Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Yeni İl Nəğməsi

Charles Dickens

Yorumlar ve İncelemeler

Tümünü Gör
144 syf.
10/10 puan verdi
·
3 günde okudu
Bir Noel Şarkısı ♡
Uzun zamandır oxumaq istədiyim bu kitabı nəhayət alıb oxumağa başladım. Bu kitab adətən insanı qış üçün darıxdırır, bu səbəbdən kitabı qış fəslində oxumaq daha xoş olar :) Mənim kimi dondurmayla oxumaq kimi bir səhvə düşməyin :D Yazıçı bu əsərində ruh fəlsəfəsini çox gözəl şəkildə ortaya qoyur. Qısaca bəhs etsəm, simic bir insandan söhbət gedir. O qədər simic ki qarı belə sizə pulu ilə satar. Zamanında simic, paxıl, gözü ac olan dünyadan köçmüş insanların ruhu ona dərs olur. İbrətlik olan bu hekayəni hər kəsin oxumağını tövsiyyə edirəm. Kitab insana mənəvi zənginlik qataraq, düşünmənizə və anlamanıza imkan yaradır. Kitabın animasiya filmi kitabı çox təsirli şəkildə ifadə edir. Animasiya deyib keçməyin, insanın duyğularını çox dərindən işləyir. Bu kitab hər yaş kataqoriyasına daxildir. Uşaqların belə oxuyacağı üslubda yazılmışdır. Uşaqlarınıza alıb rahatlıqla da oxuya bilərsiniz. Not: Filmini izləmək istəsəniz, 2019'a aid olan seriyasını izləməyi məsləhət görürəm. Xoş mütaliələr diləyirəm! ♡
Yeni İl Nəğməsi
Yeni İl NəğməsiCharles Dickens · Parlaq İmzalar · 07,3bin okunma
Reklam
144 syf.
8/10 puan verdi
·
Beğendi
·
6 günde okudu
Çarlz Dikkens: "Yeni il nəğməsi"
Əsərdə simic, qaraqabaq bir sələmçi olan Ebenizer Skrucun keçmişdə, hazırda və gələcəkdə başına gələcək olanların fonunda keçən həyatından bəhs olunur. İnsanların ehtiyaclarına, hisslərinə tamamilə biganə yanaşan, hətta onların xoşbəxt olmasına belə qıcıqlanan daşqəlbli Ebenizer Skruc üç ruh vasitəsilə dəhşətli yuxular kimi görünən keçmiş
Yeni İl Nəğməsi
Yeni İl NəğməsiCharles Dickens · Parlaq İmzalar · 07,3bin okunma
144 syf.
·
Puan vermedi
·
36 saatte okudu
" Keçmiş, bu gün və gələcəyə səyahət..."
Çarlz Dikkens'in oxuduğum ilk kitabı oldu. Digər kitablarını da oxumağı səbirsizliklə gözləyirəm. Kitabı oxuyan hər bir oxucu kimi məndə istəyərdim ki, Yeni il ərəfəsində oxuyum. İndiyə qədər oxuduğum kitablardan çox daha fərqli bir kitab idi. Uzun müddət təsiri altında oldum. Məni həddindən artıq çox düşündürdü. Kitab bizlərə xeyirxah əməllərlə, yaxşı işlərlə yadda qalmağı, həyatdan zövq almağı bacarmağı xatırladır. Kitabda Yeni ilə nifrət edən, simic, daim qaşqabaqlı olan, həyatında- ümumiyyətlə ətrafında olan insanların düşüncələrini vecinə almayan, onların sevincinə və xoşbəxtliyinə əsəb olan, Ebenizer Skruc adlı bir şəxsdən söhbət gedir. Hadisələr, Ebenizer Skruc'un 7 il öncə vəfat etmiş Marlin adlı dostunun ruhunun Yeni il günündə onu ziyarət etməsi ilə başlayır. Marlinin ruhu ona xəbərdarlıq verir ki, qarşıdakı üç gün ona üç fərqli ruh baş çəkəcək. Nə qədər qorxsa da, inanmasa da ruhların gələcəyi saatları gözləyir və beləcə onlar gəlir. Hər bir ruh onu fərqli zamanlara aparır. Keçmiş, bu gün və gələcəyə. Skruc bu zamanlara səyahəti nəticəsində özünün son aqibətini görür. Sizi inandırım kitab qısa olsa da, onun kəsb etdiyi məna çox dərindir və mən bacardığım qədər onu yazıya tökməyə çalışdım. Ancaq siz özünüz oxusanız bütün bunlara hökm verə bilərsiniz.
