Elxan Elatlı kitablarına baxış..
10/10
·380 syf.··
Beğendi
·
2023 64. kitabı
·
4 günde okudu
·
Okunma: 14 Ekim 2023 23:01
Hər vaxtınız xeyir, 1k kitabsevərləri! Elhan Elatlı qələminə hakim olduğum yazıçımızdır. Bədii kitablarından sonuncu ikisindən başqa hamısını oxumuşam deyə bilərəm. Və deyim ki, hər kitabını bir nəfəsdə oxuyacaq qədər sevmişəm. Eksperiment kitabını sevmədim sadəcə. Kitaba görə deyil, insan mənəviyyatının bu qədər ucuzlaşması mənim hisslərimə mənfi təsir etdi. Bu kitabının haqqında yazmadan əvvəl yazıçının yaradıcılığına, kitablarının oxunma ardıcıllığına toxunmaq istəyirəm. Çünki bir çox kitabsevəri düşündürən suallardan biri də , "hansı kitabı ilə başlamalıyam?" olur. Və ya, "Ağır olmayan kitabı hansıdır?" İlk öncə deyim ki, Elhan Elatlı qələmi o qədər axıcıdır ki, oxuma sürəti zəif olan oxuyucu belə qısa zamanda oxuyub bitirə bilir. Sadəcə, düzgün ardıcıllığı seçmək lazımdır. Bir çox oxuyucunun şikayəti isə yazıçının həddindən artıq 18+ yazmasındandır. Bəli, bu məni də narahat edir, ancaq gəlin baxış prizmamızı dəyişdirib yazıçının gözündən də baxaq. Günümüz oxuyucular gənc nəsildir. Və bu gənc nəslin hər təbəqəsinə nüfuz etmək lazımdır. 'Nəbzini tutmaq' deyək. Və təəssüf olsun ki, bir çoxlarının, hamıya şamil etmirəm, bir çoxlarının 18+ kitablara meyli üstünlük təşkil edir. Tamamilə deyil, qismən, hətta cüzi qədər deyə bilərəm. El dili ilə desək, "ağını çıxartmır." Məişət hadisələrin ən gerçək üzü ilə yazan yazıçı təbiiliyi də maksimum dərəcədə verməyə çalışır. Yazıçının bir başqa xüsusiyyəti isə Vətən eşqi, miliyyətçi olması, tariximizə əsərlərində yer verməsidir. Əsasən də, "Qarabağ hadisələri" Şəxsən mənim üçün ən qaranlıq məqamlar belə oxuduğum Qan LəkəsiCəhənnəmdən Gələn Səs kitablarında aydın oldu. Xocalı faciəsində əsir düşmüş soydaşlarımızın hansı hissləri keçirtdiyini oxuduğumda özümə gələ bilmirdim. Yeri gəlmişkən deyim ki, əgər yazıçının kitablarına başlamaq istəyirsinizsə, yazıldığı illər ardıcıllığı ilə başlamağınızı məsləhət görərdim. Çünki; Elxan bəy kitablarında əsas dedektivlər olaraq Ələmdar, Qanbay Qasımlı, Axilles(Ayxan), Gültən Dəmirli(Vaşak) əsas sujet xəttində tutur. Və hər birinin həyatını əsərləri boyunca, köməkçi qəhrəmanlar dəyişsə belə, əsas obrazlar olaraq qoruyub saxlayır. Axilles- Ələkeçməz Yaquar kitabıyla qarşımıza çıxır. Və istintaqı mükəmməl şəkildə aparır. Ona Elxan bəy çox az yer verib kitablarında. Bir dəfə sual olunub yazıçıya, səbəbini isə, "Axilles xarici ölkədə(Rusiyada) yaşayır, mən öz doğma vətənimdəki hadisələrə üstünlük verirəm əsərlərimdə" tərzində bir açıqlaması olub. Və Axilleslə biz bir də, Alternativ Əməliyyat kitabında rastlaşırıq. Bu kitabda biz 44 günlük müharibəni də oxumuş oluruq. Buradakı dedektivlərdən biri də Ələmdar və idman kulubuna rəhbərlik edən, demək olar ki, digər əsərlərdə də hər zaman yanında olan Gültən(Vaşak) iştirak edir. Ələmdar- Elxan bəyin əsasən Vətənlə bağlı dedektiv araştırmalarında, yeri gələndə sıravi əsgər, yeri gələndə isə bütün bir orduya bərabər olan bir neçə köməkçisi, idman klubunun da məşqçilərindən ibarət heyəti ilə iştirakını görürük. Ələmdarla ilk tanışlığımız Qan Ləkəsi əsərində olur. Bu əsərin davamı olaraq Cəhənnəmdən Gələn Səs kitabıdır. Və ardıcıllıqla oxusanız, Ələmdarın həyat yolunu da spoiler yemədən izləmiş olarsınız. Qanunsuz Əməliyyat kitabında Gültən ön planda olsa da Ələmdar kitabıdır deyə