Şahanə Mahmudova

"Düşünərək yaşayanlar üçün..."
Puan vermedi·264 syf.··
2023 25. kitabı
·
4 günde okudu
·
Okunma: 13 Ağustos 2023 13:46
Ülviyyə Tahir'in qələmindən olan "ALJİR", yazıçının oxuduğum ilk əsəri oldu. Kitab 1930-cu illərin repressiya qurbanlarının yaşadıqlarını nə qədər acı olsa da, çox aydın və gözəl şəkildə bəhs edir. Oxuduqca hər bir hadisə gözümün önündə canlanırdı. Sanki onların birə-bir şahidi olur, repressiya qurbanlarının ədalətsiz, lakin məcbur olaraq yaşadığı hər bir zülmü, ağrını, çarəsizliyi hiss edirdim. Və mən düşünürəm ki, hər bir azərbaycanlı şəxs bu kitabı oxumalıdır. Çünki, tarixin qaranlıq səhifələrində olan bütün acı həqiqətlər gün işığına çıxmalı və unudulmamalıdır.
Edebiyat
AljirÜlviyyə Tahir · Parlaq İmzalar · 2019269 okunma
Reklam
" Keçmiş, bu gün və gələcəyə səyahət..."
Puan vermedi·144 syf.··
2023 15. kitabı
·
36 saatte okudu
·
Okunma: 16 Temmuz 2023 21:47
Çarlz Dikkens'in oxuduğum ilk kitabı oldu. Digər kitablarını da oxumağı səbirsizliklə gözləyirəm. Kitabı oxuyan hər bir oxucu kimi məndə istəyərdim ki, Yeni il ərəfəsində oxuyum. İndiyə qədər oxuduğum kitablardan çox daha fərqli bir kitab idi. Uzun müddət təsiri altında oldum. Məni həddindən artıq çox düşündürdü. Kitab bizlərə xeyirxah əməllərlə, yaxşı işlərlə yadda qalmağı, həyatdan zövq almağı bacarmağı xatırladır. Kitabda Yeni ilə nifrət edən, simic, daim qaşqabaqlı olan, həyatında- ümumiyyətlə ətrafında olan insanların düşüncələrini vecinə almayan, onların sevincinə və xoşbəxtliyinə əsəb olan, Ebenizer Skruc adlı bir şəxsdən söhbət gedir. Hadisələr, Ebenizer Skruc'un 7 il öncə vəfat etmiş Marlin adlı dostunun ruhunun Yeni il günündə onu ziyarət etməsi ilə başlayır. Marlinin ruhu ona xəbərdarlıq verir ki, qarşıdakı üç gün ona üç fərqli ruh baş çəkəcək. Nə qədər qorxsa da, inanmasa da ruhların gələcəyi saatları gözləyir və beləcə onlar gəlir. Hər bir ruh onu fərqli zamanlara aparır. Keçmiş, bu gün və gələcəyə. Skruc bu zamanlara səyahəti nəticəsində özünün son aqibətini görür. Sizi inandırım kitab qısa olsa da, onun kəsb etdiyi məna çox dərindir və mən bacardığım qədər onu yazıya tökməyə çalışdım. Ancaq siz özünüz oxusanız bütün bunlara hökm verə bilərsiniz.
Edebiyat
Yeni İl NəğməsiCharles Dickens · Parlaq İmzalar · 202211,3bin okunma
"Cizgili pijamalı oğlan"
Puan vermedi·208 syf.··
2023 13. kitabı
·
5 saatte okudu
·
Okunma: 14 Temmuz 2023 21:32
Kitabın filmini illər əvvəl izləmişdim. Özünü oxumağı çox istəyirdim və oxudum. Lakin filmdəki sonluqdan fərqli bir son ilə qarşılaşdım. Kitabın sonunda əsərin qəhrəmanı, doqquz yaşlı Bruno adlı oğlan itkin düşürdü. Buna baxmayaraq hadisələrin gedişatını anlamaq mümkündür. Belə ki, Bruno və ailəsi atasının işinə görə yaşadıqları yeri tərk edib, başqa bir yerə köçürlər. Bruno buraya dostlarını geridə qoyaraq gəlir və burada oynamağa dostu olmur. Kəşfiyyatı sevdiyi üçün kəşfiyyata çıxır, teldən hasara rast gəlir. Hasarın digər tərəfində cizgili pijamalı oğlan görür və onunla dost olur. Ümumiyyətlə, çox ağır, lakin oxunmalı bir kitabdır. Necə deyərlər, qısa və öz idi. Mən kitabı oxuduqca hadisələr gözümün önündə canlandı, məni dərin düşüncələrə apardı. Çox bəyəndiyim bir kitab oldu. Sizlərə də kitabı oxumağınızı tövsiyə edirəm.
Edebiyat
Zolaqlı Pijamalı OğlanJohn Boyne · Qanun Nəşriyyatı · 202050,6bin okunma
"Borclu olmaq..."
Puan vermedi·80 syf.··
2023 17. kitabı
·
3 günde okudu
·
Okunma: 20 Temmuz 2023 15:04
Kitabda hekayə heç kimin səbəbinin nə olduğunu bilmədiyi bir hadisə ilə başlayır. Bir adam Avropaya qayıtmaq üçün yola düşdüyü gəmidə insanların gülüşlərindən, əyləncələrindən narahat olaraq gündüz yatıb, gecə oyaq olduğu günlərin birində heç kimin tanımadığı, lakin həkim olan birisi ilə rastlaşır. Həkim öz həyatını, başına gələnləri ona danışır. Belə ki, bu, həkimin yanına köməyə gələn bir qadın və ona kömək etməyən, vicdanının ağırlığı ilə mürəkkəb duyğuları arasında qalan həkimin hisslərinin təsvir olunduğu bir hekayədir. Həkimin danışdığı hekayəni oxuduqca onun yaşadıqları, hiss etdikləri oxucuda fərqli təəssüratlar yaradır.
Edebiyat
AmokStefan Zweig · Qanun Neşriyat · 2018134,7bin okunma
Dəhşətli sirr...
Puan vermedi·112 syf.··
2023 20. kitabı
·
6 saatte okudu
·
Okunma: 23 Temmuz 2023 00:16
Bu, Ştefan Svayq'ın uşaq şüurunun mürəkkəb dünyasına səyahət etməyə imkan verən hekayəsidir. Yazıçı 12 yaşlı oğlanın çarəsizliyini, kədərini hətta nifrətini çox gözəl şəkildə izah edir. Kitabı oxuduqda uşağın güvən hissinin necə sarsıldığının, ən güvəndiyi adamlar belə ona yalan danışanda sevgi və hörmətini necə itirdiyinin şahidi olacaqsınız.
Edebiyat
Dəhşətli SirrStefan Zweig · Qanun Nəşriyyat · 201851,3bin okunma
Reklam