Dan Ulduzu

Elçin Əzimli
Tahmini Okuma Süresi:
10 sa. 5 dk.
Sayfa Sayısı:
356
Basım Tarihi:
Mayıs 2019
Yayınevi:
Teas Press Nəşriyyat
ISBN:
9789952313994
Ülke:
Türkiye
Dil:
Türkçe
Format:
Karton kapak

Yorumlar ve İncelemeler

6/10
·356 syf.··
2023 28. kitabı
·
13 günde okudu
·
Okunma: 02 Aralık 2023 11:38
İlk olaraq deyim ki,kitab motivasiya janrındadır.Bu janrla maraqlananlar üçün yaxşı bir tövsiyə ola bilər.Kitabda ən sevdiyim cəhət onun dizaynı oldu.Səhifələr arası şəkillər zövqlə çəkilmişdi.Amma sevmədiyim tərəfləri üstünlük təşkil etdi deyə bilərəm. Kitabdakı dialoqlar çox sıxıcı idi.Dialoqlar absurd şəkildə qurulmuşdu , insanı yorurdu."Çox sağolun", "minnətdaram", "əlbətdə", "məmnuniyyətlə " və.s kimi ifadələrə həddindən artıq yer verilmişdi.Buna görə də kitab axıcı olsa da mənə sıxıcı gəldi.
Dan UlduzuElçin Əzimli · Teas Press Nəşriyyat · 2019153 okunma
10/10
·356 syf.··
Beğendi
·
2025 1. kitabı
·
21 günde okudu
·
Okunma: 21 Mart 2025 00:00
"Dan Ulduzu" oxucunu daxili səyahətə aparan, həyatın mənası, insan ruhunun dərinlikləri və ümid mövzularını araşdıran bir əsərdir. Kitab boyunca 2 maraqlı həyat hekayəsi ilə tanış oldum. Ümid edirəm ki, hər birimizin həyatında Zahir kimi müəllim olar və biz Orxan kimi yaxşı tələbə olmağı bacararıq. Əsas mesaj: Hər qaranlıq gecənin bir dan yeri var. Kitab, insanın qarşılaşdığı çətinliklərə baxmayaraq, işığı tapmaq və irəli getmək gücünə sahib olduğunu göstərir. Niyə Oxumalısan? Əgər mənəvi dəyərləri, həyata baxışı və motivasiyaedici fikirləri əks etdirən kitabları sevirsənsə, "Dan Ulduzu" sənə ilham verəcək! Bir sözlə, hər kəsə bu kitabı oxumağı tövsiyə edirəm Dan ulduzunuzun hər zaman parlamasını diləyirəm, əziz kitabsevərlər
Hayata Dair
Dan UlduzuElçin Əzimli · Teas Press Nəşriyyat · 2019153 okunma
10/10
·358 syf.··
Beğendi
·
2023 3. kitabı
·
8 günde okudu
·
Okunma: 05 Mart 2023 00:00
Dan Ulduzu mənim də həyatımı aydınlatmağı bacardı. Onu həm də dağınıq düşüncələrimi toparlayan bir darağa bənzədirəm. Həqiqətən də oxuyarkən insan nəinki özünü tapır, hətta özü-özü ilə üzləşir deyərdim, həyatını, yaşadıqlarını sorğulayır, çoxu şeylərdən agah olur. Hər kəsə aydınlanmaq üçün oxumağı tövsiyə edirəm. Kitab sayəsində beynimdəki bir çox şübhəli suallara cavab tapmağı bacardım, məncə. Əminəm ki, siz də oxuduqdan sonra özünüzdəki dəyişikliklərin fərqinə varacaqsınız.
Hayat ve İnsan
Dan UlduzuElçin Əzimli · Teas Press Nəşriyyat · 2019153 okunma
8/10
·356 syf.··
Beğendi
·
2025 1. kitabı
İnsanı düşündürən və mativasiya verən bir kitabdır. Mənim üçün faydalı oldu. Sadəcə bəyənmədiyim nüans dialoqların sıxıcılığı idi. Buna görə də gec müddətdə oxuyub bitirə bildim. Amma ümumi olaraq bəyəndim.