bilərəm. Ən Yaxın Planet , 1 Ölüm Ağacının Kölgəsində Ələmdarın apardığı araşdırmalara daxildir. Bu əsərlərdə məişət problemləri üstünlük təşkil edir. Arxalı Canavar kitabında Ələmdar və Qanbay Qasımlı ilk və səhv xatırlamıramsa son dəfə əməkdaşlıq edirlər. Baratovun( Ələmdarın müdiri) xahişiylə və istəyi ilə baş tutan əməkdaşlıq. Not: Ələmdar kitabları xatırlayarsam əlavə edərəm. Qanbay Qasımlı - şəxsiyyətinə, xarakterinə, iş prinsipinə heyran olduğum obraz. Hətta deyərdim ki, Cengiz Abdullayev in Dronqosu və Elhan Elatlı nın Qanbay Qasımlısı mənim üçün bütün dedektivlərdən əvvəl gəlir. Bakıdan Gələn Xəfiyyə kitabı ilə ilk dəfə qarşımıza çıxan dedektiv az danışan, səliqə-səhmana üstünlük verən, müstəqil ekspertdir. Əsasən, ailə-məişət cinayətlərinin qaranlıq qalan məqamlarını açığa çıxarmaqla məşhurlaşmış olsa da, öz ədalət prinsipinə sadiq qalması mənim onda ən çox sevdiyim xüsusiyyətdir. Elxan bəy Qanbay Qasımlını əsas obraz olaraq verdiyi əsərlərindən dedektivin daxili aləmini çatdırır oxuyucularına. Ardıcıllıqla oxusanız, spoilersiz və keyf alaraq oxuyarsınız. Qasımlı iştirak edən kitabları sıralamasını tarixinə görə baxıb oxumağınız diləyi ilə qeyd edəcəyəm, yadımda qaldığı qədər. Bakıdan Gələn Xəfiyyə Niyə Susursan, Polkovnik? Görünməyən İzlər Pəncərədə Görünən Kölgə O Gecə Yağış Yağırdı Xəyanət Məhəbbətin Gizli Kodu Dilənçi Qadının Sirri Arxalı Canavar Susan Qadın Adsız Tablo İtmiş Qızın Axtarışı Uğursuz Gecə Seçilmiş Cəza On Dördüncü Adam Tarixlərinin ardıcıllığı ilə oxusanız(mən buraya sırasız əlavə etmişəm) daha çox sevərsiniz. Yazıçının Qisas Gecəsi əsəri milli qəhraman Mübariz İbrahimov haqqındadır. Mərtəbələr psixolojik romandır. Ailə, məişət əsasında. Armed Mişel isə milli qəhrəman Əhmədiyyə Cəbrayılov haqqında ustalıqla qələmə alınmış əsərdir. Unutduğum, xatirəmdən silinmiş əsərləri də ola bilər. İki əsərini isə yeni olduğu və oxumadığım üçün buraya əlavə etməmişəm. Bir gün oxusam, haqqlarında incələmə yazıb yoruma etiketləyərəm. Susan Qadın kitabına gəldikdə isə mən bu kitaba bir qadın olaraq fikir bildirərsəm, birmənalı olmayacaq yazacaqlarım. Hələki, içimdəki təlatümlərin təsiri ilə fikir bildirməkdən çəkinirəm. Yalnız onu deyə bilərəm ki, xəyanət bircə namusla ölçülmür. Psixolojik təsirlər bəzən ən böyük xəyanətdir qadın üçün. Bütün bir ömrünü fəda etmiş bir qadının mənəviyyatını əlindən almaq da xəyanətdir. Xoş mütaliələr diləyi ilə...
Edebiyat
Susan QadınElhan Elatlı · Xan Nəşriyyatı · 2022571 okunma
··
2 +1'leme
·
1.412 Gösterim
4 Yorum
Lütfen giriş yapınız.
Əməyinizə sağlıq əladır, düzdür, bu tərzdə kitablar çox oxumuram, amma çox gözəl təhlil etmisiniz 👏 Uğurlar arzulayıram 😊🌷🦋🌟
Kitabsever
Gönderi Sahibi
Çox təşəkkür edirəm ☺️ Belə səmimi yorumları oxuduqca, yaxşı ki, yazmışam deyirəm💙
Çox möhtəşəm yazmısınız.. İfadə ardıcıllığınız və mövzudan yayınmadan bu qədər səlis yazmağınız sizə qarşı rəğbət hissini oyatdı.. Həyatınızda uğur və müvəffəqiyyətlər daim olsun🤍🕊
Kitabsever
Gönderi Sahibi
Çox təşəkkür edirəm, yorumunuz dəyərli hissetdirdi💙☺️
Mənim üçün yazılmış bir inceleme🤭Təşəkkür edirəm canım kayd etdim👍 Belə ətraflı inceleme üçün çox təşəkkür edirəm👌Əllərinə sağlıq💛🌸
Kitabsever
Gönderi Sahibi
Çünki əzizsən, dəyərlisən. Sənin sayəndə bir çox kitabsevərin də Elxan yaradıcılığında fikrə sahib olmasını istədim☺️💙😚
Gözel öz menalı bir inceleme👍🌸
Kitabsever
Gönderi Sahibi
Təşəkkür edirəm ☺️💙