Ölən Dünyam

İsmayıl Şıxlı
Tahmini Okuma Süresi:
5 sa. 26 dk.
Sayfa Sayısı:
192
Basım Tarihi:
2021
İlk Yayın Tarihi:
2011
Yayınevi:
Qanun Nəşriyyatı, Əli və Nino Nəşriyyatı
ISBN:
2001308254636
Ülke:
Azerbaycan
Dil:
Azerbaycanca
Format:
Karton kapak

Yorumlar ve İncelemeler

"Ölən Dünyam"
8/10
·192 syf.·
2024 29. kitabı
İsmayıl Şıxlının qələmini oxuyarkən onun gerçək bir Azərbaycan yazıçısı olduğunu məncə hər kəs hiss edir. Böyük Ədibin üz tutduğu mövzular, yaratdığı dialoqlar oxucunu özünə heyran edir. Mill adət-ənənələrimizdən, namusdan, əxlaqdan, özləmlə yad edilən köhnə ailə mühitindən insanı valeh edəcək bir şəkildə danışan İsmayıl Şıxlı "Ölən Dünyam" romanında da yenə böyük bir xariqə yaratmışdır. Ötən əsrin 20-ci illərinin qanlı-qadalı həyat tərzini əks etdirən bu tarixi romanda müəllif bizə, Şanlı Cümhuriyyətimizdən, bolşevik hökümətindən söz açır. Söz açmaqla da qalmır sanki bütün hadisələr insanın zehnində canlanır və özünüzü həmin hadisələrin iştirakçısı kimi hiss edirsiniz. Kənd həyatı ilə siyasi hadisələri möhtəşəm bir şəkildə sintezləyən İsmayıl Şıxlı, milli dəyərlərin qorunub saxlanılmasını, mərdliyin, kişiliyin ön plana çəkilməsini həmçinin namərdlikdən heç bir xeyir gəlməyəcəyini yaratdığı obrazların simasında bizə çatdırır. Onun bu romanında konkret baş qəhrəman yoxdur, onun qəhramanı çatdırmaq istədiyi fikirdir, aşiqlərin nakam qalan sevgisi, maarifçilik ideyalarıyla yaşayan müəllim, yadların, namərdlərin boyunduruğu altında yaşamaq istəməyən vətən oğulları və öz ailələrini qoruyub saxlamağa çalışan ailə başçıları. O bu əsəri sovet dövründə yazmağa çalışsada dövrün tələbələri səbəbi ilə bu fikrindən daşınmış, yalnız müstəqilliyimiz əldə edildikdən sonra 1995-ci ildə bu əsrarəngiz romanı tamamlamışdır. Biz əsərdə Ömər Koxanın Alqazaxlılarla Çıraqlılar arasında yeni bir ədavətin baş qaldırmaması üçün necə təmkinli davrandığını, iki nəslin də ona hörmət bəslədiyinin şahidi oluruq. Əsəri tam şəkildə hər kəsin oxumasını istədiyim üçün spoyler vermək istəmirəm, "Dəli Kür" qədər "Ölən Dünyam"da İsmayıl Şıxlı yaradıcılığının Azərbaycan Ədəbiyyatına bəxş etdiyi ölməz əsərlər
İnceleme
Ölən Dünyamİsmayıl Şıxlı · Qanun Nəşriyyatı, Əli və Nino Nəşriyyatı · 2021399 okunma
9/10
·192 syf.··
Beğendi
·
2023 51. kitabı
"Oxucularımdan isə əsərdə yaşımın çoxluğu və xəstəliyimdən irəli gələn qüsurlar varsa, bağışlamalarını əvvəlcədən xahiş edirəm." İsmayıl Şıxlı, o qədər gözəl hekayə anlamağı, ele axıcı dili var ki, nə yazsa maraqla oxuyaram. Əsərdə gözəl Azərbaycanımız, xalqımız və onların başında olan qara buludlar ötən əsrin əvvəllərindəki halında təsvir olunub. Əsərin müxtəlif hissələrində müxtəlif hekayələri olan müxtəlif insanlara toxunur yazıçı. Nişanlısı ilə xoşbəxt olmaq istəyən qız, xalqı maarifləndirmək istəyən gənc müəllim, müstəqil Azərbaycan dövlətində yaşamaq istəyən vətənsevər, insanlara şəfa vermək istəyən həkim kimi fərqli-fərqli obrazların ortaq olan 1 cəhəti var ki, heç biri həyatdan istədiyini ala bilmir. Ədəbiyyatımız gözəldi, oxuyaq oxutduraq.