Yeni İl Nəğməsi
Yeni İl NəğməsiCharles Dickens · Parlaq İmzalar · 07,3bin okunma
144 syf.
9/10 puan verdi
"Yeni il nəğməsi" - bütün mənəviyyatı kasad, təkəbbürlü və özü kimi başqa insanlara yuxarıdan aşağı baxan adamların oxuyub ibrət götürməli olduğu əsərdir.
Yeni İl Nəğməsi
Yeni İl NəğməsiCharles Dickens · Parlaq İmzalar · 07,3bin okunma
Reklam
144 syf.
10/10 puan verdi
·
6 günde okudu
Yeni il mövzusunda yazılmış bu kitabı bayram ərəfəsi olduğu üçün bilərəkdən seçdim. İnsanların ehtiyaclarına, hisslərinə biganə qalan, onların şənlənməsinə belə qıcıqlanan Ebenizer Skruc bir gecənin içində yuxusunda keçmişini,gələcəyini görür və bu gördükləri ona ibrət olur. Bu gördükləri onu tamamilə başqa birinə çevirir. Çox maraqlı hekayəsi olan bu kitabı bayram ərəfəsində oxuduğuma görə də başqa zövq aldım
Yeni İl Nəğməsi
Yeni İl NəğməsiCharles Dickens · Parlaq İmzalar · 07,3bin okunma
144 syf.
8/10 puan verdi
·
Beğendi
·
10 günde okudu
Oxuduğum en ders verici romanlardan deyə bilərəm.Yeni il nəğməsi uşaq klassikine aid olsa da fikrimcə ən çox böyüklərin oxuması gərəkən romandır.Yaşadığımız həyatın çox qısa olmasına rəğmən hələ də içləri pisliklə,hər şeydən narazı olaraq olan insanlarla doludur.Bu qısa dünyada heç kimin xətrinə dəymədən,bütün gözəllikləri doya-doya yaşamağdan bəhs edən bu roman,fikrimcə,bəzilərinin həyatında çox dəyişikliklər edəcək və düşündürəcəkdir..
Yeni İl Nəğməsi
Yeni İl NəğməsiCharles Dickens · Parlaq İmzalar · 07,3bin okunma
144 syf.
8/10 puan verdi
·
Beğendi
·
7 günde okudu
İnsan bir gecədə dəyişə bilər mi? Bu kitab sualımın cavabını çox net verir. İstər yaxşı, istər pis mənada düşünün, fərq etməz, vərdişlərimizdən vaz keçməmiz çox çətindir, amma imkansız deyil. Çox gözəl bir kitab idi. Oxumağınızı tövsiyə edirəm. Dərs səviyyəsində bir kitab idi Kitabla qalın hələlik...
Yeni İl Nəğməsi
Yeni İl NəğməsiCharles Dickens · Parlaq İmzalar · 07,3bin okunma
144 syf.
