Zohra

Zohra
@Zita
5 okur puanı
Kasım 2019 tarihinde katıldı
Gelmemenin nedeni, beni artık hiç sevmemen, değil mi?
Reklam

Zohra

, bir kitap okudu
Puan vermedi·304 syf.·
2019 3. kitabı
Rauda Jamis
8.5/10 · 5,3bin okunma
Aljir
- Nəyin uğrunda mübarizə aparır insan oğlu? - Əyilib yerdən bir ovuc torpaq götürdü - Xışmaladığım bu torpağa bax. Ölsəm, ona çevriləcəyəm. Nə qədər zərrənin özü var onda. Göyərsə, alma tingidir, qopub getsə, dovşan yemi. Bax, burada zülm çəkirik. Zaman isə dayanmadan qum saatı kimi ələnir. İllər keçəcək, bu gün burada əmr verən də, ruhdan düşən də, hiddətindən coşub etiraz edən də - hamısı, hamımız qəbirə uzanacayıq. Tarixin o biri tayından baxan hansısa eynəklilər bizim haqqımızda qərar verəcəklər. Yenə bizsiz qərar verəcəklər. O qərar verənlərlə bizi buraya məhkum edənlərin əslində heç də fərqi yoxdur. Hər iki hökmdə biz yoxuq. Onlardan bəziləri bizim çəkdiyimiz zülmləri asanlıqla tapdalayacaq, bəziləri əksinə çevirərək danmağa çalışacaq, kimiləri isə bunun zərurət olduğunu söyləyəcəklər. Gülnarə, həmişə belə olub: dağ uca olanda dolanıb, dərd böyük olanda unudub keçirsən. İnsanın zehni insana yaxşıca oyun oynaya bilir. - Gülnarə artıq nəzarətdən çıxmağa başlamış Füruzəni qucaqlayıb sakitləşdirməyə çalışdı. Gerasina isə: - Burax onu, qoy ürəyini boşaltsın. İşin olmasın. - Gülnarəyə acıqlandı. Gerasinanın səsi Füruzəyə çatanda o da susdu. Bayaq ayağının altına atdığı zərfi qaldırıb key-key baxdı.
Edebiyat
Aljir
– “Bu dünyada nə günahkarlar, nə də günahsızlar var” deyən Tolstoyun sözlərində həqiqət var. Əgər insan talelərinin yaratdığı tarixi hadisələrə baxsaq, görərik, hadisənin həcmi nə qədər böyükdürsə, səhvlərin olma ehtimalı da o qədər böyüyür. Lakin burası dəqiqdir ki, ya pissən, ya da yaxşı. Yəni böyük şərlər belədir. Hər iki tərəf müharibə aparır və əlində süngü yüyürən əsgər hər iki cəbhədə özünü haqlı bilir. Amma adamyeyən əsgər heç vaxt haqlı ola bilməz. Min il keçsin, xeyri yoxdur. Müdafiə həmişə haqlıdır. Hətta qurban olmağı seçsə belə...
Edebiyat
ZorOlsadaHəyatDevamEdiyor
10/10
·272 syf.··
2019 2. kitabı
Çətinliksiz həyatı təsəvvür etmək mümkün deyildir. Hər şəxsin özünə görə çətinliyi, problemi vardır. Bəzən çətinliklər insanları elə bir həddə gətirir ki, onların yaşamağa olan istəklərini, gələcək arzu və xəyallarını tamamilə yuyub aparır. Bu cür insana bəzən kiçik bir istiqamət belə kifayətdir ki, həyatı tamamilə dəyişsin. Qarşınızda olan bu kitab hər mövzusunda bu cür həyati istiqamətlərlə doludur. Bu kitab çoxlu elmi mütaliələrin, bu sahədə olan təhsilin, araşdırmaların nəticəsidir. Həyat mümkündür ki, çətindir, lakin çətin olsa da, bilmək lazımdır ki, o davam edir. #qedimqalanesriyyati #rövşən_abdullaoğlu
Bilim
Zor Olsa da Hayat Devam EdiyorRövşen Abdullaoğlu · Destek Yayınları · 2019836 okunma
Reklam