Zohra

Zohra
@Zita
5 okur puanı
Kasım 2019 tarihinde katıldı
ZorOlsadaHəyatDevamEdiyor
10/10
·272 syf.··
2019 2. kitabı
Çətinliksiz həyatı təsəvvür etmək mümkün deyildir. Hər şəxsin özünə görə çətinliyi, problemi vardır. Bəzən çətinliklər insanları elə bir həddə gətirir ki, onların yaşamağa olan istəklərini, gələcək arzu və xəyallarını tamamilə yuyub aparır. Bu cür insana bəzən kiçik bir istiqamət belə kifayətdir ki, həyatı tamamilə dəyişsin. Qarşınızda olan bu kitab hər mövzusunda bu cür həyati istiqamətlərlə doludur. Bu kitab çoxlu elmi mütaliələrin, bu sahədə olan təhsilin, araşdırmaların nəticəsidir. Həyat mümkündür ki, çətindir, lakin çətin olsa da, bilmək lazımdır ki, o davam edir. #qedimqalanesriyyati #rövşən_abdullaoğlu
Bilim
Zor Olsa da Hayat Devam EdiyorRövşen Abdullaoğlu · Destek Yayınları · 2019837 okunma
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
Aljir
10/10
·264 syf.··
2019 1. kitabı
·
7249 günde okudu
·
Okunma: 04 Kasım 2019 15:45
Ülviyyə Tahir in qələmə aldığı "ALJİR" tarixi romanını həvəslə, diqqətlə oxudum. Müəllifin çoxsaylı araşdırmaları və təhqiqatları nəticəsində ərsəyə gələn bu əsər unudulmuş və ya unutdurulmuş ən həssas tariximizi, repressiya qurbanlarının, onların ailələrinin faciəli həyatını gözümüzün önundə canlandırır. Bu əsərdə diqqətimi ən çox çəkən məsələ "aldanmaq və qurbanlıq olmaq" məsələsi idi. Vaxtilə inanıb, uğrunda mübarizə apardığı, canlarını belə qurban etdikləri ideologiya indi ən vəhşi və qəddar yırtıcı kimi onların üstünə hücum çəkmişdi. Olmazın işgəncələr altında əzilərək aldanıldığını və qurbanlıq olduğunu anlamaq, amma əlindən heç bir şey gəlməmək qədər əzab ola bilməz həyatda. Hələ rəhbərə "xəyanət" etdikləri üçün valideynlərinə nifrət edən Pərvanəni demirəm, onun yerində heç kəs olmaq istəməz yəqin ki. Bunu düşünmək belə qorxuludur. "Nəyə görə, nəyin uğrundə, nə üçün?" sualları, bir cavab tapmayanda isə aldanıldığını anlamaq onları bitirirdi!
Edebiyat
AljirÜlviyyə Tahir · Parlaq İmzalar · 2019269 okunma