Müəllifin oxuduğum ikinci əsəri idi. Həm siyasət, müharibə, sevgi, psixologiya, din, ədəbiyyat və s. demək olar bütün mövzuları əhatə edən, həm də oxuduqca yormayan kitab idi. Əsərin məğzi iki dostun dialoqu əsasında yazılsa da oxuduqca məkan darlığı problemi yaşamırdım, əksinə obrazların dili ilə keçmişə və fərqli ölkələrə səyahət edirdim. Müharibə səhnələrini oxuduqca bütün yaşanan hadisələr o qədər ağır gəlirdi ki, inanmaqda çətinlik çəkirdim. Arada düşünürdüm ki, belə bir hadisə mənim başıma gəlsə necə reaksiya verərdim? İnanın ki, cavab tapa bilmədim. Və ən amansız tərəfi də odur ki, kitabda yazılanların hamısı ildə minlərlə qadının, həmcinslərimizin başına gəlir, lakin biz yenə də onlardan xəbərsiz yaşayır və kiçik məişət və iş problemlərimizi gözümüzdə böyüdüb yaşamağın mənasızlığını dilimizə gətiririk. Kitab bütün bunları xatırlatdıqca insanı utandırır. Halbuki, həqiqət elə müəllifin də qeyd etdiyi kimi çox bəsitdir:
"Gecə ailənlə oturub dincəlirsən. Çöldə soyuq olsa da yuvan istidir. İsti çaydan içib şirin söhbətlər edirsən. Xoşbəxtsən, yanındakılar da həmçinin."
Təəssüf ki, reallığı başa düşsək də həmişə ən pisi başımıza gəldikdə daha yaxşı dərk edirik.
Əsərdə, birmənalı olaraq, ən hörmət etdiyim obraz Əmin oldu. İstənilən bir (ən pis olsa belə) vəziyyətdə şərtsiz sevgini təmsil edirdi. Sevginin gücünün bioloji bağlardan və cəmiyyətin yaratdığı stereotiplərdən daha dərin olduğunu bir daha sübut etdi. Hətta kitabda tam olaraq xatırlamadığım bir sətir var idi, oxuduqca nəzərdə tutduqlarımı daha yaxşı anlayacaqsız:
"Atanın dəstəyi insanı təkcə qorumur, həm də başqalarına qarşı qəddar olmadan iztirab çəkməyi öyrədir."
Kitabda dünyagörüşünüzü artıracaq öyrədici kontent çoxluq təşkil edir və bəlkə də başqa kontekstdə, daha elmi kitablarda oxunsa daha çox