Edebiyat & Roman
Ölən Dünyamİsmayıl Şıxlı · Qanun Nəşriyyatı, Əli və Nino Nəşriyyatı · 2021399 okunma
Ölən Dünyam
10/10
·192 syf.·
Beğendi
·
2024 2. kitabı
Əsər mənim üçün milliliyin, el adət-ənənələrinin ən doğma, ən qəlbə yatan dillə təcəssüm edildiyi bir kitab abidəsi, İsmayıl Şıxlı qələminin mənim gözümdə ən yüksək zirvəsidir.
Ölən Dünyamİsmayıl Şıxlı · Qanun Nəşriyyatı, Əli və Nino Nəşriyyatı · 2021399 okunma
10/10
·192 syf.··
Beğendi
·
2024 9. kitabı
·
1 saatte okudu
·
Okunma: 28 Nisan 2024 00:00
Salam. Bu gün milli ədəbiyyatımızdan çox gözəl bir əsər haqqında danışacam. Düzü, əsəri oxumadan öncə bu qədər təsir edəcəyini düşünməmişdim Əsərdə kənd həyatı, insanların düşüncəsi, adətləri göstərilir. İki ailə arasında müharibə çıxacaq bir vəziyyət yarananda ailə böyüklərinin sözün əsl mənasında öz böyüklüklərini göstərməsilə məsələnin həll edilməsinin şahidi oluruq Kitabda 1920-ci illərin siyasi vəziyyəti də göstərilir. Elə bir şərait yaranır ki, təkcə qaçaqlar deyil, onlara bir tikə çörək verənlər belə "vətən xaini" olaraq adlanırlar. Ən kiçik "səhv" belə güllələnmə ilə cəzalandırılır. Təəssüf ki, bunları edənlərin içində sapı özümüzdən olan baltalar da az deyildi Elə vəziyyət yaranmışdı ki, günahsız insanlar yurd-yuvalarından didərgin edilirdi. Qadınların, uşaqların vəziyyəti acınacaqlı idi. Oxuduqca o ağrıları onlarla birgə yaşayırmış kimi hiss edirdim Bu kitabı çalışın ki, mütləq oxuyasınız
Ölən Dünyamİsmayıl Şıxlı · Qanun Nəşriyyatı, Əli və Nino Nəşriyyatı · 2021399 okunma
10/10
·192 syf.··
2024 19. kitabı
·
12 günde okudu
·
Okunma: 04 Eylül 2024 19:40
Məncə, Şıxlının "Ölən dünyası" Azərbaycan xalqının müxtəlif zamanlarda ölən dünyalarından bəhs edir. Əsərdə hadisələr 20-ci əsrin Azərbaycanında cərəyan edir. Kəndlilərin yaşayışı, qaçaqlar, onların niyə qaçaq düşmələri, dövrdən asılı olmayaraq maarifçilərin xalqın həyatındakı rolu, maarifçilərə qarşı münasibət, qadının cəmiyyətdə rolu, şura hökumətinin xalqa münasibəti, gözünü qan bürüyən həmvətənlərimiz, bunlara rəğmən öz mərdliyi ilə yaxşılığa doğru nəsə etməyə çalışan insanların varlığı və s. kimi mövzulara toxunub müəllif. Ən çox diqqətimi çəkən qadınların cəmiyyətdə, ailədəki rolu oldu. Gənc yaşlarında ev işləri ilə məşğul olur və ailədə əhəmiyyətli rolu olmur. Qaynana yaşına çatdıqda isə evdə fərqli bir hökmü olurmuş o vaxt qadınların. Gəlinlər ondan çəkinər, oğullar otağa ondan icazə almadan girməzmiş. Yəni, çox fərqli statusa sahib imişlər. Əsərdə 1920-ci illərdə baş verən hadisələrdən də xatirə şəkilində bəhs edilir. Gəncədə xalqın üsyan cəhdi, qısa müddətdə olsa da azadlıq hissini yaşamaqları gözəl təsvir olunub. Üsyanın yatırıldığını bilsən də, hadisələrin cərəyan etmək ardıcıllığı adamı həyəcanlandıra bilir. Ümumilikdə, keçidləri çox bəyəndim. Tez-tez personajlar keçmişdə baş vermiş hadisələrə qayıdır, sonra keçmişlə faktiki proseslər əlaqələndirilir və bu "körpü" uğurla "tikilir". Xülasə, Şıxlının qələmini bəyəndim. Qəribə olsa da hələ "Dəli Kür"ü oxumamışam, gərək müraciət edim ona da.
