Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Çərpələng Uçuran

Khaled Hosseini
Xalid Hüseyninin bu debüt romanını artıq yeni əsrin baş romanı, müəllifini isə canlı klassik hesab eləyirlər. ‘Çərpaləng uçuran’ bu an yaşanan müstəmləkəçilik sonrası yeni müstəmləkəçilik (neokolonial), qloballaşma, mədəniyyətlərarası savaş, vətəndaş müharibəsi və miqrasiya kimi mövzulara bədii baxış açısı gətirir. Bundan əlavə, müəllif xatirələr, aydınlatma, cinsi ilişkilər kimi qavrayışlara da toxunur. Kitab sözün əsl mənasında dostluq, sədaqət, xəyanət, günahlardan arınma haqqındadır və Xalid Hüseyninin bu incə, canayaxın, ironik və sözün yaxşı mənasında sentimental romanı doymadan və göz çəkə bilmədən baxdıqca baxılan möhtəşəm bir rəsm əsərinə bənzəyir. Müəllif, əsərin adından da göründüyü kimi, Əfqan uşaqlarının çərpələng uçurmaq əyləncəsini yada salır. Bu yarışlardan birində əsərin qəhrəmanlarından biri – Həzara (Xəzər) oğlu Həsənin başına dəhşətli hadisə gəlir, o bu hadisəyə dostu bildiyi Əmirin naminə razı olur, ancaq onu kədərləndirmək haqda düşünmür. Həmin dost isə, bu dəhşəti kənardan görür, lakin gizlənib səsini çıxarmır. Bununla da faciə böyüyür, getdikcə davam edir. Öz qorxaqlığından çıldıran Əmir ayılanda artıq gec olduğunu düşünür. Haçansa gec olurmu?..
Yazar:
Khaled Hosseini
Khaled Hosseini
Tahmini Okuma Süresi: 12 sa. 42 dk.Sayfa Sayısı: 448Basım Tarihi: 2011İlk Yayın Tarihi: Mayıs 2003Yayınevi: Qanun NəşriyyatıOrijinal Adı: The Kite Runner
ISBN: 9789952261769Ülke: AzerbaijanDil: AzericeFormat: Karton kapak

Yorumlar ve İncelemeler

Tümünü Gör
448 syf.
10/10 puan verdi
·
Beğendi
·
30 günde okudu
Bəlkə də çoxunuza məlum olan bu kitabın təhlilinə hardan başlayıb necə bitirəcəyimi bilmirəm. Məncə Hüseyninin ən şedevr əsəri məhz elə bu əsərdir. Kitab eyni yol kəsiyində tamamilə iki fərqli həyat yaşayan uşaqların - Əmir və Həsənin dostluğu fonunda Əfqanıstanın müharibə dövründən, həmçinin o dövrdə baş verən dəhşətlərdən və əhalinin çıxılmaz vəziyyətindən bəhs edir. Əmir və Həsənin arasındakı dostluq bağı isə bildiyimiz dostluqlardan deyil, Əmirin uşaqlıqda buraxdığı səhvlər onun bir ömür boyu vicdan əzabı ilə yaşamasına səbəb olur. Bəs o bu peşmanlıqlardan yaxa qurtarıb vicdanı susdurub rahatlana biləcəkmi? Ən son nə vaxt bir kitabı oxuyub bitirdikdən sonra belə boşluğa düşdüyümü xatırlamıram. Oxuyub bitirsəm də baş verənlərin mənfi enerjisi hələ də üzərimdədir. Mental cəhətdən özünüzü hazır hiss etdikdən sonra oxumağınızı və oxuduqdan dərhal sonra isə əsərin eyniadlı filminə baxmağınızı tövsiyə edirəm.
Çərpələng Uçuran
Çərpələng UçuranKhaled Hosseini · Qanun Nəşriyyatı · 2011164,6bin okunma
Reklam
448 syf.
