Armed Mişel

Elhan Elatlı
Tahmini Okuma Süresi:
11 sa. 13 dk.
Sayfa Sayısı:
396
Basım Tarihi:
2020
Yayınevi:
TeasPress
ISBN:
9789952532692
Ülke:
Azerbaycan
Dil:
Azerbaycanca
Format:
Karton kapak
Reklam

Yorumlar ve İncelemeler

Puan vermedi·396 syf.··
2024 53. kitabı
Elxan Elatlının qələmini dəhşət çox sevirəm. Ən sevdiyim yazıçılardan biridir. Bu əsərini də çox sevdim. Əsərdə Əhmədiyyə adlı bir Azərbaycan gənci var ki, o 2-ci Dünya Müharibəsində Almaniyaya əsir düşür. Faşistlərin əlindən, çəkmədiyi əziyyət qalmır. Dəfələrlə ölümdən dönür. Amma, o öz cəsarətini qoruyub, saxlayır. Faşistlərdən xilas olub, Fransa tərəfindən Almaniyaya qarşı döyüşməyə başlayır. Ona , Fransanın fəxri qəhramanı adı verilir. Azərbaycana qayıdıb, bütün mübarizə boyu unutmadığı sevimli Sürəyyası ilə evlənir. Sonda, onun bu qədər hadisələri dəf etdikdən sonra necə öldüyünü oxuyanda ,şok olacaqsınız. 10/10 Elhan ElatlıElhan Elatlı Armed MişelArmed Mişel
Armed MişelElhan Elatlı · TeasPress · 2020241 okunma
10/10
·396 syf.··
Beğendi
·
2022 60. kitabı
·
67 günde okudu
·
Okunma: 27 Aralık 2022 06:52
Merhaba 1K okurları! Hər millət qəhrəmanları ilə qürur duyar. Neçə oğullar qurban vermiş Vətənim azadlıq uğrunda. Şəhid qanıyla suvarılmış torpağımın hər qarışında bir igidin salnaməsi yazılıdır. Suyundan içən, havasından udan Vətən övladlarının yalnız Azərbaycan uğrunda deyil, eləcə də ona ehtiyac olunan uzaq ölkələrdə də düşmənlə mübarizə aparmağa gücü yetəri qədər var. Bu güc, yalnız qol gücü, bilək gücü deyil! Həmçinin, ürək gücü, ağıl gücüdür. Bəli, Əhmədiyyə Cəbrayılov, Fransız xalqının qəhrəmanlıq ordeni ilə təltif olunmuş Armed Mişel, Vətənimin igid oğullarından yalnız biridir. Kimdir Əhmədiyyə, ya da Fransızların ona səsləndiyi Armed? İkinci Dünya Müharibəsində bütün xalqların Alman nasizminə, faşist caniliyinə qarşı mübarizə apardığı bir dövürdə Əhmədiyyə Cəbrayılovun Fransanın azadlığı uğrunda mübarizə aparan partizanlar arasında nə işi vardı? Təsadüf idimi? Talehin oyunu idimi? Azərbaycan torpağında, ana yurdunda ürəyini "əmanət" qoyub, mübarizələrə qoşulduğu Fransaya talehi onu hansı yollarla gətirib çıxardığını oxumanızı tövsiyə edirəm. Ələxsus da belə bir qəhrəmanı bütün dünya tanımalıdır. Fransa hökümətinin o dövürdəki prezidenti Şarl de Qolun belə bütün səmimiyətiylə dərin hörmət bəslədiyi Əhmədiyyə Cəbrayılovun tarixdə buraxdığı izlərdən xəbərdar olmaq məncə vacibdir. Çox var yazmaq istədiklərim. Ancaq bəzi sərhədlərim var özüm üçün təyin etdiyim. Fransa hökümətinin azadlığı uğrunda canını ölümə ərmağan edən Əhmədiyyə, kaş bu gün sağ olaydın..Bunu nə üçün ifadə etdim? Həmvətənlərim məni çox yaxşı anlayar. Yaxşı ki, oxudum. Mütləq oxunmalı olanlar silsiləsindən... Keyiflə oxuyun:)
Kahramanlık
Armed MişelElhan Elatlı · TeasPress · 2020241 okunma
Bu yazını oxumaq şans tələb edir ;)
Puan vermedi·396 syf.··
2021 5. kitabı
Oxuduğum ən gözəl əsər olmasan da, oxuyarkən məni özünə bağlayan və təsir edən bir kitab oldun. Bu dövrdə insan olmaq bu qədər çətin ikən, sən qəhrəman olmağı bacardın Armed Mişel!. Ne olursa olsun, əqidəndən və məqsədindən dönmedin. Bessekin də dediyi kimi “kimsə Armedin Berlində şəxsən Adolf Hitlerə sürücülük, yaxud bərbərlik etdiyini desə inanaram.” Necə deyərlər Əzrail siyahısından silinmiş birisən) Əgər bu yazını oxuyan şəxs, “Prison Break” dizisini izləmişsə, demək ki, mənim nə hiss etdiyimi çox yaxşı anlayacaq. ;) Çox düşündüyüm obrazlardan biri də Sara oldu. Qarşılıqsız və dərindən sevən gənc bir partizan qız. Qürur duydum və bəzən də təssüf hissi keçirirdim. Elə zamanlar olur ki, bəzi obrazlar həyatınızı yansıdar və bu sizə qəribə gələr. Ancaq beyninizdə dövr edərək düşündürər. Həyatımızda bir parça Sara olduğunu düşünürəm. Unutmağı istəməyəcəyim bir əsər oldun. Ümid edirəm, unutmaram. <3
