Şahanə Mahmudova

Aşağıya baxmaq dəhşətlidir. Hiss edirəm ki aşağı baxsam, məni saxlayan son qayışlar da altımdan sürüşəcək və məhv olacağam. Baxmıram. Baxmamaq isə daha betərdir, çünki bir azdan sonuncu qayışlar da altımdan sürüşüb çıxandan sonra mənə nə olacağını fikirləşirəm. Hiss edirəm ki, qorxunun dəhşətindən son dayağı itirir, kürəyi üstə yavaş-yavaş aşağı doğru sürüşürəm. Bir göz qırpımından sonra əlim-ayağım üzüləcək. Elə o anda ağlıma bir fikir gəlir: bu, gerçək ola bilməz. Bu, yuxudur. Oyan.
Kitap Alıntısı
Reklam
Sənin əlin soyuqdur. Mənim əlim isə isti, od kimidir. Nə üçün sən bunu hiss etmirsən, Nastenka?!
Kitap Alıntısı
Ümumiyyətlə, belə dəqiqələrdə hər kəs ona təsəlli ola biləcək hər hansı bir sözü sevinclə eşitməyə hazırdır və ümidinə bəraət qazandıracaq ən xırda sübut belə ona böyük təsir göstərir.
Kitap Alıntısı
Çünki indi öz həyatının yaradıcısı ancaq o özüdü, hər saatda bu həyatı istədiyi yeni rənglərlə boyaya bilir.
Sayfa 45·Kitabı okudu
Alıntı
Deyirlər ki, gözlər insanın ruhuna açılan pəncərədir. Hisslərini yalnız gözləri ilə ifadə etdiyindən Əli bu deyimin ən bariz misalı idi.
Kitap Alıntısı
Reklam