·
Puan vermedi
·
25 saatte okudu
Necə,haradan başlayacağımı bilmədiyim əsər oldu.Kitab çox axıcı olsa da, oxuyarkən çox düşündüyüm,tez bitirmək istədiyim kitablardan oldu. Əsərin məzmunu; Əmir və Həsən uşaqlıqdan bir yerdə böyümüş,həm süd qardaşı,həm də ögey qardaşdırlar.Əmirin anası onu dünyaya gətirərkən qanaxmadan vəfat etmiş,Həsənin anası isə doğulduqdan 5 gün sonra onu atıb
Çərpələng Uçuran
Çərpələng UçuranKhaled Hosseini · Qanun Nəşriyyatı · 2011164,6bin okunma
448 syf.
7/10 puan verdi
·
Beğendi
Kitab sözün əsl mənasında dostluq, sədaqət, xəyanət, günahlardan arınma haqqındadır Müəllif, bu əsərdə Əfqan uşaqlarının çərpələng uçurmaq əyləncəsini yada salır. Bu yarışlardan birində əsərin qəhrəmanlarından biri – Həzara (Xəzər) oğlu Həsənin başına dəhşətli hadisə gəlir, o bu hadisəyə dostu bildiyi Əmirin naminə razı olur, ancaq onu kədərləndirmək haqda düşünmür. Həmin dost isə, bu dəhşəti kənardan görür, lakin gizlənib səsini çıxarmır. Bununla da faciə böyüyür, getdikcə davam edir.
Çərpələng Uçuran
Çərpələng UçuranKhaled Hosseini · Qanun Nəşriyyatı · 2011164,6bin okunma
448 syf.
10/10 puan verdi
·
Beğendi
·
6 günde okudu
Bu kitabı oxumağım üçün mənə məsləhət görən tarix müəllimim və Azərbatcan dili müəlliməm oldu. Nə yaxşı ki oxudum. İlk başlayanda peşman idim. Çünki qəmgin kitabdı. Ancaq sonra sevdim. Həm də kitab çox sürətli gedir. Bu kitabın 50-60 səhifəsini evdə oxudum. Qalan hissəsini məktəbdə oxumuşam. Xalid Hüseyn Əfqan əsilli Amerika yazıçısıdır. Kitab
Çərpələng Uçuran
Çərpələng UçuranKhaled Hosseini · Qanun Nəşriyyatı · 2011164,6bin okunma
Reklam
448 syf.
8/10 puan verdi
·
3 günde okudu
Çox insan tərəfindən oxunulan, tövsiyə edilən bir kitab idi. Ata sevgisindən məhrum bir uşaq, dostluq, sevgi, müharibə, ölüm, günah hissi, ümid - bunlar çox kədərləndirdi. Bədii ədəbiyyat da olsa, insanın bəzi hisslərin necə olduğunu anlatmasına kömək edir. Mükəmməl bir kitab olduğunu deyə bilməyəcəm, amma çox yaxşı idi. Mükəmməl deyil, çünki orada ölüm və onun gətirdiyi yalqızlıq və iztirab var idi :/
Çərpələng Uçuran
Çərpələng UçuranKhaled Hosseini · Qanun Nəşriyyatı · 2011164,6bin okunma
448 syf.
·
Puan vermedi
·
1 saatte okudu
Müəllifin qələmindən oxuduğum ikinci əsər. İki oğlanın dostluğundan bəhs etsə də, mən qarşılıqlı dostluğu çox da sezə bilmədim. Hətta oxuyanda çox təəccübləndim. Niyə əsər bu qədər təriflənir? Bu dostluğun nəyi örnək götürülür? Göz görə-görə dostunun həyatını məhv etməkdirmi dostluq? Əslində, belə düşünməyimin bir səbəbi var idi. Baş
Çərpələng Uçuran
Çərpələng UçuranKhaled Hosseini · Qanun Nəşriyyatı · 2011164,6bin okunma
448 syf.
10/10 puan verdi
·
Beğendi
·
13 günde okudu
Çooooox gözəl kitabdır. Oxuyarkən ağladım, güldüm, əsəbləşdim, düşündüm. Bir sözlə bütün hissləri keçirdim. Bu kitabı o qədər çox sevdim ki, deyəcək söz tapmıram. Həmçinin, çox təəccübləndiyim bir kitab oldu. Demək olar ki, hər mövzuya, hər problemə toxunulmuşdu. Hamı oxusun!
