Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Susan Qadın

Elxan Elatlı

Yorumlar ve İncelemeler

Tümünü Gör
250 syf.
5/10 puan verdi
·
Beğendi
·
9 günde okudu
Qətiyyən oxumağı tövsiyə etmirəm.
İlk öncə onu qeyd edim ki, bu təhlili bədii kitab oxumağa elə məhz E.Elatlının əsərləri ilə başlayan biri kimi yazıram. Bir çox müzakirə dairələrində Elxan bəyin kitablarının qınandığına şahid olmuşdum. Tərəfsiz mövqe tuturdum, çünki həm bəyənirəm kitablarını, həm də razılaşıram ki, intim məsələlər üzərinə qurulur hadisələr. Amma onu da nəzərə
Susan Qadın
Susan QadınElxan Elatlı · Xan Nəşriyyatı · 2022273 okunma
Reklam
380 syf.
10/10 puan verdi
·
Beğendi
·
4 günde okudu
Elxan Elatlı kitablarına baxış..
Hər vaxtınız xeyir, 1k kitabsevərləri!
Elxan Elatlı
Elxan Elatlı
qələminə hakim olduğum yazıçımızdır. Bədii kitablarından sonuncu ikisindən başqa hamısını oxumuşam deyə bilərəm. Və deyim ki, hər kitabını bir nəfəsdə oxuyacaq qədər sevmişəm.
Eksperiment
Eksperiment
kitabını sevmədim sadəcə. Kitaba görə deyil, insan mənəviyyatının bu qədər ucuzlaşması mənim hisslərimə mənfi
Susan Qadın
Susan QadınElxan Elatlı · Xan Nəşriyyatı · 2022273 okunma
382 syf.
9/10 puan verdi
·
Beğendi
·
9 günde okudu
Salamlar. Elxan Elatlının "Susan qadın" romanı ər xəyanətinə uğramış və bu səbəbdən qüruru əzilmiş Əsmər adlı gənc bir qadının keçirdiyi qısa, eyni zamanda olduqca iztirablı həyatından bəhs edir. Romanın əsas qəhramanı isə Əsmərlə yanaşı, digər əsərlərdən də tanıdığımız Qanbay Qasımlıdır. Qanbay Qasımlının təhqiqatları, hadisələrin nəticələrinə yanaşmaq tərzi məni hər dəfə heyran edir. Əsərə qiymət verəcək olsam bu 8 idi, ancaq son hissədə Qanbay Qasımlının etdiyi hərəkət mənim ona rəğbətimi və əsərə olan qiymətimi artırdı. Qanbay Qasımlı düzmü etdi deyə düşünüb sonda bu nəticəyə gəldim ki, Bəli düz etdi. Oxuyacaq olanlara deyəcəyim, əsəri sadəcə oxumaqla keçməyin. Xoş mütaliələr 9/10
Susan Qadın
Susan QadınElxan Elatlı · Xan Nəşriyyatı · 2022273 okunma
250 syf.
8/10 puan verdi
·
Beğendi
Elxan Elatlı obrazlarının adını dəyişdirməlidir.Heç mənə sərf etmir(
Cəmiyyətimizdə o qədər arzuları ürəyində qalmış Əsmərlər,”Sənə eləsi lazımdır ki, bir əyri işin olanda bağışlaya bilsin.Sən başqa qadınla hər nə qələt eləsən,o eyni şeylə səndən intiqam almasın.Yəni namusunu sənə görə yox,özünə,öz qadınlıq qüruruna görə qoruyan biri olsun”deyən Lamiyə kimi şərəfsizlər,hər növ şərəfsizliyə açıq olan zəif xarakterli Eyvazlar və s var ki… Kitab bir sözlə çox gözəldir.İçində müasir cəmiyyətimizdə hal-hazırda belə yaşayan parazit düşüncəli insanların da olduğunu yadımıza salan obrazların olması daha da düşündürücü idi.Heç bir şəkildə spoiler vermək kimi də məqdəsim yoxdur.Kitab axıcı idi.
Susan Qadın
Susan QadınElxan Elatlı · Xan Nəşriyyatı · 2022273 okunma
Reklam
250 syf.