Armed MişelElhan Elatlı · TeasPress · 2020241 okunma
10/10
·396 syf.·
2020 43. kitabı
Ölümdən az, ya çox dərəcədə hər kəs qorxur. Qəhrəman o kəsdir ki, içindəki ölüm qorxusunu dəf edərək, öz əqidəsi uğrunda çəkinmədən döyüşə atılsın. Yazıçı: Elhan ElatlıElhan Elatlı Ad: Armed Mişel Səhifə sayı: 396 Dil: Azərbaycan Yayımevi: Teas press İl: 2020 Salamlar dəyərli izləyicilərim. Bəli yeni kitab təhlili ilə qarşınızdayam. Bugün mənim çox sevdiyim yazıçı Elxan Elatlının son kitabı "Armed Mişel" barədə fikirlərimi bildirəcəyəm. Əslində E.Elatlının kitablarını sıralaması ilə oxumaq istəsəm də, bu kitaba illərini həsr etməsi və kitabın tarixi roman olmağı məndə maraq oyatdı. Qısaca Armed Mişel barədə məlumat vermək istəyirəm. Lakin çox xırdalıqlarına girərək, spoi vermək istəmirəm, buna görə ötəri mövzu barədə danışacağam. İkinci dünya müharibəsində sovet əsgəri Əhmədiyyə Cəbrayılov Almanlara əsir düşür və uzun işgəncələrdən sonra partizanlara işləyən bir qadın (Madam Janna) onu xilas edir. Beləliklə partizanlar tərəfindən qaçırılan Əhmədiyyə onlara qoşularaq kimliyini geridə qoyur və Armed Mişel olur. Lakin onu daha çox Xarqo ləqəbi ilə tanıyırlar. Hansı ki Almanların eşidəndə canına titrəmə salan Xarqo!!! Fransanın azad edilməsində mühüm rol oynayan bu qəhrəman həqiqətən məndə fəxr hissi oyatdı. Lakin o qədər çətinliklər və ölümdən dəfələrlə qurtulmuş hətta ölümə belə meydan oxuyan Xarqo'nun 74 yaşında adi bir avtomobil qəzasından ölməyi mənə çox təsir elədi. Düzdür hərkəs ölməlidir, lakin yaşlılıqdan və ya xəstəlikdən ölsəydi elədə təsir etməzdi mənə)) hərnəysə Allah rəhmət eləsin. Ümumiyyətlə kitabı çox bəyəndim, reallıq payı olması hadisələr zamanı məndə ayrı bir həyəcan hiss etdirirdi. Çox danışmaq istəmirəm hərkəs bu həyəcanı özü hiss etsə məncə daha yaxşı olar Xoş mütaliələr Sevgilərlə Pərvin
Edebiyat
Armed MişelElhan Elatlı · TeasPress · 2020241 okunma
Elxan Elatlı - Armed Mişel
10/10
·396 syf.··
Beğendi
·
2022 9. kitabı
Armed Mişel... Dedektiv əsərləri ilə tanıdığımız Elxan Elatlının tarixi romanı. Sonlarını və "Vida Məktubu" bölümünü göz yaşları içində oxudum. İnsanı o dövürlərə aparıb, müharibənin necə ağır təsirləri olduğunu göstərən bir kitab. Müharibələrə görə insanların neçə illər sevdiklərindən ayrı düşməsini, bəzən onların üzünü belə görmədən bu dünya ilə vidalaşmasını çox gözəl qələmə alıb Elxan Elatı. Təşəkkürlər.
Tarih
Armed MişelElhan Elatlı · TeasPress · 2020241 okunma
9/10
·396 syf.··
Beğendi
·
2021 2. kitabı
Armed Mişel... Sadəcə çox amma çox təəssüf edirəm.. Belə bir insanı gec tanımaq, belə bir qəhrəman haqqında gec məlumatlanmaq həqiqətən mənim üçün çox acı oldu. Kitabı oxuduqca Armed Mişel'ə, yəni, Əhmədiyyə Cəbrayılova daha da pərəstiş edirdim. Həqiqətən belə bir insanla sadəcə qürur duymaq olar. Sonu acı bitsə də, o yenə də həmişəki soyuqqanlı, təmkinli "Xarqo" olaraq da qalacaq..
Armed MişelElhan Elatlı · TeasPress · 2020241 okunma
10/10
·396 syf.··
Beğendi
·
2025 2. kitabı
·
5 günde okudu
·
Okunma: 16 Şubat 2025 20:54
