Xəyanətdə Nazirin Həyat Yoldaşı

Xəyanət

Elhan Elatlı
Reklam

Yorumlar ve İncelemeler

9/10
·448 syf.··
Beğendi
·
2021 9. kitabı
Bu kitab teze cixdiginda oxumusdum.Elxan Elatlinin en meshur ennn sevimli eserlerinden biridir.eserde yuksek vezife sahibi olan birinin basina gelen aglasigmaz facieden behs edilir.Insan xisletinin ayrilmaz unsuru olmus xeyanet on plana cekilir ve bu teessufedici hal Qaplan adli sedaqetli itle muqayisede cox qabariq sekilde oxucuya catdirilir.oxumaga deyer bir eser
XəyanətElhan Elatlı · Qanun Nəşriyyatı · 20151,721 okunma
10/10
·448 syf.··
Beğendi
·
2021 1. kitabı
Elxan Elatlidan oxudugum ilk kitabdi.Bir sozle "mohtesem".Oxudugum kitablar icinde en cox beyendiyim kitab.Dusunurem ki,bu kitaba bir film cekilse cox gozel ve baximli olar. Coxlari ele bilir ki, "xeyanet" tek sevgide olur.Ama bu bele deyil.Dostuna xeyanet,isine xeyanet,ailesine xeyanet...Eserde oldugu kimi.Hekim isine xeyanet edir,Ruslan dostuna xeyanet edir,Gulafet erine xeyanet edir.Yeni bir insan heyat yoldasi oldukden sonra bu qedermi tez unuda biler.Gulafet erinin dostu ile ona xeyanet edir.Hekim de dostuna xeyanet edir.Ruslan Dadasov,Niyazi Melikxanlinin en yaxin ve en etibarli dostu yox,en yaxin dusmeni idi.Ruslanin hiylegercesine qurdugu plan neticesinde her sey Melikxanlinin boynuna qalir.Sonra Melikxanlini oldurur.Eger Melikxanli,Qambay Qasimlini cagirmasaydi bu isin ustu acilmayacaqdi ve hec kim bilmeyecekdi ki,esil qatil,esil gunahkar kimdi.
XəyanətElhan Elatlı · Qanun Nəşriyyatı · 20151,721 okunma
10/10
·448 syf.··
Beğendi
·
2019 2. kitabı
·
11 günde okudu
·
Okunma: 05 Temmuz 2019 13:38
coox sevdim bu kitabi.Insan gerek her qarwisina cixana ve her deyilen soze inanmasin. Dostum deyib evinin icine,ailesinin icine hec kimi salmiyasan. Uqurlar gozel yazicimiza
Edebiyat
XəyanətElhan Elatlı · Qanun Nəşriyyatı · 20151,721 okunma
10/10
·448 syf.··
2025 6. kitabı
·
5 günde okudu
·
Okunma: 29 Mayıs 2025 14:06
Bəzən bir insanı tanıdığını zənn edərsən. Onun gülüşünə aldanarsan, gözlərinə baxanda içinin dürüstlüyünü oxuduğunu düşünərsən. Amma "Xəyanət" sənə sübut edir ki, insan qəlbinin dibi yoxdur. Orada nələrin gizləndiyini, ancaq ən sonda, ən ağrılı anda görürsən... Elhan ElatlıElhan Elatlı, XəyanətXəyanət əsərində göstərdi ki, xəyanət—təkcə sevgiyə edilmir. O, dostluğa, ailəyə, inama və ən əsası, insanın öz içindəki saf niyyətlərə qarşı da olur. Bu əsəri oxuyarkən düşündüm: Niyə insanlar xəyanət edir? Bəlkə də bir növ qorxu ilə—sevilməmək, anlaşılmamaq, darıxmaq, özünü itirmək qorxusu. Amma bütün səbəblərin altında acı bir həqiqət yatır: XƏYANƏT EDƏN İNSAN ƏVVƏLCƏ ÖZ VİCDANINA QARŞI ÇIXIR. Etibar edəcəyin insanı seçmək, həyatını seçmək qədər önəmlidir...
