Ona olan aşkımı asla sözcüklere dökememiştim, ama eğer bakışların da bir dili varsa, dünyanın en aptal insanı bile onun için deli divane olduğumu anlayabilirdi.
Faruq, sevdiklərini heç bir zaman incitmə, onları itirdikdən sonra əhəmiyyətsiz saydığın yanlışların belə yadına deşəcək və səni incidəcək. Onlara olan sevgini qəlbində saxlama, tez-tez dilinə gətir ki, onları itirəndən sonra sevgini hiss etdirmədiyinə görə üzülməyəsən.
Bütün ümidlər üzüləndə, bütün qapılar bağlananda bir qapının daim açıq olduğunu hiss edirsən. O qapı hardadır, bilmirsən. Ancaq anlayırsan: nə qədər ki sağsan, heç vaxt bütün qapılar üzümüzə tam bağlanmır. Həmişə açıq olan bir qapı var. Biz - bağlı qapıları açmaq üçün inadlaşmağa adət etmiş insanlar yalnız son anda diqqətimizi diqqətimizi o açıq qapıya yönəldirik.
İnsan öyrəşdiyi mühitdən ayrılmağa çətinlik çəkir. Bu mühit onu qoruyan qabıqdır. Maraqlısı da ondadır ki, insan qərar tutduğu ortamı tərk etmək qorxusu ilə həyatının müxtəlif fraqmentlərində təkrar təkrar üzləşir. Doğma, sevdiyi insandan, ölkədən, mühitdən, işdən ayrılmaq bizə bu qorxunu təkrar-təkrar yaşadır.
Taledən qaçmaq insanın həyatını yavaş-yavaş reallıqdan yuxuya keçməyə vadar edir. Belə insan xəyallarının həqiqi. həqiqi həyatın isə süni olduğuna inanmağa başlayır.