Dan UlduzuElçin Əzimli · Teas Press Nəşriyyat · 2019153 okunma
8/10
·356 syf.··
2024 203. kitabı
·
8 günde okudu
·
Okunma: 14 Nisan 2024 12:22
Dan Ulduzu Son zamanlar oxuduğum çox maraqlı kitablardan biri. Yəqin ki, kitabın belə təsirli olmasına yazıçının öz sahəsindəki uğurlu və bacarıqlı şəxs olması və bu bacarığının əsərə təsirsiz ötüşməməsidir. Əslində kitabın mövzusu - özünüinkişaf və bununla əlaqəli şaxələnmiş fikirlərdən irəli gələn məsələlərdir. Hadisələr bir gəncin dəniz sahilində tanımadığı bir nəfərlə qarşılaşması ilə başlayır. Çətin dövrlərdən keçən və cürbəcür narahatedici fikirlərin astasında qalan bu gəncin eşitdiyi cümlələr və dərin izahlar qarşısında həyatında yeni səhifə açılır. Kitabın son səhifələrinə kimi maraqlı fikir mübadiləsi bir-birini əvəz edir. Digər özünüinkişaf yönümlü kitablardan fərqli olaraq sadəcə təkrarlanmış “söz yığınından” ibarət deyildi. Oxumağı tövsiyyə edirəm.
İnceleme
Dan UlduzuElçin Əzimli · Teas Press Nəşriyyat · 2019153 okunma
7/10
·356 syf.··
2026 2. kitabı
·
37 günde okudu
·
Okunma: 04 Mart 2026 22:30
Kitabı alarkən şəxsi inkişaf kitabı kimi deyil də, daha çox psixoloji roman kimi nəzərimdə saxlayaraq almışdım. Bu səbəbdən də, kiçik də olsa xəyal qırıqlığı yaşadım deyə bilərəm. Çünki məncə hər nə qədər şəxsi inkişaf kitabları bizi nəyəsə təhrik etsə də, onu praktik şəkildə həyatımızda tətbiq etməsək, oxuyub vaxt öldürməyin heç bir mənası qalmır. Ümumi götürsək, kitabın dili çox axıcı idi, qısa müddətə bitirmək mümkündür. Bundan əlavə, kitabın üz qabığı və dizaynı məni özünə çox cəlb etdi, kitabın ötürmək istədiyi əsas ideya, məncə, uğurla təsvir edilib. Daha sonra, kitabın gedişatı ərzində Zahir obrazının dilindən verilən bir sıra mahnı, film və s. məsləhətləri çox xoşuma gəldi, sanki müəllif təkcə mövzunu və ssenarini ötürməklə kifayətlənməyib, həm də oxucunun dünyagörüşü cəhətdən maariflənməsinə çalışıb. Amma yenə də də bundan öncə ədəbiyyatın dərinliklərinə enmiş bir oxucu üçün bunlar çox sadə və primitiv, loru dildə desək "çeynənmiş" hiss edilə bilər. Yox əgər hələ qiraətə yeni başlayan oxuculardansınızsa və klassikalar kimi ağır kitablardan yayınırsınızsa şans verə bilərsiniz deyə düşünürəm. Lakin mən yenə də "hazır" cümlələri oxumaqdan daha çox bədii-ədəbi əsərlərdə ümumi ideyanı özüm analiz edərək, obrazları təhlil edərək yekun nəticə çıxarmağın tərəfdarıyam.