10/10 puan verdi
·
Beğendi
·
6 günde okudu
Xəsis, simic, daşqəlbli sələmçi olan Skruc Milad bayramına nifrət edir. Bu milad həmişə olduğu kimi yenə hər kəsin qəlbini qırıb təkbaşına evinə gedir. Gecə onu üç ruh ziyarət edir. Onlardan biri özü kimi xasiyyətə sahib illər öncə dünyasını dəyişən iş ortağının zəncirlərlə dolaşmağa məhkum olunmuş ruhu, digəri bu miladın ruhu, sonuncusu isə gələn miladın ruhu olur. Bu ruhlar ona həm keçmişi, həm indini, həm də gələcəyi göstərirlər. Bu hadisədən sonra Skrucun milad bayramına, doğmalarına, hətta tanımadığı insanlara qarşı olan münasibəti tamam dəyişir. Parlaq imzalar möhtəşəm iş ortaya qoyub. Həddən çox sevdim kitabı. Murakami doğum günlərinə qarşı olan münasibətimi dəyişmişdisə, Dikkens də milada qarşı münasibətimi dəyişdi. "Keçmişimi də, bugünümü də, sabahımı da yaşayacam!" Sevgiylə qalın, kitabsız qalmayın...
Yeni İl Nəğməsi
Yeni İl NəğməsiCharles Dickens · Parlaq İmzalar · 07,3bin okunma
Reklam
140 syf.
8/10 puan verdi
·
10 saatte okudu
Çarlz Dikkensin "Yeni il nəğməsi" novellası təkcə İngiltərədə deyil,bütün dünyada Milad bayramı mövzusunda yazılmış ən məşhur əsərlərdən biridir.Əsər simic,qaraqabaq,qəlbiqara,bədbin bir sələmçi olan Ebenizer Skrucun keşməkeşli həyatından bəhs edir. Ətrafındakı insanların ehtiyaclarına,hisslərinə tamamilə biganə qalan,hətta onların şənlənməsinə belə qıcıqlanan daşqəlbli Ebenizer Skruc səksəkəli yuxularında keçmiş günahlarını və özünün son aqibətini görür.Dikkens bizə demək istəyir ki,hətta ən pis insanın qəlbində də bir iman zərrəsi olur,bu işartı gah aşkar,gah gizli şəkildə onun daxili aləmini tam zülmətə qərq olmaqdan qoruyur.
Yeni İl Nəğməsi
Yeni İl NəğməsiCharles Dickens · Parlaq İmzalar · 07,3bin okunma
144 syf.
8/10 puan verdi
·
Beğendi
Yeni İl Nəğməsi - Review
Yeni ildən artıq haradasa 1 ay keçməsinə baxmayaraq, paylaşmaq istədim bu kitabı . Həqiqətən maraqlı və yeni il ruhunuzu qaldıracaq bir kitab olduğunu vurğulamasam olmazdı. Kitabda 3 yeni il ruhunun Ebenizer Skruncun həyatında köklü dəyişikliklər etməsinə yardım etdiyindən danışılır. Əsər dünyaca məşhurdur, buna görə də düşünürəm ki, ən az bir dəfə də olsa bu hekayənin süjet xətti ilə rastlaşmısınız. Təkcə bayramda deyil, ilin istənilən bir günü oxuya biləcəyiniz bir kitabdır.
Yeni İl Nəğməsi
Yeni İl NəğməsiCharles Dickens · Parlaq İmzalar · 07,3bin okunma
144 syf.
·
Puan vermedi
·
Beğendi
·
3 günde okudu
Yeni İl Nəğməsi
Yeni İl Nəğməsi
Bu da nəydi? Anlamadım. Bir dayanıne, kitabı bitirəndən sonra ayağa durub oynadım. Ciddiyəm. Necə oldu məndə bilmirəm? Kitabın sonundaki o abu-hava, o təsvirlər içimi xoşbəxt elədi. O dərəcəyə çatdı ki, durub oynadım. Çarlz Dikkens'in qələmi ilə yazılmış "Yeni il nəğməsi" mənim baxış bucağımı təmamilə dəyişdi. Söhbət xristian olub - olmandan getmir. Bayram elə bir şeydir ki, bütün insanlar bir araya toplaşır, dərdi - qəmi unudur, deyib gülür, sevinirlər. Ən gözəl yani isə budur ki, bayramda bayramı keçirə bilməyən insanlara da yardım edilir. Bayram günlərində bütün evlərin ocaqları yanır, isti yemək qoxusu gəlir. Bu isə bayramın ən gözəl yanıdır. Kitabda "karakter değişimi" adlandırdığımız cəhəti burada görürük. Bayramdan zəhləsi gedən, ona mənasız kimi baxan Skruç dayının Milad vaxtında yaşadıqları onun bütün fikrini dəyişir. Kitabın ən çox sevdiyim yanlarından biri isə insanda yaranan bu hissdir: Dünyada yaxşı əməllər etməyərək ölmək qorxusu. Xoş mütaliələr. 8.9/10
Yeni İl Nəğməsi
Yeni İl NəğməsiCharles Dickens · Parlaq İmzalar · 07,3bin okunma
140 syf.
