Aysha Gadimova

Aysha Gadimova
the only comfort place <3 open.spotify.com/user/u15kqvyeso...
educator
aul
laçın
26 Mayıs
132 okur puanı
Ekim 2022 tarihinde katıldı
9/10
·424 syf.··
2026 4. kitabı
·
48 günde okudu
·
Okunma: 27 Mayıs 2026 00:00
Müəllifin oxuduğum ikinci əsəri idi. Həm siyasət, müharibə, sevgi, psixologiya, din, ədəbiyyat və s. demək olar bütün mövzuları əhatə edən, həm də oxuduqca yormayan kitab idi. Əsərin məğzi iki dostun
Relslər Üzərinə Uzanmış AdamRövşen Abdullaoğlu · Qədim Qala · 20201,794 okunma
Edebiyatın En Tatlı Eşleşmeleri!
Peki ya sizin favori kitabınız hangi tatlı olurdu?
7/10
·90 syf.··
2026 3. kitabı
·
30 günde okudu
·
Okunma: 03 Nisan 2026 13:02
"Babamın bırakıp gidişinin tadı var suda; hiç orada olmayışının, gittikten sonra bana ait hiçbir şeyin olmayışının tadı..." Müəlliflə ilk tanışlığım idi, qısa həcmli olduğu üçün əhatəli olub-olmamasına şübhə edirdim düzü, lakin yenə də emosional cəhətdən dolğun idi. Bəziləri üçün bəsit gələ bilər, amma bir müəllimə olaraq qeyd etmək istərdim ki, uşaq psixologiyasını daha yaxından analiz etmək üçün əlavə bir vasitə idi. Kitabda bəyənmədiyim tək nüans duyğuların ən sıx anında, tam da obrazlarla bağ qurmuşkən bitməsi oldu. Bəlkə də yazıçının məqsədi bu idi, bilmirəm. Uzun sözün qısası, kitab bizə hər evin yuva, hər yuvanın da ev olmaması gerçəyini bir uşağın dilindən bir daha bizə xatırladır. Kitabda dialoqlar və uşağın dilindən monoloqlar az olsa belə, oxucu onların hisslərini birbaşa hiss edir. sanki öz evindəymişsiz kimi səmimi münasibət oyadır. Baş obrazın adının naməlum olması müəllifin şüurlu bir addımı imiş, o bununla həmin qız uşağının ailəsinə digərlərindən biri və onun necə də valideynləri tərəfindən əhəmiyyətsiz münasibət görməsi təəssüratını oyatmaq istəyib.
FosterClaire Keegan · Faber and Faber · 20228 okunma
7/10
·356 syf.··
2026 2. kitabı
·
37 günde okudu
·
Okunma: 04 Mart 2026 22:30
Kitabı alarkən şəxsi inkişaf kitabı kimi deyil də, daha çox psixoloji roman kimi nəzərimdə saxlayaraq almışdım. Bu səbəbdən də, kiçik də olsa xəyal qırıqlığı yaşadım deyə bilərəm. Çünki məncə hər nə qədər şəxsi inkişaf kitabları bizi nəyəsə təhrik etsə də, onu praktik şəkildə həyatımızda tətbiq etməsək, oxuyub vaxt öldürməyin heç bir mənası qalmır. Ümumi götürsək, kitabın dili çox axıcı idi, qısa müddətə bitirmək mümkündür. Bundan əlavə, kitabın üz qabığı və dizaynı məni özünə çox cəlb etdi, kitabın ötürmək istədiyi əsas ideya, məncə, uğurla təsvir edilib. Daha sonra, kitabın gedişatı ərzində Zahir obrazının dilindən verilən bir sıra mahnı, film və s. məsləhətləri çox xoşuma gəldi, sanki müəllif təkcə mövzunu və ssenarini ötürməklə kifayətlənməyib, həm də oxucunun dünyagörüşü cəhətdən maariflənməsinə çalışıb. Amma yenə də də bundan öncə ədəbiyyatın dərinliklərinə enmiş bir oxucu üçün bunlar çox sadə və primitiv, loru dildə desək "çeynənmiş" hiss edilə bilər. Yox əgər hələ qiraətə yeni başlayan oxuculardansınızsa və klassikalar kimi ağır kitablardan yayınırsınızsa şans verə bilərsiniz deyə düşünürəm. Lakin mən yenə də "hazır" cümlələri oxumaqdan daha çox bədii-ədəbi əsərlərdə ümumi ideyanı özüm analiz edərək, obrazları təhlil edərək yekun nəticə çıxarmağın tərəfdarıyam.
Dan UlduzuElçin Əzimli · Teas Press Nəşriyyat · 2019152 okunma
7/10
·464 syf.··
2025 9. kitabı
·
22 günde okudu
·
Okunma: 30 Aralık 2025 00:00
Kitabı çoxdandır oxumağı planlasam da oxuyub bitirmək indi qismət oldu. Düzünə qalsa, kitabın ilk 200 səhifəsi mənə əsas süjet xəttindən uzaq gəldi. Təsvirlərin həddindən artıq çox olması kitabın dilini ağırlaşırıb sanki. Elə kitabın adından da bəlli olduğu əsərin əsas ideyası bədii təzadlar təşkil edir: Fransa İnqilabı dövründə İngiltərə və Fransadakı həyatlar, ədalət və zülüm, sevgi və nifrətin ziddiyyəti elə açıq şəkildə təsvir olunub ki, o tarixi dönəmdən anlayışı olmayan hər kəsdə müəyyən qədər anlayış yaranır və həmin dövrə səyahət edir. Əsərdə təbəqələşmə özünü çox bariz şəkildə oxucuya çatdırır. Aristokratların kasıblara yaşatdığı o qədər əziyyət və işgəncədən sonra gilyotin sanki minlərlə acınacaqlı insanın intiqamını alır. Bu əsərdən elə nəticə çıxarmaq olar ki, bəzən zülümdən, çarəsizlikdən yaranan nifrət insanların gözünü o qədər bağlayır ki, artıq insan gözünə günahkar və ya məsum fərq etmədən hər kəsi ölümə göndərir, hətta bir nöqtədə bundan zövq alır. Müəllif digər tərəfdən də canavarlaşmış bu cəmiyyət içində sevginin hələ də bir ümid insanları dirçəltməsinə inam bəsləyir və əsərin sonunda bunu bir daha oxuculara dərindən yaşada-yaşada sübut edir. Əsərin eyniadlı filminə də baxmağı düşünürəm.
İki Şehrin HikâyesiCharles Dickens · Can Yayınları · 202376,4bin okunma
6/10
·144 syf.··
2025 8. kitabı
·
25 günde okudu
·
Okunma: 25 Ekim 2025 00:00
Bəzi kitablar var ki kənardan necə mənasız görünsələr belə onları mənalı edən yaşadıqlarımız və ona yüklədiyimiz mənalar olur. Bu kitab da mənim üçün eynilə elə idi, onu gördüyüm ilk andan gözləntilərimi qarşılamayacağını anlasam da, əmin olduğum tək və yeganə bir şey var idi ki, kitabı elə ordaca qoyub almasaydım, onun peşmanlığını ömrümün sonuna qədər çəkəcəkdim. Hər nə qədər orda olmadığını dərk etsək də, itirdiyimiz hər şeyi kitablarda tapmağa çalışırıq, axtardığımızı tapmayanda da özümüzü yox, müəllifi günahlandırırıq.
Bir Ağacın YaddaşıTina Vallès · Qədim Qala · 2024601 okunma