·
Puan vermedi
Azərbaycan Ədəbiyyatı
"Qadın xisləti elə qurulmuşdu ki, hər bir qadın bir kişiyə məxsus olmağı, nəinki qəbul edir, hətta buna can atırdı. Təki məxsus olduğu kişi onu sevib qayğısına qalsın, nəvaziş göstərsin, onu başqasına verməsin." Səhifəmin diqqətli izləyiciləri mənim "qadın" mövzulu kitablara qarşı necə həssas olduğumu bilir. Həyatdan zərbələr almış və bu zərbələrdən zaman zaman dərs çıxaran, zaman zaman da öz səadəti naminə hər şeyi göz ardına vuraraq, səhvlər edərək yaşamağa çalışan bir qadın olaraq, bu kitabdan da öz həyatıma aid səhnələri ayırdım kənara. Tələbə vaxtında rəfiqəsinin sözünə uyub, xəyallarını kənara ataraq Eyvazla evlənən Əsmərin "qurduğu" uğursuz ailə həyatı sonda onun ölümüylə başa çatır. Lakin bu ölümə gələnə qədər Əsmər həyatında nələr yaşayır, nələrə dözür... Bunu araşdıraraq, bu ölümə səbəb olanları ədalətə təslim etmək məsuliyyəti Qambay Qasımlıya qalır. mən həmişə deyirəm... Bir qadın həyatında bir dəfə özünə xəyanət edir və ömrü boyu bu xəyanəti həyat ona bağışlamır. Görəsən Əsmər həyatının hansı anında özünə xəyanət etdi? Sevmədiyi adamla evlənərək mi, yoxsa ərinin ilk xəyanətini bağışlayaraq mı? ya qarşılıqlı hisslərlə sevdiyi Altaya yox deyərək mi? Evli qadın və kişilərlə münasibətin sonunu açıq aydın şəkildə ortaya qoyan kitabda, kişilərin əslində necə güvənilməz varlıq olduqlarını bir daha görürük. Yerli ədəbiyyatın detektiv janrında kifayət qədər geniş oxucu kütləsinə sahib Elxan Elatlı bu səfər də olduqca maraqlı kitabla qarşımıza çıxıb.
Elxan Elatlı
Elxan Elatlı
Susan Qadın
Susan Qadın
Susan Qadın
Susan QadınElxan Elatlı · Xan Nəşriyyatı · 2022273 okunma
·
Puan vermedi
"Həqiqəti istəyirsinizsə, onda o nə qədər acı olsa da, eşitməyə hazır olun. Çünki heç bir insana "o bunu etməz" rəyi yaraşmır. İnsan dediyin varlıq yaxşı və pis hər şeyə qadirdir."
Elxan Elatlı
Elxan Elatlı
Susan Qadın
Susan Qadın
Susan Qadın
Susan QadınElxan Elatlı · Xan Nəşriyyatı · 2022273 okunma
250 syf.
·
Puan vermedi
·
5 günde okudu
Niyə oxudum?
İlk dəfə E. Elatlının kitabını oxuyanda o qədər maraqlı gəlmişdi və sevinmişdim ki Azərbaycanda uğurlu detektivin yazılması ilə bağlı.Başa düşürəm kitablarda cinsəllik ,xəyanət, şərəfsizlik kimi mövzularada toxunulur bunlar normaldır, ancaq bu qədərdə ola bilməz axı. Təxmini mövzuda 3 və ya 4 ümumi ailəyə toxunulur və hamısımı bir birinə xəyanət
Susan Qadın
Susan QadınElxan Elatlı · Xan Nəşriyyatı · 2022273 okunma
250 syf.
8/10 puan verdi
·
Beğendi
·
1 saatte okudu
Psixoloji yoxsa Detektiv?
Kitabda bəyəndiyim tək müans sonda Qasımlının verdiyi qərar oldu ki,bu da təkrarçılıq idi. Spoyler olmasın deyə ad çəkmiyim, kitabların birində də eyni sonluq idi Kitabın janrı psixoloji-detektiv Amma nə psixologiya var nə detektivlik. Kitab başdan sona cinsəllikdir. Elatlının bacardığı janr əslində pornoqrafikdi(düz deyirəmsə) bütün kitabları bu sujet xətti ilə gedir Ürəyim çəkildi axıra çatana kimi next-next etdim konkret. Kimin əli kimin cibində bəlli deyil Yenə də bu adamın kitablarından əl çəkmiyəcək qədər gicəm Qalan 3 kitabını da tapıb oxuyacam
Susan Qadın
Susan QadınElxan Elatlı · Xan Nəşriyyatı · 2022273 okunma
Reklam
379 syf.
10/10 puan verdi
·
Beğendi
·
7 günde okudu
Dedektiv roman çox sevməsəmdə Elxan Elatlının bütün kitablarını sevərək və bəyənərək oxuyuram. Hər bir kitabının sonu həyacan və maraq doludur. Bu kitabıda digər kitabları kimi mükəmməl idi. Kitab müasir günümüzdən bəhs edir və buda kitaba ayrı bir maraq qatır. Kitabı oxuyarkən bəzən digər bölümdə necə olacaq marağı ilə əlimdən kənara buraxa
Susan Qadın
Susan QadınElxan Elatlı · Xan Nəşriyyatı · 2022273 okunma
250 syf.
