Aşağıya baxmaq dəhşətlidir. Hiss edirəm ki aşağı baxsam, məni saxlayan son qayışlar da altımdan sürüşəcək və məhv olacağam. Baxmıram. Baxmamaq isə daha betərdir, çünki bir azdan sonuncu qayışlar da altımdan sürüşüb çıxandan sonra mənə nə olacağını fikirləşirəm. Hiss edirəm ki, qorxunun dəhşətindən son dayağı itirir, kürəyi üstə yavaş-yavaş aşağı doğru sürüşürəm. Bir göz qırpımından sonra əlim-ayağım üzüləcək. Elə o anda ağlıma bir fikir gəlir: bu, gerçək ola bilməz. Bu, yuxudur. Oyan.