Oxumağa dəyərmi? Zənnimcə, bəli. Əvvəlcə kitabı əlimə alıb vərəqlədiyim zaman darıxdırıcı təsir bağışlamışdı. Özümü məcbur etdim ki, oxumalısan. Yaxşı ki, etmişəm! Hadisələr elə cərəyan edir ki, bir an belə kitabdan ayrılmaq istəmirsən.
Roman “vətən xainlərinin” qadınlarının Akmola düşərgəsində yaşadıqları dəhşətlərdən, Stalinin repressiya dalğasından, vətən həsrətindən, ana qayğısından məhrum edilərək manqurtlaşdırılan körpələrdən, hər şeyini itirən, qula çevrilən, təcavüzə uğrayan ziyalı qadınlardan bəhs edir.
Hekayə təxəyyülə əsaslanır. Obrazlar və bəzi hadisələr real olmasa da, hər şeyin bu romandakı kimi bitməsinə inanmaq istəyirəm. Gülarə Qədirbəyovanın sürgündə ölməsi və ya qeybə çəkilməsi deyil, məhz romanın verdiyi cavab mənim narahatlığımı aradan qaldırır. Bu arada, romandakı Gülnarə Əliyeva — Gülarə Qədirbəyovanın prototipidir.
Romanda ən çox Gülnarə və Vəkilin dialoqları məni təsirləndirdi. Sanki Vəkil, gələcəkdə baş verəcək hər şeydən xəbərdar idi. Gülnarə əsərin əvvəlində əsl güclü, məğrur “sovet qadını” kimi çıxış edir, lakin sona yaxınlaşdıqca onun mənən öldüyünü hiss edirik. O qadın, elə özü torpaq atdığı ölülərlə bərabər, ölmüşdü. Gülnarənin dialoqlarından onun Tanrıya inanmadığı bəlli olur, amma qəribədir ki, içində bir ümid vardı. İnanırdı ki, hər şey bir yuxudur və bir gün bitəcək. Onun ən böyük səhvi, bəlkə də, inanmaq idi. Eynilə müqəddəs hesab etdiyi o sistemə inanmaq kimi. Yalnız Gülnarəmi? Əsla yox. Bir-bir öz analarına kor-koranə inanan insanlar da…
Düşünürəm ki, düşərgədə Gülnarə olmasaydı, Firuzəni ölümün pəncəsindən kim xilas edəcəkdi? Firuzə ailəsinə bağlı qadın idi. Amma bir gün qaranlıq çökür və ailəsi, Fərhaddan başlayaraq, dağılır. Fərhadın tək “günahı” yaralı Vəkili evində qonaq etmək idi. Amma bunun nəticəsində o, həyatını