Ölən Dünyamİsmayıl Şıxlı · Qanun Nəşriyyatı, Əli və Nino Nəşriyyatı · 2021399 okunma
Puan vermedi·192 syf.··
2025 7. kitabı
·
21 saatte okudu
·
Okunma: 21 Ocak 2025 09:23
Əsər İsmayıl Şıxlının son əsəri sayılır.Əsəri oxuduqca insan o dövrə gedib-qayıdır.Təbiətin təsviri çox ustalıqla əks olunub.Əsəri oxuduqca o dövr haqqında dolğun təəssürat əldə etmək olur.Məni heyrətləndirən məqamlardan biri də romandakı insanların necə mətanətli ,dözümlü olmağı oldu.Bəlkə də,bu deyim o vaxtlardan gəlib”Biz dözümlü xalqıq”.
Ölən Dünyamİsmayıl Şıxlı · Qanun Nəşriyyatı, Əli və Nino Nəşriyyatı · 2021399 okunma
1/10
·192 syf.·
2023 6. kitabı
Gözlərəntimin altında bir tarixi roman idi təəssüf ki . Sujet xəttdi qarmaqarışıq, hadisələr ordan burdan yazılıb. Mövzusu maraqlı idi əslində. Daha yaxşı yazıla bilərdi
Ölən Dünyamİsmayıl Şıxlı · Qanun Nəşriyyatı, Əli və Nino Nəşriyyatı · 2021399 okunma
10/10
·192 syf.··
Beğendi
·
2022 4. kitabı
·
34 saatte okudu
·
Okunma: 29 Mayıs 2022 21:38
Yazar “Dəli Kür” romanında olduğu kimi bu əsərdə də tarixi,milli-mənəvi dəyərlərə yer vermiş,Azərbaycan Xalq Cümhuriyyəti dövrü və SSRİ-nin ilk illərində kənd əhalisinin gündəlik qayğılarını,yeni hökümətin qurulması uğrunda verilən mücadilə əzmini ön plana çəkmişdir.Paralel şəkildə sovet hökümətinə qarşı çıxmış “Qaçaq hərəkatı” da təsvir edilmişdir.Əsərdə hadisələr çox axıcı və gözlənilməz şəkildə irəliləyir.Roman nəin ki,192 səhifə,700 səhifə belə olsa da,oxucunu özünə çəkmək iqtidarındadır.Tarixi-dram janrında yazılmış romanları sevən oxuculara bu əsəri də oxumalarını tövsiyə edirəm :) P.S. Roman İsmayıl Şıxlının son əsəridir (ölümündən 4 ay əvvəl).Səhhəti ilə bağlı problemlərlə əlaqədar olaraq əsəri həyat yoldaşı Ümidə xanıma diktə etmiş,o isə yazıya köçürmüşdür. Əsərin önsözünü əvəzləyən “Müəllifdən” hissəsindəki yazarın son cümləsi məni çox təsirləndirdi: “Oxucularımdan əsərdə yaşımın çoxluğu və xəstəliyimdən irəli gələn qüsurlarım varsa,bağışlamalarını əvvəlcədən xahiş edirəm”…
Ölən Dünyamİsmayıl Şıxlı · Qanun Nəşriyyatı, Əli və Nino Nəşriyyatı · 2021399 okunma
Oxuyun.
