Gönderi

8/10
·140 syf.··
2024 31. kitabı
·
10 saatte okudu
·
Okunma: 19 Mart 2024 19:58
Çarlz Dikkensin "Yeni il nəğməsi" novellası təkcə İngiltərədə deyil,bütün dünyada Milad bayramı mövzusunda yazılmış ən məşhur əsərlərdən biridir.Əsər simic,qaraqabaq,qəlbiqara,bədbin bir sələmçi olan Ebenizer Skrucun keşməkeşli həyatından bəhs edir. Ətrafındakı insanların ehtiyaclarına,hisslərinə tamamilə biganə qalan,hətta onların şənlənməsinə belə qıcıqlanan daşqəlbli Ebenizer Skruc səksəkəli yuxularında keçmiş günahlarını və özünün son aqibətini görür.Dikkens bizə demək istəyir ki,hətta ən pis insanın qəlbində də bir iman zərrəsi olur,bu işartı gah aşkar,gah gizli şəkildə onun daxili aləmini tam zülmətə qərq olmaqdan qoruyur.
Yeni İl NəğməsiCharles Dickens · Parlaq İmzalar · 202211,3bin okunma
·
23 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.