1000Kitap
XəyanətElhan Elatlı · Qanun Nəşriyyatı · 20151,721 okunma
10/10
·448 syf.··
2021 22. kitabı
·
4 günde okudu
·
Okunma: 11 Ekim 2021 00:32
Elxan Elatlının ilk əsərini oxuyuram. Yazıçının qələmə aldığı "Xəyanət" romanı axıcı və səlis yazılıb. Əsəri oxuduqca bütün duyğularım bir birini əvəz edirdi ,sanki xəyanətə uğramış mən idim . Oxuduğum heç bir kitabda bu qədər kin hissi keçirməmişdim,bu əsəri oxuyana qədər.Əsər elə gözəl cərəyan edir ki ,kimin şübhəli olduğu şübhə altında idi.Əsəri oxuyub bitirdikdən sonra,anlayırsan ki ,xəyanət ,yalnız insana xas bir xüsusiyyətdi. Xəyanəti şaxələsək , ətraflı izahını bu əsərdə tapa bilərik . Əsər, tanınmış doktor Əlisəttar Muradzadənin qızı Veneranın intihar məktubu ilə başlayır. Yazılan məktubda , nazir Niyaz Məlikxanlının Veneranın namusuna toxunduğu bildirilir.Fəqət Niyaz Məlikxanlı nə qədər günahsız olduğunu dilə gətirsə də ,bütün sübutlar onu göstərir. Hər şeyi aydınlaşdırmaq üçün Niyaz Məlikxanlı bir xəfiyyə tutur ,hüquqşunas dostu olan Ruslan, hər nə qədər işi öz öhdəsinə götürmək istəsə də ,Niyaz Məlikxanlı işin bütünlüklə xəfiyyə Qanbay Qasımlının öhdəsinə buraxır. Bütün işi canı bahasına da olsa öz öhdəsinə götürən Qanbay Qasımlı ,çətinliklə də olsa işin öhdəsindən gəlir . Xoş mütaliələr
XəyanətElhan Elatlı · Qanun Nəşriyyatı · 20151,721 okunma
1/10
·448 syf.··
2021 37. kitabı
Əslində uzun-uzun yazmaq istərdim fikirlərimi,amma yetərincə vaxt itirdiyimi düşünürəm:) • Kitab lap mənasız olsa belə,sizdə oxuma sürətini artırır.Ona görə oxuyun...bacardıqca çox oxuyun ~(Qaraqan-Birinci addım)♡ • Bu kitab mənə bu cümləni xatırlatdı,bitirmə səbəbim də bu oldu:)
XəyanətElhan Elatlı · Qanun Nəşriyyatı · 20151,721 okunma
Puan vermedi·448 syf.··
2025 92. kitabı
Dedektiv janrları oxumağı ən sevdiyim janrlardı. Elxan Elatlıda bu janrı ustalıqla qələmə ala bilən yazardır. Xəyanət romanı dedektiv janrda olaraq bir çox sujet xəttindən ibarət olur. Əsər Doktor Əlisəttar Muradzadənin qızı Veneranın qəfil intihar etməsi və nazir olan Niyazi Məlikxanın onun ölümünə səbəb olduğunu göstərən məktub yazması ilə başlayar. O Niyazi Məlikxanlının onu yoldan çıxardıb, namusunu aldığını bildirir. Və Məlikxanlı öz günahsızlığını sübut etməsi üçün xəfiyyə Qanbay Qasımlını tutur. Əsər bir çox sujet xətti üzərində cərəyan edir. Və xəyanət mövzusunu tam mənalı şəkildə idrak olunmasına kömək edir. Xəyanət edən Niyazi Məlikxanlı olaraq göstərilsədə xəyanət əslində olunan olaraq davam edir.
XəyanətElhan Elatlı · Qanun Nəşriyyatı · 20151,721 okunma
Xəyanət
10/10
·448 syf.·
2019 18. kitabı