8/10
·208 syf.··
Beğendi
·
2024 8. kitabı
·
22 günde okudu
·
Okunma: 23 Nisan 2024 18:32
Kitabların 90 faizini türk dilində oxuyuram. Öz dilimizdə mütaliəyə ehtiyac duyduq da isə sadəcə tərcümə olmayanlara üstünlük verirəm. Ölümündən 5 ay öncə yazıb bitirdiyi kitabı elə Şıxlının qələmiylə tanışlığıma vəsilə oldu. Ümumi bir süjet xətti olmasa da(elə düşünürəm), hər fəsil günümüzdə də aktual olan qeyri-sağlam münasibətləri tənqid edirdi. Mənə xoş gələn isə, evdə valideynlərimin öz valideynləri, qohumları ilə olan münasibətlərini kitabdakı obrazların əlaqələrindən anlamağın oldu. Hər zaman rəhmətlik nənəmin bütün qohumlar arasındakı ağsaqqal obrazını düşünürdüm. Deyirdilər ki, onun sözü qanun idi. Kitabda da Güllü nənə eynən belə idi və bunun sayəsində bir xanımın bir ailədə kişidən necə daha hörmətli olmasını anlamış oldum. Tək maraqlı gələn məsələ bu olmadı, çox idi, sadəcə sadalasam bitməz. Ən çox da toxunan o dövrdə azad fikirli, inkişafa açıq insanların Sovet rejimiylə məhv edilməsi oldu. Ən ağırı isə buların Sovetin iti, küçüyü olmuş içimizdəki qeyrətsizlər tərəfindən edilməsi idi. Yolda Fətullayev kimi... Bəyənmədiyim tək hissə, qəhrəman kimi verilən Çapıq Əmrahın elm öyrətmək eşqiylə yanan müəllimi öldürməsi oldu. Günahsızca... Bunun ən azı el-obanın qəhrəmanı olan bir qaçaq tərəfindən edilməsi düzgün deyildi. Sevə-sevə oxudum. Çox da sevdim. Çünki elmi şəkildə bildiyim tariximlə bədii şəkildə tanış olmuş oldum. Düşünürəm ki, xarici ədəbiyyatların bir çoxundan, xüsusilə insanların yerə-göyə sığdıra bilmədiklərindən daha əla idi. Ölən Dünyam İsmayıl Şıxlı
1000k
Ölən Dünyamİsmayıl Şıxlı · Qanun Nəşriyyatı · 2011399 okunma
8/10
·223 syf.··
Beğendi
·
2024 86. kitabı
·
4 günde okudu
·
Okunma: 05 Mayıs 2024 20:39
"Oxucularımdan yaşımın çoxluğu və xəstəliyimdən irəli gələn qüsurlar varsa, bağışlamalarını xahiş edirəm", - yazır İsmayıl Şıxlı əsərin əvvəlində "ön söz" əvəzi verdiyi "müəllifdən" hissəsində... O, əsərin, sadəcə, birinci fəslini özü yazmış, qalan hissələrini isə həyat yoldaşı Ümidə xanıma diqtə etmiş, Ümidə xanım yazmışdır. Əsərin çap olunmasını səbirsizliklə gözləsə də, ömür vəfa etmir və İsmayıl Şıxlı əsəri tamamladıqdan dörd ay sonra həyata gözlərini yumur... "Əsəri kitab şəklində görmək istədi, alınmadı. Çatdırammadım... Yalnız ölümünün qırxıncı günündə qəbrinin üstünə gətirə bildim", - yazır oğlu Elçin Şıxlı... Gələk əsərə... Əsər tarixi səciyyə daşıyır. Burada SSRİ-nin XX əsrin 20-30-cu illərindən başlayan "tuthatut"u, bunun törətdiyi acı fəlakətlər, bu illərdə baş verən inqilablar bədii formada