Çərpələng Uçuran
Çərpələng UçuranKhaled Hosseini · Qanun Nəşriyyatı · 2011164,6bin okunma
448 syf.
9/10 puan verdi
·
Beğendi
·
9 günde okudu
Çox təsirli və gözəl bir kitab idi. Kitaba başladığımda bu qədər həyacanlı və maraqlı olacağını düşünməmişdim. Bir çox hissəsində o qədər çox təsirləndim ki, davam etmək üçün ara verməli oldum. Yazar kitabı yazarkən hər şeyi çox gözəl şəkildə təsvir edib. Hər bir sətirdə səhnələr gözümdə canlanırdı və buda kitablarda önəm verdiyim nüansdı.
Çərpələng Uçuran
Çərpələng UçuranKhaled Hosseini · Qanun Nəşriyyatı · 2011164,6bin okunma
Reklam
448 syf.
8/10 puan verdi
·
Beğendi
Yazarın oxuduğum ilk kitabı idi. Və sonuncu olmadı. Çox maraqlı idi. Oxumağa dəyər. Kitabla bağlı biraz nəsə yazsam, spoyler vermiş olaram. Ona görə də mən susum siz oxuyun...
Çərpələng Uçuran
Çərpələng UçuranKhaled Hosseini · Qanun Nəşriyyatı · 2011164,6bin okunma
372 syf.
10/10 puan verdi
·
Beğendi
·
16 günde okudu
Xalid Hüseyninin bu debüt romanını artıq yeni əsrin baş romanı, müəllifini isə canlı klassik hesab edirlər. "Çərpələng uçuran" bu an yaşanan müstəmləkəçilik sonrası yeni müstəmləkəçilik (neokolonial), qloballaşma, mədəniyyətlərarası savaş, vətəndaş müharibəsi və miqrasiya kimi mövzulara bədii baxış açısı gətirir.  Kitabın mövzusunda
Çərpələng Uçuran
Çərpələng UçuranKhaled Hosseini · Qanun Nəşriyyatı · 2011164,6bin okunma
448 syf.
·
Puan vermedi
İnsanın ruhuna təsir edən,hekayəsini günlərlə düşündürən elə bir əsərdir ki,əsl dostluğu,bilinməz qapılar ardındakı həyatlara,sirlərə toxuna bilirsən.
Çərpələng Uçuran
Çərpələng UçuranKhaled Hosseini · Qanun Nəşriyyatı · 2011164,6bin okunma
448 syf.
·
Puan vermedi
·
24 saatte okudu
Bir kitabda oxumuşdum dünyada oğurluqdan daha alçaq bir hərəkət yoxdur. Bəli, Əmir Həsənin bütün həyatını oğurlamış onun uşaqlığını , gəncliyini , yaşaması mümkün ikən yaşaya bilmədiyi bütün arzularını xəyallarını əlindən almışdı. Həyat da belə deyilmi ? Sən biri üçün böyük fədakarlıqlar et ancaq həmin insanın gözündə zərrə qədər də dəyərin olmasın. Həyat çox qəribədir , insanlar asanlıqla bir birlərinə yalan danışır , xəyanət edir , arxasınca quyularını qazır , ancaq bir şeyi unudurlar ki bu dünya əbədi deyl! Və bir gün biz etdiyimiz bütün günahların bədəlini ödəyəcəyik!.
Çərpələng Uçuran
Çərpələng UçuranKhaled Hosseini · Qanun Nəşriyyatı · 2011164,6bin okunma
448 syf.
9/10 puan verdi
·
Beğendi
·
7 günde okudu
Yazdığım ən uzun incələmə oldu)
Adını demək olar ki, çox tez-tez eşitdiyim və oxumaq istədiyim kitablardan biri daha... Kitabla bağlı o qədər qarışıq duyğular içərisindəyəm ki, bunu necə ifadə edəcəyimi bilmirəm... "Müəllif, əsərin adından da göründüyü kimi, Əfqan uşaqlarının çərpələng uçurmaq əyləncəsini yada salır. Bu yarışlardan birində əsərin qəhrəmanlarından biri-
Çərpələng Uçuran
Çərpələng UçuranKhaled Hosseini · Qanun Nəşriyyatı · 2011164,6bin okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.