümətindən söz açır. Söz açmaqla da qalmır sanki bütün hadisələr insanın zehnində canlanır və özünüzü həmin hadisələrin iştirakçısı kimi hiss edirsiniz. Kənd həyatı ilə siyasi hadisələri möhtəşəm bir şəkildə sintezləyən İsmayıl Şıxlı, milli dəyərlərin qorunub saxlanılmasını, mərdliyin, kişiliyin ön plana çəkilməsini həmçinin namərdlikdən heç bir xeyir gəlməyəcəyini yaratdığı obrazların simasında bizə çatdırır. Onun bu romanında konkret baş qəhrəman yoxdur, onun qəhramanı çatdırmaq istədiyi fikirdir, aşiqlərin nakam qalan sevgisi, maarifçilik ideyalarıyla yaşayan müəllim, yadların, namərdlərin boyunduruğu altında yaşamaq istəməyən vətən oğulları və öz ailələrini qoruyub saxlamağa çalışan ailə başçıları. O bu əsəri sovet dövründə yazmağa çalışsada dövrün tələbələri səbəbi ilə bu fikrindən daşınmış, yalnız müstəqilliyimiz əldə edildikdən sonra 1995-ci ildə bu əsrarəngiz romanı tamamlamışdır. Biz əsərdə Ömər Koxanın Alqazaxlılarla Çıraqlılar arasında yeni bir ədavətin baş qaldırmaması üçün necə təmkinli davrandığını, iki nəslin də ona hörmət bəslədiyinin şahidi oluruq. Əsəri tam şəkildə hər kəsin oxumasını istədiyim üçün spoyler vermək istəmirəm, "Dəli Kür" qədər "Ölən Dünyam"da İsmayıl Şıxlı yaradıcılığının Azərbaycan Ədəbiyyatına bəxş etdiyi ölməz əsərlər
İnceleme
Ölən Dünyamİsmayıl Şıxlı · Qanun Nəşriyyatı, Əli və Nino Nəşriyyatı · 2021399 okunma
Onun dünyası çoxdan ölüb
8/10
·208 syf.·
2025 1. kitabı
İsmayıl Şıxlının “Namərd gülləsi” və “Dəli Kür” romanları ilə tanışlığım mənə onun yaradıcılığında doğulub boya-başa çatdığı Qazaxın Şıxlı kəndinin ruhunu hiss etməyə imkan verdi. Yazıçının istər romanlarında, istərsə də hekayə və şeirlərində yaşadığı mühitin, təbiətin və insanların təsirinin aydın şəkildə əks olunduğunu düşünürəm. Yazıçının “Ölən dünya(m)” əsəri onun həyatının son dövründəki ən vacib məqamları əks etdirir. Oğlu Elçin Şıxlının bu əsərin atası üçün necə dərin mənəvi əhəmiyyət kəsb etdiyini ifadə etdiyi sözlər bunu təsdiqləyir: "Ölən dünyam”ın yalnız birinci fəslini özü yazmışdı, yəni öz xəttiylə. Yerdə qalanını diqtə eləmiş, anam da yazmışdı... Kişini həyatda saxlayan “Ölən dünya(m)”sıydı. Yazdırtdığını bir dəfə də oxutdurub son düzəlişlərini etdi və “İndi rahat ölmək olar” dedi… 1995-ci il martın 10-u idi. Bundan sonra daha dörd ay yaşadı. Əsəri kitab şəklində görmək istədi, alınmadı… Çatdırammadım… Yalnız ölümünün qırxıncı günündə qəbrinin üstünə gətirə bildim… Özümü heç bağışlaya bilmirəm. Ölüb “Ölən dünya(m)”sını görə bilməyəciyini heç ağlıma da gətirə bilmirdim. Bilsəydim… Amma indi bir şeyi dəqiq bilirəm – “Ölən dünya(m)”sını bitirməmiş ölməyəcəkdi… Kaş heç bitirməyəydi…” Yazıçının bu əsərə olan münasibətini əsərin sonunda təsvir edilən hissədən də duymaq mümkündür: "Külək yarpaqları astadan xışıldatdı. Həsən ağanın uzun saqqalı ehmalca tərpəndi. Göz yaşı içində atasının böyrünə qısılan Söhrab, Alan, bir də Həsən ağa elə bil sahildə heykəlləşdilər. Kür isə yenə həmişəki kimi gah meşəyə doğru burulub axır, gah çiləkənlərin üstündən aşır, gah da yarğanlara, qolpunlara çırpılırdı. Elə bil dünyada heç nə olmamışdı.” Bu təsvirlərdə təbiətin əbədiliyi və insan ömrünün müvəqqəti olması aydın görünür. Yazıçının əsərlərində təbiət hər şeyə şahidlik
Edebiyat
Ölən Dünyamİsmayıl Şıxlı · Qanun Nəşriyyatı · 2011399 okunma