təsvir olunmuşdur. Bunlardan əlavə, yazıçı ailə, dostluq məsələlərinə toxunmuş, birlik, sədaqət və s. motivlərə yer vermişdir. Əsərin ən bəyəndiyim tərəfi obrazları oldu. Yazıçı o qədər fərqli, möhtəşəm obrazlar yaradıb ki... Güllü xanım, Həsən ağa, Ələddin, Qaratel, Çapıq Əmrah, Mürsəl və s. bu möhtəşəm obrazlardandır. Hələ "pörtdəmə bişirilmiş bir quzunun yarım şaqqasını sarımsaqlı qatıqla yedikdən sonra üstündən bir cəm ərinmiş yağla bal içən" Ömər Koxanı demirəm... Çapıq Əmrah, Halay bəy, Kəsəmənli, Ömər koxa kimi obrazlarda mərd, qorxmaz Azərbaycan kişisinin obrazı ümumiləşdirilmişdir. Bunlardan başqa əsərdə sədaqət timsalı olan vəfalı "Alan"ımız var. Hə, bir də "Dəli Kür"dən tanış olduğumuz həm sevimli, həm qəzəbli Kürün obrazı... Ayrılıq timsalı olan sevimli, dəli Kür... Əsər olduqca maraqlı və axıcı olsa da, sanki əskik qalmış, tamamlanmamış bir şeylər varmış hissi yaranır bəzi hissələrdə. Hadisələrin ardıcıllığında da bəzi qüsurlar fərq olunur, ki bunlar da
Edebiyat
Ölən Dünyamİsmayıl Şıxlı · Bakı, Altun Kitab Nəşrlər Evi · 0399 okunma
Reklam

Yazar Hakkında

İsmayıl ŞıxlıYazar · 16 kitap
İsmayıl Şıxlı (İsmail Kahramanoğlu Şıhlinski), 22 Mart 1919'da Kazak bölgesinin Şıhlı köyünde dünyaya geldi. 1933'te Kazak Pedagoji Okulunda eğitim aldı. Bir yıl Kosalar köy ortaokulunda baş grup rehberi ve öğretmen olarak çalıştı. 1941'de Azerbaycan Pedagoji Enstitüsü Dil ve Edebiyat Fakültesinden mezun oldu. 1941'de Kazak'ın Kosalar köyünde okul müdürü olarak çalıştı. İkinci Dünya Savaşı döneminde Sovyet Ordusu terkibinde ön cephelerde mücadele etti. 1946'da Terhis edildikten sonra altı ay Kosalar köy okulunda tedris hisse müdürü olarak çalıştı. Yine aynı yıl Azerbaycan Pedagoji Enstitüsü Filoloji Fakültesinde asistan, 1949'da öğretmen, başöğretmen oldu. 1965'te bir müddet Azerbaycan Yazarlar Birliğinin kâtibi olarak çalıştı. 1976'da Azerbaycan gazetesinde baş redaktör, 1981'de Azerbaycan Yazarlar Birliğinin ilk kâtibi, 1987'de Sovyet Sosyalist Cumhuriyeti Yazarlar Birliğinin kâtibi oldu. İlk şiiri Kuşlar, 1938'de Edebiyyat gazetesinde neşredildi. Edebi yaşamına 1947de İnkılap ve Medeniyyet dergisinde yayınlanan Hekimin Masalı hikâyesi ile başladı. Eserleri birçok dile tercüme edildi. Hizmetlerinden dolayı 1979'da Kırmızı Emek Bayrağı, 1985'te İkinci Dünya Muharebesi gibi nişan ve madalyalar ile ödüllendirildi. Azerbaycan Sovyet Sosyalist Cumhuriyeti Yüksek Sovyet fahri fermanını aldı. 1949'da Azerbaycan Yazarlar Birliğine üye oldu. 26 Haziran 1995'te Bakü’de vefat etti.  Detay için: academia.edu/46636022/Romanc...