- Bu işdə təkcə Ruslan deyil xəyanətkar. Elə Məlikxanlının özünü götürək. Ona o boyda iş tapşırmışdılar. İmkan yaratmışdılar ki, xalqına, dövlətinə xeyir versin. Ancaq o, iş görmək əvəzinə görün nə qədər obyektlər açdırıb özü üçün. Bu, dövlətə, xalqa xəyanət deyilmi? Arvadı və oğlu da ona xəyanət etdilər. Elnur həm arvadına, həm Veneraya, Əlikram arvadına, uşaqlarına, Əlibəyli, Binyətov yenə də dövlətə, xalqa, Atayev həkimlik adına xəyanət ediblər. Bu işə başlayandan xəyanətlər içində qalmışam mən! Qara Xəfiyyə Qanbay Qasımlının dilindən olan bu sözlər həqiqətən insanı gerçəklərlə bir daha üz-üzə qoyur. 6 ölüm, 6 can bu qədər xəyanətə dəyərdi? Mal-dövlət yəni bu qədərmi yeyib həzm etdiyimiz o pul o qədərmi vacibdir?! İnsan bütün bunları oxuyanda, və ya gördükdə artıq hərkəsə inamı itir. Amma ataların bir sözü var. "Çox istəyən azdan da olar." Bu romanda həmin 'çox istəyən' Elxan Elatlının qələmindən çıxmış və real dünyamızda dəfələrlə rastlaşdığımız obraz olan Ruslan Dadaşov idi. Xoş mütaliələr.
Edebiyat
XəyanətElhan Elatlı · Qanun Nəşriyyatı · 20151,721 okunma
Yaxşı olsa da digər oxuduğum kitabların yanında sönük qalır
Puan vermedi·448 syf.··
2023 10. kitabı
·
15 günde okudu
·
Okunma: 19 Mayıs 2023 16:17
Əsərdəki Məlikzadə üçün qurulmuş planın gedişi maraqlı olsa da bildirməliyəm ki,çox təkrarçılıq və yersiz erotizm var.Məsələn,Gülafət xanımın dönə-dönə gözəlliyindən danışması,Nuranənin ərinin yaxşı olmaması çox təkrarlanmışdı buda oxuyarkən məni yordu.Qasımlının təsvirində mübaliğədə həddindən artıqdı demək olar.Sonda isə Veneranın necə öldüyü mənə maraqlı gəlirdi və əvvəlcədən hazırlanmış xəyanət planıda yaxşıydı
XəyanətElhan Elatlı · Qanun Nəşriyyatı · 20151,721 okunma
7/10
·448 syf.··
2017 17. kitabı
Açıq səhnələr kitabın əksər hissələrini təşkil edən yazardan bir xəyanət haqqında kitab istəsələr? Bu kitabda sevdiyim tək şey içərisində bütün növ xəyanətlərin olmasıdır
XəyanətElhan Elatlı · Qanun Nəşriyyatı · 20151,721 okunma

Yazar Hakkında

Elhan ElatlıYazar · 32 kitap
 Elhan Elatlı 1962 yılı, 19 aralık Azerbaycan`ın Şamahı bölgesinin Sis köyünde doğdu. Çocuk yaşlarından edebiyyata büyük ilgisi varmış. Küçük çaplı şiirler ve hikayeler yazarmış.  1980-1985  yıllarında BDU ( Bakü Devlet Üniversitesi ) mekanika-matematik bölümünü okudu. 1985-2001'li yıllarda  fizik-matematik öğretmeni, yürütmenin bölge özel temsilcisi, okul müdürü görevlerinde çalıştı. 2001 yılından beri Bakü de yaşıyor. Şimdiye kadar 14 kitabı çıktı. Bunlardan 3`ü şiir,2`si  mantlksal matematik, 9`uysa polisiye kitaplardır. "İhanet" romanından sonra polisiye türünde tanınmağa başlamışdır. Yazar, Azerbaycan Yazarlar Birliği üyesidir.