https://www.ceylanmumoglu.com/article/ismayil-sixli-olen-dunyam
8/10
·208 syf.··
2020 38. kitabı
·
4 günde okudu
·
Okunma: 16 Mayıs 2020 14:08
"Ölən dünyam" romanı "tarixi sənədlərin, arxiv materiallarının, hadisələrin iştirakçısı olan adamların Azərbaycanda və xaricdə çap olunmuş xatirə və kitablarının" əsasında qələmə alınmışdır. Əsərdə 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Gəncədə rus işğalçılarına qarşı üsyan barədə ilk dəfə bədii səpkidə məlumat verilmişdir. Lakin tarixi qaynaq və sənədlərə söykənməsinə baxmayaraq, romanda cərəyan edən hadisələr əsas etibarilə yazıçının canlı müşahidələri əsasında qələmə alınmışdır. İsmayıl Şıxlının ömrünün son dəmlərində yazdığı “Ölən dünyam” romanını daha əvvəllər "Qanlı təpə" adı altında qələmə almaq istəsə də, sonra ictimaisiyası rejim ucbatından bu fikrindən daşınıb. Cünki anlayıb ki, həmin şəraitdə bu əsəri yazsa, tarix qarşısında sadiqlik duyğusunu itirəcək, digər tərəfdən roman öz məramına çatmamış olacaq. Lakin istiqlaliyyət dövründə qadağalar aradan götürüldükdən sonra müəllif bu əsəri yazmaq qərarına gəlir və "Ölən dünyam" romanını yazır. Bu anlar artıq ömrünün son çağları idi, o, yaxınlarının da köməyi ilə son missiyasını yerinə yetirib məramını tamamlayır. Tədqiqatçının da qeyd etdiyi kimi, yazıçı «Ölən dünyam» romanında cümhuriyyət dövrünün ağrı-acılarını, bu yoldakı məhrumiyyətləri, faciələri tarixi faktlar əsasında canlı boyalarla ifadə edə bilmişdir. Digər əsərlərindən fərqli olaraq, konkret süjet xətti və baş obrazı olmayan bu əsər yazıçının xəstəliyi səbəbilə bitkinlik qazanmasa da, cümhuriyyət tariximizin əsl həqiqətlərini özündə əks etdirən dəyərli mənbə mahiyyətini hər zaman qoruyub saxlayacaqdır.
Edebiyat
Ölən Dünyamİsmayıl Şıxlı · Qanun Nəşriyyatı · 2011399 okunma

Yazar Hakkında

İsmayıl ŞıxlıYazar · 16 kitap
İsmayıl Şıxlı (İsmail Kahramanoğlu Şıhlinski), 22 Mart 1919'da Kazak bölgesinin Şıhlı köyünde dünyaya geldi. 1933'te Kazak Pedagoji Okulunda eğitim aldı. Bir yıl Kosalar köy ortaokulunda baş grup rehberi ve öğretmen olarak çalıştı. 1941'de Azerbaycan Pedagoji Enstitüsü Dil ve Edebiyat Fakültesinden mezun oldu. 1941'de Kazak'ın Kosalar köyünde okul müdürü olarak çalıştı. İkinci Dünya Savaşı döneminde Sovyet Ordusu terkibinde ön cephelerde mücadele etti. 1946'da Terhis edildikten sonra altı ay Kosalar köy okulunda tedris hisse müdürü olarak çalıştı. Yine aynı yıl Azerbaycan Pedagoji Enstitüsü Filoloji Fakültesinde asistan, 1949'da öğretmen, başöğretmen oldu. 1965'te bir müddet Azerbaycan Yazarlar Birliğinin kâtibi olarak çalıştı. 1976'da Azerbaycan gazetesinde baş redaktör, 1981'de Azerbaycan Yazarlar Birliğinin ilk kâtibi, 1987'de Sovyet Sosyalist Cumhuriyeti Yazarlar Birliğinin kâtibi oldu. İlk şiiri Kuşlar, 1938'de Edebiyyat gazetesinde neşredildi. Edebi yaşamına 1947de İnkılap ve Medeniyyet dergisinde yayınlanan Hekimin Masalı hikâyesi ile başladı. Eserleri birçok dile tercüme edildi. Hizmetlerinden dolayı 1979'da Kırmızı Emek Bayrağı, 1985'te İkinci Dünya Muharebesi gibi nişan ve madalyalar ile ödüllendirildi. Azerbaycan Sovyet Sosyalist Cumhuriyeti Yüksek Sovyet fahri fermanını aldı. 1949'da Azerbaycan Yazarlar Birliğine üye oldu. 26 Haziran 1995'te Bakü’de vefat etti.  Detay için: academia.edu/46636022/Romanc...