Dan UlduzuElçin Əzimli · Teas Press Nəşriyyat · 2019153 okunma
“Hər Qaranlıqdan Sonra Bir Dan Ulduzu Doğar”
8/10
·356 syf.··
Beğendi
·
2025 22. kitabı
·
8 günde okudu
·
Okunma: 19 Mart 2025 12:28
Bəzi kitablar var ki, oxuyub bitirəndə sadəcə bir hekayə dinləmiş olmursan, sanki həmin hekayəni yaşamış kimi hiss edirsən. Dan Ulduzu da məhz belə bir roman idi mənim üçün. Bu kitabda məni ən çox cəlb edən şey həyatın, insan ruhunun və taleyin incə məqamlarının o qədər səmimi və real təsvir olunması idi ki, sanki hər səhifədə özümə, ətrafımdakı insanlara və hətta keçmişimə yeni bir pəncərədən baxdım. Əsərin dili axıcı və poetikdir, amma bu, süni bir gözəllik deyil. Hər cümlədə bir ağırlıq, hər dialoqda bir həyat dərsi var. Müəllif hadisələri quru təsvir etməklə kifayətlənmir, oxucunu içəri çəkir, obrazların hisslərini yaşadır. Xüsusilə bəzi səhnələr vardı ki, oxuyanda ürəyimdə bir sıxıntı hiss etdim, çünki orada təkcə qəhrəmanların deyil, öz daxili dünyamın da əksini gördüm. Kitab həm ümidsizlik, həm də ümid haqqında idi. Həyatın bizə verdiyi çətinliklərin təsadüfi olmadığını, hər şeyin bir mənasının olduğunu göstərirdi. Bəzən elə olur ki, insan hər şeyin bitdiyini düşünür, amma ən qaranlıq gecənin ardından dan ulduzu doğur. Bu roman məhz o hissi yaşatdı mənə – nə qədər çətin olsa da, sonda bir işıq var. Əgər hansısa kitab insanın düşüncələrini dəyişdirirsə, ona yeni suallar verdirirsə, demək ki, o kitab dəyərlidir. Dan Ulduzu mənə həm düşünmək, həm hiss etmək, həm də xatırlamaq üçün çox şey verdi. Sən demə, bəzən ən çox ehtiyacımız olan şey sadəcə bir işıq imiş…
1000Kitap
Dan UlduzuElçin Əzimli · Teas Press Nəşriyyat · 2019153 okunma
7/10
·356 syf.··
Beğendi
·
2026 22. kitabı
·
5 günde okudu
·
Okunma: 10 Haziran 2026 14:51
Kitabın ümumi məğzi xoşuma gəldi. İç dünyayla hesablaşmalı olduğumuz məqamlar, vicdanımızın səsi, empatiya duyğumuz, İQ ilə yanaşı EQmüzün də inkişaf etməli olduğu məqamlara toxunulur. Sadəcə xarakterlər dünyagörüşsüz idi. Orxan necə olur ki, insanları anlamadan "Satış mütəxəssisi" olur? Ya da heçmi bəzi şeylərdən xəbəri yoxdur? Bəzən elə yerdə elə suallar verirdi ki, məəttəl qalırdım necə bilmir deyə. Hələ Aytəkin. İqtisadiyyat oxuyur(ki bilirik iqtisadiyyat 2ci qrupdadır və coğrafiya fənni var) ancaq coğrafi bilik sıfır. Dan ulduzunun adını belə bilmir. Belə absürd yerlər bir düşündürdü əslində məni. Məğzi bəyənib xarakterlərə isinə bilmədim. Tək sevdiyim Zahir bəy obrazı oldu. Sonu isə düşündürdü.
Dan UlduzuElçin Əzimli · Teas Press Nəşriyyat · 2019153 okunma
7/10
·356 syf.··
Beğendi
·
2024 12. kitabı
·
49 günde okudu
·
Okunma: 01 Aralık 2024 15:13
Dan Ulduzu Elçin Əzimli Uzun müddətdir ki, başlamışdım kitaba, nəhayət, bitdi. (Həftədə 2 dəfə "20 Yanvar"a gedib-gəlməyim olmasaydı, növbəti il bitərdi, yəqin.)))) Ümumi olaraq, qəşəng təəssürat bağışlayır. Yolunuzu aydınladacaq kitablardan sayıla bilər, bir çox suallara cavab tapa biləcəksiniz, ümumi dünyagörüşünüzə də təsir edəcək, həzz alaraq oxunulacaq kitablardandır. Hər kəsin kitabxanasında özünə yer etməlidir. Tək mənfi yanı dialoqların çox sadə, standart olması idi, heç səmimi gəlmədi.:( Son olaraq, bir gün hər kəsin öz 'dan ulduzu'nu tapması diləyilə...:)
Dan UlduzuElçin Əzimli · Teas Press Nəşriyyat · 2019153 okunma
Reklam