Qələminə heyran qaldığım yazardan yeni bir kitab "Armed Mişel" Elhan ElatlıElhan Elatlı Kitabda Azərbaycanlı Əhmədiyyə Cəbrayılovun müharibə zamanı göstərdiyi qəhrəmanlıqdan danışılır.Əhməd partizanlara qoşulur,adı Armedə çəvrilir və faşistlərə qarşı savaşmağa başlayır.Onun üçün fərqi yoxdur istər Azərbaycanda ,istər Fransada ,əsas önəmli olan faşistlərə qarşı qələbə qazanmaqdır.O bu yolda çoxlu dostlar qazanır və həyatın acı həqiqətlərı ilə üzləşir. Kitab real motivlər əsasında yazılıb. C.Əhmədin oğlu Mikayıl.C. Birinci Qarabağ müharibəsi şəhididir.
Armed MişelElhan Elatlı · TeasPress · 2020241 okunma
Puan vermedi·396 syf.··
Beğendi
·
2024 2. kitabı
İlk səhifədən sona kimi çox əla çəkilmiş sənədli film kimi oxumadım izlədim deyərdim. Əsərin eləcə də tariximizin qəhrəmanı Əhmədiyyə Cəbrayılovu (" Xarqo" Armed Michael) bir romanda çox gözəl izzah edilib. Xüsusilə də reallıqda belə qəhrəmanımızın olması yaşadıqları deməzdim sadəcə başına gələn hadisələrdən necə qəhrəmanlıqla çıxdığını və əzmini oxumaq, tanımaq əladır. Qalanı oxuyun hiss edin.....
Armed MişelElhan Elatlı · TeasPress · 2020241 okunma
10/10
·396 syf.··
Beğendi
·
2023 17. kitabı
·
1 saatte okudu
·
Okunma: 14 Aralık 2023 00:00
Özünə gəlib gözünü açanda artıq almanların əlində əsir idi. Həm də ağır yaralanmışdı. Bir anlıq düşündü ki, ömrünün son saatlarını, bəlkə də son dəqiqələrini yaşayır, Azərbaycanı, anasını bir daha görmədən ya aldığı yaradan öləcək, ya da faşistlər başına bir güllə çaxıb hansısa dərəyə atacaqlar. Onda cəmi 22 yaşı vardı. Ağlına da gəlməzdi ki, qarşıda onu hələ uzun, əzablı, lakin həm də inanılmaz şanslarla dolu bir həyat gözləyir. Bəxti ikinci dəfə də onda gətirdi ki, Almaniyada qaz kamerasından sağ çıxdı. Tale üçüncü dəfə onda üzünə güldü ki, qoca kəndli onu meyitlərin arasından təsadüfən tapıb xilas etdi. Bəxti ona dördüncü dəfə onda yar oldu ki, Fransada faşistlərin əsirləri sadəcə zövq üçün öldürdüyü əsir düşərgəsindən çıxarılıb güllələnməyə aparılanda "bu gün şad günümdür, səni bağışlayıram" deyən bir alman generalı tərəfindən "əfv olundu". Sonra tale onun başını yenə "sığalladı", partizanlara rəğbət bəsləyən fransız qadınla görüşdürdü, bu qadının köməyi ilə əsirlikdən qaçıb partizanlara qoşuldu. Daha sonra bir-birinin ardınca qəhrəmanlıqlar göstərdi, yüzlərlə düşmən öldürdü, özü dəfələrlə ölümdən döndü. Bir də vaxtilə onu bağışlamış alman generalını əsir aldı, onun son arzusunu yerinə yetirdi...
Armed MişelElhan Elatlı · TeasPress · 2020241 okunma
Puan vermedi·396 syf.··
2025 23. kitabı
Partizanlar tərəfində vuruşan Azərbaycali qəhrəman Əhmədiyyə Cəbrayılov haqqındadır. Əhmədiyyə Cəbrayılovun elədiyi qəhrəmanlıqlar və yaşadığı hadisələr təsvir olunmuşdur.
Armed MişelElhan Elatlı · TeasPress · 2020241 okunma

Yazar Hakkında

Elhan ElatlıYazar · 32 kitap
 Elhan Elatlı 1962 yılı, 19 aralık Azerbaycan`ın Şamahı bölgesinin Sis köyünde doğdu. Çocuk yaşlarından edebiyyata büyük ilgisi varmış. Küçük çaplı şiirler ve hikayeler yazarmış.  1980-1985  yıllarında BDU ( Bakü Devlet Üniversitesi ) mekanika-matematik bölümünü okudu. 1985-2001'li yıllarda  fizik-matematik öğretmeni, yürütmenin bölge özel temsilcisi, okul müdürü görevlerinde çalıştı. 2001 yılından beri Bakü de yaşıyor. Şimdiye kadar 14 kitabı çıktı. Bunlardan 3`ü şiir,2`si  mantlksal matematik, 9`uysa polisiye kitaplardır. "İhanet" romanından sonra polisiye türünde tanınmağa başlamışdır. Yazar, Azerbaycan Yazarlar Birliği üyesidir.