·
Puan vermedi
·
Beğendi
·
1 saatte okudu
Əsəri oxuyarkən necə xoş yeni il keçirdiyimə sevimədim deyil.Ətrafındakı insanların ehtiyaclarına, hisslərinə tamamilə biganə qalan, hətta onların şənlənməsinə belə qıcıqlanan daşqəlbli Ebenizer Skruc səksəkəli yuxularında keçmiş günahlarını və özünün son aqibətini görür. Dikkens bizə demək istəyir ki, hətta ən pis insanın qəlbində də bir iman zərrəsi olur, bu işartı gah aşkar, gah gizli şəkildə onun daxili aləmini tam zülmətə qərq olmaqdan qoruyur.
Yeni İl Nəğməsi
Yeni İl Nəğməsi
Yeni İl Nəğməsi
Yeni İl NəğməsiCharles Dickens · Parlaq İmzalar · 07,3bin okunma
104 syf.
10/10 puan verdi
·
30 saatte okudu
Sondan Önce: Ya Doğru Değilse...
Islak fayanslara, lalettayin çıplak ayakla bastın ve ayağın kaydı. Sert bir düşüş yaşadın ve kafan lavabonun keskin mermer taşını sıyırdı. Şans eseri bir sakatlık olmadan hafif atlattın. Bunu yaşadıktan sonra bir daha ıslak zemine çıplak ayakla rastgele girer misin? Tabiki girmezsin, daha özenli ve dikkatli olursun. Çünkü bu deneyim sana ömür boyu unutamayacağın bir ders vermiştir. Oysa hayatta herşeyi deneyimleme şansımız yok. Hele ölümün... Bazı gerçeklere öyle kesin inanırız ki tecrübe etmeye hiç gerek duymayız. Örneğin heppimiz suyun 100 C° de kaynağıdığını biliriz ama hiçbirimiz, acaba gerçek mi dur bi deneyeyim demez. Uzun sözün kısası iyilik iyidir:) Bunu herkes kabul eder. Ama çoğumuz inanmaz ve yapmaz. Acaba bir iyilik yapmadan önce o iyiliğin güzelliğini deneyimleyebilseydik nasıl olurdu? Aksi de düşünülebilir. Kötülük kötüdür. Bir kötülük yapmadan önce kötülüğünü yaşayabilseydik... Nasıl olurdu? Olmaz. O zaman herkes bir nevi aynı olurdu. Ve iyilik erdem, güzel ahlak kavramları anlamını yitirirdi... Evrenin yaratıcısı iyiliğin ve kötülüğün karşılığının pek azını hayatta pek çoğunu ölümden sonra verir. Charles Dickens Scrooge karakteri üzerinden bunu çok güzel anlatmış. Okuyanlar daha farklı bakış açısıyla ele alır elbette ama bir de bu gözle bakmanızı tavsiye ederim. Belki Scrooge gibi sizde de bir değişim yapabilir. Sona varmadan önce bazı şeyleri değiştirmek gibi... Bende yaptığı gibi:))
Bir Noel Şarkısı
Bir Noel ŞarkısıCharles Dickens · Türkiye İş Bankası Kültür Yayınları · 20217,3bin okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.