·
Puan vermedi
·
135 günde okudu
Susan qadın.
Detektiv süjet üzərində qurulmuş psixoloji roman ərindən soyuq münasibət görən, aldadılan Əsmər adlı gənc qadının faciəsindən bəhs edir. Ən incə ailə münasibətlərinə ustalıqla toxunulan, böyük həyəcanla oxuyacağınız əsərdə son dərəcə maraqlı cinayət təhqiqatı ilə yanaşı, məşhur detektiv Qanbay Qasımlının şəxsi həyatında baş vermiş kədərli yeniliklərlə də tanış olacaqsınız.
Susan Qadın
Susan QadınElxan Elatlı · Xan Nəşriyyatı · 2022273 okunma
250 syf.
·
Puan vermedi
Rasim qadının ovcunda bərk-bərk tutduğu əşyanın məhz həmin köynək parçası olduğuna qəti əmin idi. O. pəncərədən aşağı atıldığı anda sövqi-təbii olaraq özünü xilas etmək məqsədi ilə əlini öz qatilinin köynəyinə atmış, köynəyin kiçik bir parçası cırılıb qoparaq əlində qalmışdı. Bura qədər hər şey anlaşılırdı Anlaşılmayan isə Əsmərin ölümündən dəqiqələr əvvəl əlindəki bu dəlili gizlətməyə çalışması idi. O niyə belə etdi axı. Köynək parçası qatili müəyyən etmək üçün əhəmiyyətli bir dəlil ola bilərdi və Əsmər də bunu anlamamış deyildi, yəqin. Yəni belə çıxırdı ki, o qatilinin ifşa olunub həbs edilməsini istəmirmiş.
Susan Qadın
Susan QadınElxan Elatlı · Xan Nəşriyyatı · 2022273 okunma
382 syf.
9/10 puan verdi
·
20 saatte okudu
Susan Qadın
İlk əvvəl şəhidimizin ailəsi..Avtobus sürücüsü atası, süpürgəçi anası..Ürəyim orda sızıldadı..Bütün şəhidlərimizin ruhu şad olsun, ailələrinə səbr versin.. Əsmər..Ah Əsmər..Birincisi o mənzərə nədənsə gözümün qabağından getmir Eyvaza deyiləcək bir söz yoxdu, o qədər əsəbləşdirdi məni, az qala qışqıra qışqıra söyəcəkdim..O və onunkimilərin bir adı
Susan Qadın
Susan QadınElxan Elatlı · Xan Nəşriyyatı · 2022273 okunma
250 syf.
10/10 puan verdi
·
Beğendi
·
30 saatte okudu
Elxan Elatlının qələmini çox sevirəm. Oxuduğum hər romanı məndə bir müddət təsir qoymağı bacarır. Amma birdə uzun müddət təsirindən çıxa bilmədiyim romanları var. Bu "ondördüncü adam" romanı olmuşdu. Düşünməzdim yenə belə təsirə düşəm.Amma bu roman bunu etdi. "Susan qadın" inanmıram təsiri az vaxta gedər.Hətta qəlbimdə bir yara kimi qalacaq deyə bilərəm. Qadın, nə istəyir bu qadın? Dəyər , qayğı, diqqət və əsl kişi tərəfindən sadiq şəkildə sevilmək. Romanı oxuduqca əsəblərimə hakim ola bilmirdim. Qadın olduğum üçün yox, insan olduğum üçün roman belə olsa həmcinsimin faciəsi mənə ağır gəlirdi. Düşünürəm əsl kişi də bu romanı oxusa mənim keçirdiyim hisslərin eynisini keçirər. Sadəcə istər qadın, istər kişi sevmədiyiniz adamla heç kimə , heç nəyə görə evlənməyin. Evlilik oyuncaq deyil .VƏ kişilər neçə qızla gəzib sonra təmiz qız almaq niyyətindən qurtulun. Elə ən böyük əxlaqsızlıq budur. Qadın oyuncaq və ya kölə deyil onu almaq və satmaq olsun.Roman çox təsirli və maraqlıdır. Çox şey yazmaq olar. Sadəcə oxuyun deyə bilərəm
Susan Qadın
Susan Qadın
Elxan Elatlı
Elxan Elatlı
Susan Qadın
Susan QadınElxan Elatlı · Xan Nəşriyyatı · 2022273 okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.